11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
ŞƏHİD ANASI Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və digər səlahiyyətli şəxslərə müraciət ünvahlayıb...

Qazax rayonu, Xanlıqlar kənd sakini, I Qarabağ Müharibəsi Şəhidinin Anası, şəhid ailəsi Süleymanova Raxmaya Mustafa qızı  saytımız vasitəsilə
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevə və digər səlahiyyətli şəxslərə müraciət ünvahlayıb. Həmin müraciəti olduğu kimi dərc edirik:

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Azərbaycan Dövlətinin Başçısı, Zati-Aliləri İlham Heydər oğlu Əliyevə;
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri cənab Məhərrəm Əliyevə;
Azərbaycan Respublikasının Müdafiə Naziri cənab Zakir Həsənova;
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Rəisi cənab Elçin Quliyevə;
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə xanım Əliyevaya;

Qazax rayonu, Xanlıqlar kənd sakini I Qarabağ Müharibəsi Şəhidinin Anası, şəhid ailəsi Süleymanova Raxmaya Mustafa qızı tərəfindən 
                          Müraciət
   Bildirirəm ki, mənim oğlum,  Süleymanov Vüqar İdris oğlu, Ümummilli Lider Heydər Əliyevin müraciəti əsasında ali təhsilini yarımçıq qoyaraq, Birinci Qarabağ Müharibəsində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda bədnam ermənilərlə gedən döyüşlərdə 11.01.1994-cü il tarixdə şəhidlik zirvəsinə ucalmışdır.  
Mənim oğlumun adı əvvəllər Qazax rayonu, Xanlıqlar kəndində yerləşən peşə-litseyə qoyulmuşdu.
Sonradan  Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi hissəsi köçdükdən sonra həmin peşə litseyini yataqxana etdilər və həmin litsey başqa binaya köçürüldü.
Həmin bina isə hal-hazırda çox acınacaqlı, bərbad  və qəzalı vəziyyətdədir və 1 mərtəbəli və əsaslı təmirə ehtiyacı olan məktəbdir. 
Litseyin binasının  hər an uçmaq təhlükəsi vardır. 
Bu hal və  Şəhidə verilən hörmətin belə olması bizi şəhid ailəsi kimi, məni isə şəhid anası kimi  çox üzür və mənəvi işgəncə verir.
Xahiş edirəm bu neqativ halın aradan qaldırılması və şəhid Vüqar Süleymanovun adına olan peşə litseyinin binasının qəzalı vəziyyətdən xilas olması, binanın əsaslı təmir edilib, şəhidin adına yaraşan formada istifadəyə verilməsinin təmin edilməsində köməklik edəsiniz.

Dərin Hörmət və
Ehtiramla:
                                 İmza:                 Süleymanova Raxmaya Mustafa qızı. 
                                                      Tarix: 08.05.2022-ci il.
                                                    Əlaqə telefonu: 055-914-85-71





Tarix: 9-05-2022, 18:19 Oxunub: 606


Bölməyə aid digər xəbərlər