11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
MƏZUNLAR YARIM ƏSRDƏN SONRA BİR ARADA...


     30.06.2024-cü il tarixdə Qazax rayonu Çaylı kənd orta məktəbini 1974-cü ildə bitirən məzunlar  50 ildən sonra görüş keçirdilər.

 İsti bir yay günü...  Düz 50 il əvvəl Çaylı kənd orta məktəbini bitirən məzunların bir araya gəldiyi gün məzunların yaddaşına qızıl hərflərlə yazıldı.

    Bəli, iyun ayının qızmar günəşi gözlənilən həyacana əlavə hərarət gətirmişdi. Əvvəlcədən görüş vaxtı razılaşdırılarkən təklif olunan tarix bir neçə dəfə dəyişdirilmişdi. Bu da başadüşülən idi. Çünki  məzunların böyük əksəriyyətinin xanım olması və onların həm bir ana olaraq  ailə həyatında varlığı,  həm də digər sahələrdə çalışması bu görüş üçün uyğun zaman seçməyə çətinlik yaradırdı. 

   Nəhayət ki, qarşıda duran çətinliklərə baxmayaraq, baş tutan görüş maraqlı və yadda qalan oldu.

1974-cü ilin 65 məzunu  Çaylı  kənd 1 saylı orta məktəbində yığışdılar.  Məzunlar əvvəlcə dünyasını dəyişmiş müəllimləri və   bu günə gəlib çatmayan, dünyasını dəyişən sabiq məktəb yoldaşlarını bir dəqiqəlik sükutla yad etdilər.

 Daha sonra Vətən uğrunda canlarından keçən, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan   Çaylı kənd şəhidlərini yad etdilər.  Qarabağ müharibəsi şəhidlərinin məzarına məzunlar adından gül çələnği qoyuldu.

 Məzunlar təhsil aldığı elm ocağını böyük həvəslə gəzdilər. Həyatını dəyişən müəllimlərin ruhuna rəhmət dilədilər. Dərs aldığı sinifləri xoş xatirələrlə yada saldılar. Hətta, parta arxasında  əyləşib  şirin söhbətlər etdilər.

Sonra görüşün davamı şənlik və ruh yüksəkliyi ilə "Qızıl Qaya" şadlıq evində davam etdirildi.
  Biz də ATİA.AZ saytının yaradıcı kollektivi adından ÇAYLI ORTA MƏKTƏBİN 1974-cü il MƏZUNLARINI bu xoş gün münasibətilə ürəkdən təbrik edir, onlara sağlam ömür və gələcək işlərində uğurlar arzulayırıq.

  


Tarix: 1-07-2024, 21:39 Oxunub: 1 782


Bölməyə aid digər xəbərlər