16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Rusiyadan Dağlıq Qarabağa sülhməramlıların olduğu 9 təyyarə yola düşüb

Rusiyadan göyərtəsində sülhməramlıların olduğu 9 təyyarə Dağlıq Qarabağa yola düşüb.
 TASS verdiyi xəbərə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Nazirliyin yaydığı məlumata görə, göyərtəsində Rusiya sülhməramlılarının olduğu 9 “İl-76” təyyarəsi Ulyanovskdan Dağlıq Qarabağa yola salınıb. 
Təyyarələrdə sülhməramlıların şəxsi heyəti, avtomobil texnikası, hərbi zirehli vasitələr var. 
XXX
Göyərtəsində rusiyalı sülhməramlılar olan daha iki “İl-76” təyyarəsi Ulyanovsk-Vostoçnı aerodromundan havaya qalxıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təyyarələrdən birində şəxsi heyət və zirehli transportyorlar (ZTR) var. Digərinin göyərtəsində isə sülhməramlı birləşmələrin personalı, maddi vasitələr və avtomobil texnikası var.
Ümumilikdə Rusiyadan göyərtəsində sülhməramlılar olan 6 təyyarə yola düşüb.
Daha əvvəl Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin 1 960 sayda odlu silahlı hərbi qulluqçudan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olacağı bildirilmişdi.
“Report”, APA


Tarix: 10-11-2020, 11:16 Oxunub: 699


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031