11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
İcra başçısını müdafiə edən, vətəndaşı təhqir edən qadın kimdir?

Nəsimi rayonunda vətəndaşın evinin qanunsuz olaraq sökülməsi və tanımadığı bir qadın tərəfindən şantaj olunması barədə sosial şəbəkələrdə  məlumat yayılmışdı.  İndi həmin qadınla bağlı maraqlı faktlar ortaya çıxıb.
Əvvəlcə vətəndaşın evinin sökülməsi məsələsini xatırladaq:
Belə ki, Nəsimi rayonunda yaşayan Mansur Ələkbərovun evi qanunsuz olaraq sökülüb. Vətəndaş deyir ki, bu özbaşınalıqda birbaşa günahkar Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur.
Narazı vətəndaş qeyd edir ki, evinə ödənən kompensasiya ilə razı olmadığı halda, məhkəmə qərarı olmadan mülkiyyəti dağıdılıb.
Tikintini aparan şirkət kimi “Marin Grup” və “Gloria Palace” göstərilir. Adı çəkilən şirkətlərdən hansının tikintiyə və söküntüyə nəzarət etdiyini vətəndaş özü də bilmir.
İşin çox ilginc bir tərəfi var. Belə ki, Mansur Ələkbərov deyir ki, ev məsələsi ilə bağlı problemlər ortaya çıxan zaman həmin ərazidə yaşayan Surə adlı qadın onu təxribata çəkib. Kompensasiya ilə razılaşmadığı üçün ona təzyiqlər etməyə başlayıb.
Surə adlı qadın  vətəndaşa niyə təzyiq etməlidir ki, tikinti şirkətinin şərtləri ilə razılaşsın?
Surə Vedili adlı bu xanım mübahisə zamanı hətta Mansur Ələkbərovu vuraraq ona bədən xəsarətləri də yetirib. Bununla bağlı polis şöbəsində araşdırma da aparılır.
Hadisəni daha da ilginc edən Surə Vedilinin bundan sonra da təzyiqlərindən əl çəkməməsidir. Bu dəfə Mansur Ələkbərova səs göndərməyə onu təhqir etməyə, hədə-qorxu gəlməyə başlayıb.
Ən əsası isə icra başçısı Asif Əsgərovun müdafiəsinə qalxıb. Mansur Ələkbərovu icra başçısının adını çəkdiyi üçün təhqir edib.
Surə Vedili əminliklə vətəndaş Mansur Ələkbərova deyib ki, sənin evini yaxşı edib söküblər və bundan sonra heç nə əldə edə bilməyəcəksən.
Bu məsələdən sonra Surə Vedili barəsində kiçik bir araşdırma apardıq. Məlum oldu ki, Surə Vedili “Qorqud” nəşriyyatının rəhbərinin qızıdır.
Onun əsl soyadı Əhmədovadır. Atasının adı isə Əhməddir. Onun qardaşı Qələbə Əlillər Cəmiyyətinin sədri Mehdi Vedilidir.
Surə Vedili daha əvvəl sahibləri olduğu maşınyuma məntəqəsindəki hadisə ilə gündəmə gəlmişdi. Jurnalist Aynur Elgünəşin həmin maşınyuma məntəqəsində avtomobilinə ziyan dəymişdi. Surə Vedili yaranmış problemi həll etmək əvəzinə jurnalistə hücum çəkərək, onu hədələyərək, maşının altına adam atdıraraq tutduracağını demişdi.
Ətraflı video materialda :


Tarix: 9-01-2021, 08:33 Oxunub: 457


Bölməyə aid digər xəbərlər