
Şahin Mutvəli oğlu Şıxlinski 1966-cı il fevralın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur.1973-cu ildə orta məktəbə daxil olmuş, 1983-cu ildə isə təhsilini bitirmişdir. 1984-1986-cı illərdə Sovet ordusunda baş mexanik-sürücü, serjant vəzifəsində çalışmışdır. 1986-cı ildə “Sverdlovskqrajdanstroy” trestində calışmış, Komsomol Komitəsinin katibi vəzifəsinə seçilmişdir. Sonralar “E” İnşaatda Hüquq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1995-ci ildə Yekaterinburq şəhərində Ural Dövlət Hüquq Akademiyasını bitirmiş, həmçinin bu Akademiyanın aspiranturasında təhsil alaraq elmi dərəcə əldə etmişdir. 1996-1999-cu illərdə “Prestij-Servis” İstehsalat Kommersiya Firmasının prezidenti olmuşdur. 2004-cu ildə (UAK) Ural Rayon Şurasının sədri, 2004-cu ilin oktyabrında UAK-ın vitse-prezidenti seçilmişdir. 2007-ci il martın 10-da (AAK) II qurultayında vitse-prezident təyin olunmuşdur. Dünya azərbaycanlılarının I və II qurultaylarında nümayəndə, Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, Ümumrusiya Azərbaycanlıları Konqresinin I və II qurultaylarında nümayəndə, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü seçilmişdir. Sverdlovsk vilayətinin qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvüdür.
Şahin Şıxlinski diaspora fəaliyyəti ilə əlaqədar olaraq Azərbaycan xalqının ümummillilideri Heydər Əliyevlə də görüşmüşdur. Ulu öndərin tövsiyyə və məsləhətləri əsasında diaspora fəaliyyətini daha yüksək formada qurmuşdur.
Şahin Şıxlinski 2006-cı il martın 13-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Biz də ATİA.AZ saytı olaraq Şahin Şıxlinskini təbrik edir, daha böyük uğurlar arzulayırıq.
Səbinə Yusif
Bölməyə aid digər xəbərlər