Bakıda iki oğlan (Qədir və Qasım: adlar şərtidir) 15 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər.
Belə ki, dostlar Qədirin “Instagram” sosial şəbəkə hesabından tanış olduğu qıza qarşı qeyri-qanuni aktı həyata keçiriblər.
Qədir qızla görüş təyin etdikdən sonra, onu Bakıdakı evlərdən birinə aparıb, onunla öpüşüb. Daha sonra isə dostu Qasım həmin evə gəlib.
İstintaq materiallarına əsasən, Qasım özünü polis əməkdaşı kimi təqdim edib, mobil telefonu ilə videoçəkiliş apararaq qızı hədələyib. Belə ki, Qasım həmin görüntüləri qızın anasına göndərəcəyini bildirib.
Qədir və Qasım istintaqa ifadələrində özlərini həmin ittiham üzrə təqsirli bilməyiblər.
Qız isə anasına hadisəni danışdıqda, dostlar tərəfindən zorlamaya məruz qaldığını qeyd edib.
Bununla belə, ekspertiza qızın zorlanmadığını müəyyən edib. Ekspertizanın rəyindən sonra qız ifadəsini dəyişib. Qız yalnız Qədirlə barışıq əldə edib və ona qarşı şikayətini geri götürüb.
İstintaq nəticəsində məlum olub ki, dostlar qıza qarşı seksual xarakterli hərəkətlər ediblər.
Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə hüquqi qiymət verib. Belə nəticəyə gəlib ki, onların bu ifadələri hadisənin motivinə uyğun gəlmir və bir-birilərini müdafiə xarakteri daşıyaraq həqiqəti əks etdirmir.
Məhkəmə dostlar haqqında Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə hökm çıxarıb. Qədirin yetkinlik yaşına çatmadığını nəzərə alaraq, onu iki il müddətinə, Qasımı isə beş il müddətinə azadlıqdan məhrum edib.
Bölməyə aid digər xəbərlər