Müasir, müstəqil, demokratik Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasıının yaradıcısı, qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına, yeni - yeni yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirilmiş və bu sahədə çox önəmli addımlar atılmışdır. Bu gün bütün sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin ənənələri, dəsti - xətti Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. 2023-cü il “Heydər Əliyev İli “ çərçivəsində respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da silsilə tədbirlər davam etdirilir. Belə tədbirlərdən biri noyabr ayının 21-də Qazax rayonunun səfalı guşəsində Xanlıqlar kəndində Meşə Fondu ərazisində keçirildi.
Belə ki, Qazax rayon İcra Hakimiyyəti ilə birgə YAP Qazax rayon təşkilatının 200-dən artıq fəallarının və könüllülərin iştirakı ilə ağacəkmə aksiyası keçirildi. Aksiya iştirakçıları tərəfindən 100 Eldar şamı, 600 Ərik ağacı və 500 Badam ağacı olmaqla, bütövlükdə 1200 ağac əkildi. Bununla da aksiya iştirakçıları ölkəmizdə həyata keçirilən ağacəkmə, yaşıllaşdırma işlərinə öz töhfələrini verərək, Ulu Heydər Əliyev ənənələrinə sadiq qaldıqlarını və Ümummilli Liderə olan hörmət və ehtiramlarını bir daha nümayiş etdirdilər.
Bölməyə aid digər xəbərlər