16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs saxlanılıb

    Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 25 nəfərin, o cümlədən Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsin saxlanıldığını açıqlayıb.
 
O, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib:
 
   “8 vilayətdə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində İnterpol xətti ilə 18 ölkə tərəfindən dərhal həbs tələbi ilə axtarışa verilən 25 şübhəli saxlanılıb”, – məlumatda deyilir.
 
Onun sözlərinə görə, saxlanılan şəxslər mütəşəkkil cinayətkar qrupların fəaliyyətində iştirakda, müxtəlif cinayətlər törətməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində, insan alverində, dələduzluqda, çirkli pulların yuyulmasında, qanunsuz miqrasiyada iştirakda şübhəli bilinirlər.

    Saxlanılan şəxslərin Azərbaycan, Almaniya, Avstraliya, Mərakeş, Niderland, İraq, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Monqolustan, Moldova, Özbəkistan, Rusiya, Suriya, Türkmənistan və İordaniyada axtarışda olduqları da vurğulanıb.


Tarix: 31-08-2024, 10:35 Oxunub: 428


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031