11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Təbiəti Yaşar Mustafayevin özündən qorumaq lazımdır...

     Başlanğıc:  Sağ olmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də Tovuzda yerləşən 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəis qoymağa elə bil adam tapmadı. Harda var, harda yox, işlədiyi çoxillik fəaliyyəti dövründə həmişə ekologiyaya qənim kəsilən, hər şeyi pulla ölçən, sağına-soluna yuxarıdan aşağı baxan Yaşar Ağamalı oğlu Mustafayevi rəis təyin etdi. 

    Yaşar Mustafayevi çox vaxt “Ekoloq Yaşar “ və yaxud digər adla da çağırırlar. Bu çağırış həm ciddi, həm də zarafatyanadır. Açıq desək, oxşarlığı elədir.  O, ekologiyada ilk əvvələrdən çalışanda idarəyə təyin edilən rəislərin zəif yerlərini asanlıqla tapıb, onlarala “işbirliyi” qurmağı bacaran adam olub. Onun bu  bacarığı özünü var-dövlət sahibliyinə imza atdıra bildi. Bəs bu günki fəaliyyətindən nə danışmaq olar?

     Yaşar Mustafayev həqiqi mənada ekologiyanın qənimidir. Adicə, Qazax şəhəri ərazisində onun xəbərdar olduğu yerlərdə aparılan yaşıl soy qırımı heç də kiminsə özbaşına aparması kimi düşünülmür.  Düz olimpiya kompleksi ərazisinin arxasında yerləşən əhəng zavodunun qabğındakı ən azı 8 ədəd şam ağaclarının, avtovağzalın üst hissəsindəki qaya parçalarının arasındakı  diametri 80 sm olan, yenə də şam ağaclarının kəsilməsindən guya Yaşar Mustafyevin xəbəri olmayıbmı? 

   Əlbəttə, yaxşı vardır.  Yaşıl ağacları peşəkarcasına quru formada sənədləşdirən bu ekoloq, doğurdan da təbiətə qənim kəsilib. Heç də bu faktlar son deyildir. Bəzən, sual da doğurar ki, həmin ağacların kəsilməsi nə böyük işdi?  Xeyir, ömründə 1 ağacın da dibinə su tökməyən Yaşar Mustafayev, görünür ki, talançılıqla məşğuldur.

 Hələ, bu ictimaiyyətin gözünə görünənlərdi. Hazırda onun Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında dövlətə hansı ziyanların vurduğu da söylənilir. 

 Yaşar Mustafyev həm də özündən razı bir təbiət qənimidir. Rayonlarda işləyən asfalt zovodlardan çıxan qatı tüstünün insanların həyat şəraitinə nə dərəcədə ziyanlığını duymayan, sanki əhalinin qəsdində duran Yaşar bəy ancaq özünü düşünməklə məşğuldur.  Belə halda işini yarıtmaz kadrın bu vəzifədə çalışması nə dərəcədə doğrudur?


  Qeyd: Yaşar Mustafayevin tutduğu vəzifədə törətdiyi əməllər, təbiətə vurduğu ziyanlar  haqqında,  müəyyən səbəblərdən  mətbuatda işıqlanmasını məsləhət görməyərək  barəsində  aidiyyəti orqanlara da məktublar hazırlanır. 


Qarşı tərəfin fikrini də dinləməyə hazırıq.

                                                                                                         

 İlham Hacalı


Tarix: 16-10-2022, 20:47 Oxunub: 573


Bölməyə aid digər xəbərlər