11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İspaniya mətbuatı 59 yaşı tamam olan Azərbaycan Prezidentinin uğurlarından yazdı...

İspaniyanın məhşur "Columnacero.com” və "Globedia.com” xəbər səhifələrində "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni sülh quruculuğu dövründə Qarabağı bərpa edəcəyinə söz verdi” başlıqlı publisistik məqalələr dərc olunub. 
Məqalələrdə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğalçı Ermənistan tərəfindən şəhərləri, abidələri, məscidləri və infrastrukturu tamamilə dağıdılmış Qarabağ bölgəsini yenidən bərpa edəcəyinə söz verib:

"Azərbaycan 27 sentyabr tarixindən başlayaraq 44 gün davam edən müharibənin nəticəsi olaraq 10 noyabr tarixində imzalanan sülh müqaviləsinə əsasən Ermənistanın 30 illik qanunsuz işğalına son qoymuş və öz suverenliyini Erməni işğalından azad edilmiş torpaqlar üzərində bərpa etmişdir.
 
 
BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və müxtəlif regional və beynəlxalq təşkilatların işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çəkilmə çağırışlarına məhəl qoymayan Ermənistan hökumətinin son 30 ildə Dağlıq Qarabağ və işğal edilmiş digər regionlar üzərində qanunsuz hərbi nəzarətini davam etdirməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət heç vaxt Ermənistanın Dağlıq Qarabağa olan iddialarını tanımayıb.
 
Dekabr ayının 24-də ad günü münasibəti ilə çıxış edən İlham Əliyev "Həyatımın ən gözəl günlərini qeyd edirəm” deyə vurğuladı. Qarabağda yenidənqurma işlərinə toxunan cənab Prezident Qarabağda bütün tarixi abidələri, məscidləri, binaları, şəhər və infrastrukturu yenidən bərpa ediləcəyinə söz verdi.
 
Qarabağın yenidən qurulması prosesində, tarixi, dini və mədəni abidələrin qorunması və bərpası işində Prezident İlham Əliyevlə yanaşı, onun xanımı, Respublikanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu vasitəsi ilə Şuşa şəhərində və Ağdam rayonunda artıq müxtəlif bərpa işlərinə başlanılmışdır.

Rəsmi mənbələrin verdiyi məlumata görə Prezident İlham Əliyevin Qarabağla bağlı planlarındakı növbəti addım "Qarabağda erməni və azərbaycanlı icmalar arasında həmişə mövcud olmuş dinc yanaşı yaşamaq kimi açıq sosial reallığın yenidən bərpası və Ermənistan hökuməti ilə münasibətlərin normallaşdırılmasıdır”.

Məqalədə Prezident İlham Əliyevin bu sözlərinə də yer verilib:

"Bizim heç vaxt erməni xalqı ilə problemimiz olmayıb. Problemlər hər zaman Ermənistan hökuməti tərəfindən ortaya atılıb. Erməni və Azərbaycan xalqları, xüsusən də Qarabağda dinc və yanaşı olaraq yaşayacaq icmalar, hər zaman olduğundan daha çox iki ölkə arasında münasibətlərin normallaşması üçün səy göstərməyə borcludurlar”.
 


Tarix: 25-12-2020, 15:09 Oxunub: 199


Bölməyə aid digər xəbərlər