14:29 / 11-11-2026
Babək Vələdov: Azərbaycan Konstitusiyası - dövlətçiliyimizin hüquqi təməli
13:32 / 11-11-2026
Anar Nəbiyev: Konstitusiyamız artıq bütün ölkə ərazisində qüvvədədir
15:45 / 10-11-2026
Aktyor Aslan Fətullayev vəfat etdi
10:18 / 09-11-2026
Dilarə Nağıyevanın Vasif Tağıyevin qəhrəmanlığına həsr olunmuş "Ölümün bir addımlığında" adlı kitabının təqdimatı keçirilib
23:57 / 08-11-2026
Qazaxda 8 noyabr - Zəfər Gününə həsr olunmuş növbəti tədbir...
06:07 / 08-11-2026
Pərvanə xanım Zalamlı "İncə fikirlər" layihəsinin qonağıdır
11:39 / 06-11-2026
Anar Nəbiyev: Şanlı tariximizin və gələcəyimizin rəmzi
09:14 / 06-11-2026
Nizami Hüseynov: Dövlətçilik rəmzimiz – Azərbaycan bayrağı
17:22 / 05-11-2026
Qazaxda 8 noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir
17:12 / 05-11-2026
Qazaxda 8 noyabr - Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
09:46 / 05-11-2026
Paşa Hadıyev: Zəfərimizin şanlı tarixi
14:32 / 04-11-2026
“ƏMƏK BAZARININ TƏLƏBLƏRİ, PEŞƏ TƏHSİLİ VƏ MÜASİR BACARIQLARIN UYĞUNLAŞDIRILMASI” MÖVZUSUNDA FORUM KEÇİRİLİB
10:42 / 04-11-2026
Anar Nəbiyev: "Şuşa Şəhəri Günü: Zəfərin təntənəsi"
09:21 / 04-11-2026
Nicat Göşşüyev: Yenidən yazılan tarix
18:42 / 03-11-2026
Qazaxda 8 noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir
13:45 / 03-11-2026
Anar Nəbiyev: Milli qürurun təntənəsi
09:13 / 01-11-2026
HACI LOĞMAN QORQUD – SÖZÜN FƏLSƏFƏSİ, DÜŞÜNCƏNİN DƏRİNLİYİ VƏ MİLLİ YADDAŞIN SƏSİ
08:25 / 01-11-2026
BƏDİİ QİRAƏTİN BƏHİYYƏ XANIM ZİRVƏSİ
14:54 / 29-10-2026
Fəridə Xudiyeva: Dialoq və ortaq gələcək
13:02 / 29-10-2026
Anar Nəbiyev: Sülhün, təhlükəsizliyin təmin edilməsinə töhfə
20:03 / 28-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər davam edir
09:07 / 28-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər davam edir
21:40 / 26-10-2026
Kollecdə Gülnar Qəhrəmanova necə yadda qalacaq?
18:21 / 25-10-2026
ATLAZ RZAYİ: "CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ"
15:46 / 23-10-2026
Anar Nəbiyev: "Azad Qubadlı: quruculuq əzminin parlaq nümunəsi"
14:25 / 23-10-2026
Paşa Hadıyev: Qubadlı – Vətənə qovuşan torpaq
Azər Rəşidoğlu: LÜTFÜ ZADƏ BAKIDA YAŞASAYDI...
Yazmaq istəmirdim. Açığı, söz də bezdirir get-gedə. Saytların birində akademik Lütfü Zadənin xanımının vəfatı barədə oxudum. Beynimdən bir fikir keçdi – kim bilir, yad və qərib ölkədə yaşayan bir soydaşım bəlkə də təsəlliyə möhtacdır? Düşündüm ki, kaş ki Lütfü Zadə Azərbaycanda yaşayaydı. Alimin nəzəriyyələri barədə fikirləşdim və sosial şəbəkədə bir status yazdım. Statusa yazılan şərhlər və Elçin Şıxlinskinin təklifi ilə ovqatımı, ovqatımızı, acımı və acımızı köşə şəklinə salmağa çalışdım. Bir qədər emosional, sərt alındı. Redaktə etmək istəmədim. Hətta jarqonları da saxladım. Bunu ömrünün 25 ilini jurnalistikada keçirən bir jurnalistin köşəsi deyil, bir fəryadı kimi də qəbul edə bilərsiniz.
