11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Qazax RİH-nin başçısı peyvənd olundu...

Bir ilə yaxındır ki, COVİD-19  bəlası bütün dünyanı öz  cənginə alıb. Bu bir çox Dövlətlər arasında təbii ki , Azərbaycan da yer alıb.
Cənab Prezidentimiz, hörmətli  İlham Əliyev cənabları   koronavirus bəlasından qurtulmaq üçün anında  tədbirlər görmüşdür. Digər dövlətlərə baxsaq görərik ki, Azərbaycanda xəstə sayı, ölü sayı digər dövlətlərdən faiz hesabı ilə götürsək cox aşağıdır.  Cənab Prezidentimizin  koronavirus bəlasından qurtulmaq  üçün vaxtında atdığı bu gözəl addımı Azərbaycan Xalqı olaraq dəstəkləyirik,  alqışlayırıq. 
Bir çox dövlətlər COVİD - 19 bəlasına görə insanların sağlamlığı üçün, bir də bu bəlaya yoluxmamaq üçün  peyvənd olunmaq  aksiyası həyata keçirilib, həmin dövlətlər arasında təbii ki, Azərbaycan Dövləti də yer alıb. 
Peyvənd olmaq insanlarımızın saglamlıgı üçün, gələcəyi üçün,  gələcəkdə bu xəstəliyə yoluxmamaq üçün nəzərdə tutulmuş bir addımdır .

Hər yerdə olduğu kimi  Qazax rayonunda da peyvənd olunmaq üçün xəstəxanada insanların rahat şəkildə gəlib peyvənd olunması üçün xüsusi yer ayrılıb. 

Fevralın 18 də Qazax Rayon İcra Hakimiyyətinin başçısı  Rəcəb Babaşov  nümunəvi olaraq gözəl bir addım atıb.  Qazax rayon mərkəzi xəstəxanasına gələrək ilk başda şəxsən özü peyvənd akisyasına qoşulub, peyvənd  olunub. Bununla yanaşı bütün aidiyyatı qurumlara xəbər verib ki, hər kəs bir nəfər kimi peyvənd  aksiyasına qoşulsun, peyvənd olunsun. Rayon icra başcımızın insanların sağlamlığı üçün atdığı  bu gözəl  addımı bir Qazax sakini olaraq  dəstəkləyirəm. 

Saglamlıgımızı qorumaq , saglam həyat yaşamaq deməkdir . 

 Elnur Quliyev


Tarix: 18-02-2021, 23:34 Oxunub: 432


Bölməyə aid digər xəbərlər