11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Mingəçevir istilik elektrik stansiyasının qarşısına raket düşüb

Dünən axşam saatlarında Ermənistan silahlı qüvvələri Mingəçevir istilik elektrik stansiyasını (İES) hədəf alıblar.
Atılan raketlərdən biri İES-in qarşısına düşüb.Lakin raket partlamayıb. 
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və ANAMA nümayəndələri cəlb olunublar. 
ANAMA-nın ərazidə olan əməkdaşı Musa Məmmədov bildirib ki, raket “SMERÇ” qurğusundan atılıb. Raketin 2 metrədək hissəsi torpağın üst hissəsində qalıb, 5 metri isə torpağın altındadır". 
Onun sözlərinə görə, raket xüsusi texnika cəlb edilməklə qazılıb, döyüş başlığı araşdırılacaq. 
ANAMA əməkdaşı bildirib ki, raketin mexanizmi tam işləməyib. Partlayış baş versəydi, enerji blokları ziyan görə bilərdi.
Qeyd edək ki, hadisə ilə bağlı məlumat yayan Baş Prokurorluq bildirib ki, Mingəçevirə 3 raket atılıb. Onlardan ikisi partlamayıb. Partlamayan raketlərdən biri Mingəçevir İES MMC-nin qarşısına düşüb.
"Mingəçevirdə 5 nəfər yaralanıb"
Baş Prokurorluqdan verilən məlumata görə, atılan 3 raketdən 2-si partlamayıb. Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda evə külli miqdarda ziyan dəyib.


Tarix: 5-10-2020, 08:31 Oxunub: 411


Bölməyə aid digər xəbərlər