Bölməyə aid digər xəbərlər
Yazmaq istəmirdim. Açığı, söz də bezdirir get-gedə. Saytların birində akademik Lütfü Zadənin xanımının vəfatı barədə oxudum. Beynimdən bir fikir keçdi – kim bilir, yad və qərib ölkədə yaşayan bir soydaşım bəlkə də təsəlliyə möhtacdır? Düşündüm ki, kaş ki Lütfü Zadə Azərbaycanda yaşayaydı. Alimin nəzəriyyələri barədə fikirləşdim və sosial şəbəkədə bir status yazdım. Statusa yazılan şərhlər və Elçin Şıxlinskinin təklifi ilə ovqatımı, ovqatımızı, acımı və acımızı köşə şəklinə salmağa çalışdım. Bir qədər emosional, sərt alındı. Redaktə etmək istəmədim. Hətta jarqonları da saxladım. Bunu ömrünün 25 ilini jurnalistikada keçirən bir jurnalistin köşəsi deyil, bir fəryadı kimi də qəbul edə bilərsiniz. Lütfi Zadə Bakıda yaşasaydı, yəqin ki, 6 mühüm nəzəriyyəsinin heç birini yaza bilməyəcəkdi. Hansısa gerizəkalının əlinin altında işləyəcəkdi. Təsəvvür edin ki, qeyri-səlis məntiq nəzəriyyəsini və ya qeyri-səlis çoxluq nəzəriyyəsini elmi rəhbərinə göstərəcəkdi və rəhbəri ona: «Ə, donquli, bu nədir yazmisan, ə bə? Get, ciddi şey yaz, məsələn kvadrat tənliyi həll et», — deyəcəkdi. Nə qədər lütfü zadələr müxtəlif sahələrdə məhv olub gedir. Elmdə, istehsalat sahəsində, jurnalistikada…
Gənc, istedadlı jurnalist redaktoruna qeyri-səlis çoxluğa bənzər bir yazı verir və redaktoru ona: «Ə, bu nədir ey gətirmisən? Get, yaz ki, filankəs filankəsi söydü, belə axmaq yazıları gətirsən, səni işdən qovajam». Gənc (və ya yaşlı) jurnalist pula ehtiyacı olduğu üçün gedir və Rəqsanənin alt paltarının rəngindən və ya Fərdanın sayıqlamalarından yazır. İllər keçir və o gənc jurnalist baş redaktor olur və istedadlara divan tutur. Allah Freydə rəhmət eləsin, düşüncə və beyin zədələnməsi natamamlıq kompleksi yaradır və insanın içindəki canavarı üzə çıxardır.
90-cı illərin jurnalistikasının ən sanballı nümayəndələri işsiz qalanda, unudulanda, gecələr yorğanı başına çəkib, balaları görməsin deyə, gizlincə hönkürəndə istedadsız redaktor və onlara bənzəyənlər hansısa barda qızin alt paltarına dollar soxuşdurur. Sözün əsl mənasında jurnalist olan istedad sahibi: «Bu gün də uşaqlarımın başını aldatdım, istədiyini verə bilmədim», — deyib, içini dağlayanda istedadsızlar saunalarda fahişələri şampanski yağışına qonaq edir. Borcu borca calayan istedad sahibi hər dəfə kimdənsə ərzaq almaq üçün borc istəyəndə neçə dəfə ölür, neçə dəfə dirilir? Fərqindəsinizmi? Bu hissi ancaq yaşayanlar anlaya bilər. Yaxşı ki, Lütfü Zadə Bakıda yaşamadı. Yoxsa indi boynunu büküb, bir küncdə dayanacaqdı, ya da gecələr yorğanı başına çəkib, səhərə qədər hönkürəcəkdi.
