11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qəbələdə Şəhid ailəsinə etinasızlıq...

İki doğma insan, iki  eyni ad, iki eyni tale.......
Söhbət əmi və qardaşoğludan gedir-Süleymanov Vasif Hüseyn oğlu, Süleymanov Vasif Akif oğlu.
Bu iki doğma insan eyni adla eyni taleni yaşayıb.
Şəhidimizin əmisi Süleymanov Vasif Hüseyn oğlu Qəbələ rayon Bum qəsəbəsində anadan olmuşdur və sovet dövründə hərbi xidmətə çağırılmışdır. 1987-ci ildə Qazaxıstanda çıxan üsyan nəticəsində həlak olan əminin cənazəsi Doğulduğu kəndə göndərilmişdir.
Əmisinin taleini yaşayan səhidimiz Süleymanov Vasif Akif oğu 2002-ci ildə Qəbələ rayon Bum qəsəbəsində anadan olub. Çox vətənpərvər və tərbiyəli bir evlad olan Vasif 2020-ci ildə Həqiqi hərbi xidmətə çağırılır. III Vətən , II Qarabağ müharibəsində fəal iştirak edən Vasif oktyabır ayının 7 si hərbi hissəyə düşən raketin patlaması nəticəsində şəhid olur…Vətənin müqəddəs torpağına qarışır. Öz ölümüylə ölümsüzlük zirvəsini fəth edənlər cərgəsində yer alır
Beləliklə iki tale və iki doğma şəxs ürəklərdə silinməyən iz buraxır.
Ps. İndi Şəhidimizin ailəsi diqqətsizlikdən şikayətçidir. Təəssüf hissi ilə qeyd edək ki, bu Qəbələdən olan neçənci şəhid ailəsidir ki, eyni problemdən yana giley-güzar edir. Qəbələ rayonunun icra başçısı niyə anlamaq istəmir ki, o prezidentin Qəbələdəki elçisidir. Məgər icra başçılarının vəzifəsi torpaq alveri, qədim, Azərbaycanın şanlı tarixini özündə əks etdirən türk qəbirlərini dağıdıb ərazisini market tikintisi üçün satmaqdırmı? Büdcəni yeyib talamaqdırmı vəzifə? Nolar, bir anlıq susaq. İçimizdəki vicdanı dinləyək. Bəlkə bizə nəsə demək istəyir?!
Pərvin Abışova /AzTimes.az/[hide][/


Tarix: 12-12-2020, 15:00 Oxunub: 365


Bölməyə aid digər xəbərlər