21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Sabahın hava proqnozu AÇIQLANDI



Azərbaycanda fevralın 11-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-5, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

Tarix: 10-02-2022, 14:26 Oxunub: 203


Bölməyə aid digər xəbərlər
24-11-2021, 16:19 Sabah hava necə olacaq?
21-11-2020, 12:37 Sabahın hava proqnozu
22-07-2020, 19:41 Sabah yağış yağacaq