Məktəb insanın həyatında unudulmaz izlər buraxır. Xüsusən də yeniyetmə və gənclik çağlarında bir yerdə təhsil aldığın insanlarla birlikdə sinif otağında keçirdiyin vaxtlar....
O xatirələri yeniləmək, keçmişə qayıtmaq üçün Qazax rayonu Çaylı kənd orta məktəbin 1980-ci il məzunları “Son Zəng”dən 45 il sonra bir araya gəldilər...
Görüş doğma məktəbin qarşısında başladı. Doğma təhsil ocağında görüşən məzunlar səmimi və duyğulu anların yaşandığı xatirələri bölüşdülər.
Səmimi keçən görüş zamanı məzunlar Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhramanların, dünyasını dəyişən sinif yoldaşlarının və müəllimlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Daha sonra insanların müqəddəs ziyarətgahına çevrilən, yaşından, cinsindən, milli mənsubiyyətindən asılı olmayaraq məbədgah, ziyarətgah hesab edilən ŞƏHİDLƏR XİYABANINDA Vətən uğrunda döyüşlərdə öz müqəddəs borclarını layiqincə yerinə yetirərək şəhid olmuş igidlərimizin məzarları önünə gül dəstələri qoydular.
Bu ŞƏHİDLƏR arasında məhz Çaylı orta məktəbin 1980-ci il məzunu olmuş, qeyrətli Vətən oğlu Sahib Binnətovu da yad edən məzunlar cəmi Şəhidlərimizin ruhlarına dualar oxudular.
Bundan sonra məzunlar görüşlərini orta məktəb illərində onlara elmin sirlərini öyrətmiş müəllimlərindən bir neçəsinin iştirakı ilə süfrə arxasında davam etdirdilər.
Çox maraqlı keçən tədbirdə məzunların xatirə dolu çıxışları, müəllimlərin xeyir duaları ilə yanaşı şairə Mələk İsmayılın öz səsləndirməsində seirləri və sözlərinə bəstələnmiş musiqilərin səslənməsi gurultulu alqışlarla qarşılandı.
Tədbir boyu çıxış edən məzunlar məktəb illəri ilə bağlı xoş xatirələrini bölüşdülər və tədbirin təşkilatçılığında əziyyəti keçən hər kəsə, tədbirdə iştirak edən müəllimlərə və gözəl musiqi nömrələri ilə tədbiri gözəlləşdirən tanınmış aşıq Ceyhun Qurbansoya dərin təşəkkürlərini bildiriblər.
Sonda məzunlar xatirə şəkilləri çəkdirdilər.
ATİA.AZ saytının baş redaktoru
Aydın Adıgözəlli
Video çəkilişə görə Mustafa Arifoğluna, fotolara görə Osman Osmanlıya təşəkkür edirik.
Bölməyə aid digər xəbərlər
















