Sabahın hava PROQNOZU


Mayın 25-nə gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya  Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 16-19° isti, Bakıda gecə 12-14° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-75% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.

Manset.az


Tarix: 24-05-2022, 13:17 Oxunub: 463


Bölməyə aid digər xəbərlər
22-07-2020, 19:41 Sabah yağış yağacaq
24-11-2021, 16:19 Sabah hava necə olacaq?
18-05-2022, 13:02 Sabaha olan hava PROQNOZU


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930