11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
General Şıxəliyev məhkəmədə bərk hirsləndi, huşunu itirdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev, idarənin əməkdaşları Vüsal Əliyev, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə mətbuata qapalı məhkəmə prosesi davam edir.
Hakim jurnalistlərin məhkəmənin gedişini izləməsinə icazə vermədiyinə görə onlar Bakı Hərbi Məhkəməsinin qarşısında növbə çəkib içəridə baş verənlər haqda hansısa xəbərlər, təfərrüatlar əldə etməyə çalışırlar.

Və belə xəbərlərə görə bu gün noyabrın 5-də keçirilən iclasda İstintaq Baş İdarəsinin keçmiş şöbə rəisi Yasin Məmmədov dindirilib. O, keçmiş rəisinin əleyhinə ifadə verib, qanunsuz əmrləri, yəni iş üzrə zərərçəkənlərdən hədə-qorxu, təhdid və şantaj yolu ilə milyonlarla dolların alınması haqda göstərişləri M.Şıxəliyevin verdiyini deyib.
Jurnalistlər dəqiqləşdirə biliblər ki, keçmiş işçisinin ifadəsi Mövlam Şıxəliyevi bərk əsəbiləşdirib. Saxlandığı dəmir barmaqlıqlar arxasında halı pisləşən Mövlam Şıxəliyev özündən gedib. Konvoy onu yarı huşsuz halda zaldan çıxarıb. Yaranmış vəziyyətlə bağlı Bakı Hərbi Məhkəməsinə təcili tibbi yardım dəvət olunub. Zərərçəkənlər hakimdən tələb ediblər ki, Mövlam Şıxəliyev tez bir zamanda zala qaytarılsın və məhkəmə prosesi davam etdirilsin. Onlar Mövlam Şıxəliyevi özünü pis hiss etməsi görüntüsü yaratmaqda ittiham ediblər. Məhkəməyə çağırılan həkimlər Mövlam Şıxəliyevi müayinə etdikdən sonra onun sadəcə olaraq təzyiqinin qalxdığını, ciddi probleminin olmadığını deyiblər.

Mövlam Şıxəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və sübutları saxtalaşdırmaqda ittiham edilir. Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir, digərləri barəsində istintaq, məhkəmə dövründə həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilib. Jurnalistlər iş üzrə həbsdə olmayan fiqurantların fotolarını da məhkəmə qarşısında çəkməyə imkan tapıblar.
virtualaz.org


Tarix: 6-11-2021, 05:23 Oxunub: 206


Bölməyə aid digər xəbərlər