Daha bir qəhrəman Vətən oğlunu tanıyaq:
YÜKSƏL İLQAR OĞLU ƏLİZADƏ... Prokuror oğlu idi və 23 yaşında prokurorluqda müstəntiq vəzifəsində işləyirdi. Savadlı bir hüquqşünas idi. Önündə gözəl bir gələcək var idi. Ancaq buna baxmayaraq, Yüksəl müharibə başlayan kimi ailəsinə belə xəbər etmədən vəzifəsini, işini, kariyerasını ataraq könüllü olaraq cəbhəyə, döyüşə getdi. Müharibənin bitməsinə 1 gün qalmış, 8 Noyabrda Xocavənd uğrunda gedən döyüşlərdə kəşfiyyatçı olan əsgərimiz 12 nəfərlik kəşfiyyatçı əsgər yoldaşları ilə düşmənin içinə sızaraq düşmən postunu ələ keçirmiş, daha sonra düşmən mühasirəsinə düşmüşdülər. Düşmənə təslim olmayaraq, son güllələri bitənə qədər düşmənlə savaşmışlar və düşmənə təslim olmayaraq şəhid olmağı seçmişlər. Şəhidin bədənində 19 güllə var idi. Yaralı olduğu halda yenə də son damla qanına qədər döyüşmüşdü. Hansı şücaətlə döyüşdüyünü təsəvvür etmək mümkündür.
Bu gün biz qələbə sevinci yaşayırıqsa, bu sənin kimi igid oğulların sayəsindədir Yüksəl!!!
Sən nəyinki Qazağın, Gəncənin, bütün Azərbaycanın fəxrisən.
ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN ŞƏHİDİM...
Bölməyə aid digər xəbərlər