Azərbaycanda İYRƏNC OLAY: 11 yaşlı qız hamilə qaldı - YENİLƏNİB...

Azərbaycanda 11 yaşlı qız 31 həftəlik hamiləliklə xəstəxanaya müraciət edib.
Hadisə İmişli rayonunda qeydə alınıb. 
Hamilənin azyaşlı olduğunu nəzərə alan həkimlər hüquq-mühafizə orqanlarına müraciət edib. 
Rayon prokurorluq əməkdaşlarının apardığı araşdırma nəticəsində müəyyən olunub ki, uşağı bu ilin mart ayında naməlum şəxs zorlayıb. 
Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3 (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi açılıb.
Zorlandıqdan sonra hamilə qalan 11 yaşlı qız qeysəriyyə əməliyyatı edilib.
Bu barədə  Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə məlumat verib.
O bildirib ki, qız əməliyyat olunub:
“Əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib. 11 yaşlı qız reanimasiyaya yerləşdirilib”.
İmişli rayonunda 11 yaşlı qıza təcavüz edən şəxsin kimliyi məlum olub.
Həmin şəxs 11 yaşlı qızın ögey atası olan Qurban adlı şəxsdir. O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, ogey ata İmişli şəhərində disk satışı ilə məşğuldur.










Tarix: 30-10-2021, 01:10 Oxunub: 891


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930