Qarşındakı redaktorunun oxuduğu yeganə kitabın “Əlifba” dərsliyi olduğunu bilə-bilə, ona dünyaca məşhur nəzəriyyələrdən danışmaq və verilən reaksiyanı dinləmək bilirsiniz nəyə bənzəyir? Lütfü Zadənin Bakıda yaşayacağı təqdirdə elmi rəhbərinə göstərə biləcəyi qeyri-səlis məntiqə verilən reaksiyaya. Satqınlığının, savadsızlığının və əxlaqsızlığının mükafatını alan və indi holdinq, müəssisə rəhbəri olan redaktorunun üzünə tüpürmək istəyirsən, ancaq: «Nə edim, uşağa bu il də paltar ala bilmədim”,- fikri səni tutub saxlayır… Yaxşı ki, Lütfü Zadə Bakıda yaşamadı, yoxsa övladına avtobus pulu vermək üçün indi boynunu bükəcəkdi və qeyri-səlis çoxluq barədə düşünə belə bilməyəcəkdi.Qarşısında bir anlaqsız varlığın dayandığını anlaya-anlaya dözməyə məhkum olacaqdı. Bir gün, növbəti dəfə gecə yorğanı başına çəkib hönkürəndə, ya da “indi kimdən borc alım və ya hansı əmlakımı satım” düşüncəsində olarkan, ürəyi dözməyəcəkdi, öləcəkdi və onu nə təntənə ilə basdıran, nə də ki xatırlayan olacaqdı. Heç övladları da onu bağışlamayacaqdı, bu qədər problem içində atalarına görə boğulduqları üçün. “Mənə nə var sən istedadsan, ya nəsən, mən adam kimi yaşamaq istəyirəm” lənəti onu sona qədər, hətta öləndən sonra da müşayiət edəcəkdi. Yaxşı ki, Lütfü Zadə Bakıda yaşamadı.
Həmkarım Ülkər Abdullayeva demişkən, vaxtilə it günündə olan məqaləsini pozub, yenidən yazdığı adamların hər birinin bir baş redaktor, təşkilat sədri, hörmət-izzət yiyəsi olduğunu, onu görəndə ağız büzüb, salam verməyi özünə sığışdırmadığını gördükdə, Lütfü Zadə onsuz da öləcəkdi. Ən azından, mənəvi baxımdan öləcəkdi. Yaxşı ki, Bakıda yaşamadı. Yaşasaydı, dözə bilməyəcəkdi. Bir əyalət «çebuşu» barmağını ona tuşlayıb “Sən bilmirsən” deyə hayqıranda, elə oradaca ürək tutmasından keçinəcəkdi. Həmkarım Cahan Əliyeva demiş, vaxtilə, bir jurnalist təşkilatında çay daşıyanın illər sonra kiminsə qoltuğuna girib, bütün jurnalistlərin fəalliyətini tənzimləyən söz sahibinə çevrildiyini görəndə Lütfü Zadə özünü bağışlamayacaqdı, “mənim nə itim azıb, bu lənətə gəlmiş məmləkətdə”, — deyəcəkdi. Ya da elə evinin qarşısındaca bir gün meyiti tapılacaqdı. Soyumuş, göyərmiş cəsədi ilə yadda qalacaqdı. Yaxşı ki, Lütfü Zadə Bakıda yaşamadı.
Bəlkə də tam tərsi olacaqdı. Lütfü Zadə qeyri-səlis çoxluq nəzəriyyəsini yazmaqdan imtina edəcəkdi və “moyka”da maşın yuyacaqdı. Beynində olan o məşhur 6 nəzəriyyənin heç birini yazmaq fikrində də olmayacaqdı. Necə ki, yüzlərlə yazılmamış məqaləsi 90-cı illərin jurnalistlərinin elə beynindəcə dəfn edildi. İstənilən halda, yaxşı ki, Lütfü Zadə Bakıda yaşamadı. Yoxsa, bizim çəkdiyimizi o da çəkəcəkdi…
Azər Rəşidoğlu
"Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyinin sədri
18.01.2017 "AYNA"
Tarix: 4-02-2023, 10:27 Oxunub: 523
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
9-02-2021, 22:10
Dünyanın gedişatını dəyişən azərbaycanlı haqqında - 10 fakt
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
29-04-2021, 22:33
DOĞUM GÜNÜNÜN BİR ADDIMLIĞINDA ÖLƏN YAZIÇI - Azər Abdulla
3-03-2022, 11:51
"Tanrıyla və təbiətlə ünsiyyət dünyadakı bütün ünsiyyətlərdən üstündür" - Natəvan Dəmirçioğlu
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
1-01-2021, 08:33
İSTEDADLI ALİM, YORULMAZ TƏDQİQATÇI
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
10-12-2021, 08:50
Başladığı ilk iş günündə müdiri ilə yatdı- Bakıda qəribə OLAY
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
31-10-2021, 22:33
Natəvan Dəmirçioğlu: Tale ədəbiyyatımızı böyük əsərdən qısır qoymasın…
















