11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Azərbaycan gələcəyə doğru inamla irəliləyir" - Polad Ağakişiyev

    Xalqımız  tarixən öz müstəqilliyi, ərazi  bütövlüyü uğrunda mübarizə aparmış və bu yolda çox sayda   qurbanlar vermişdir. Ötən əsrdə xalqımız müstəqilliyi əldə etmək imkanına iki dəfə  nail oldu. 1918-ci ildə yaranmış və 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti qısa ömür sürdü, sovet imperiyasının işğalçılıq siyasətinin qurbanı oldu. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın  bu dəfə də müstəqilliyi itirilmək  təhlükəsi   qarşısında idi. Yalnız Ümummilli Liderin 1993-cü ilin  iyununda xalqın təkidli istəyinə səs verərək  hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini əbədi, dönməz etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə  qayıdışı ilə separatçıların ölkəni parçalamaq kimi məkrli niyyətlərinə son qoyuldu. Dövlət çevrilişi cəhdlərinin və terror  aktlarının  qarşısı alındı. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Azad və demokratik   şəraitdə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Ölkədə demokratik dəyişikliklər aparıldı. Hüquq-mühafizə, məhkəmə sistemi yenidən quruldu.
    Bu gün Azərbaycan Respublikasının elə bir sahəsi, elə bir fəaliyyət istiqaməti yoxdur ki,Ulu Öndər  Heydər Əliyevin irəli sürdüyü dövlətçilik prinsiplərinə söykənməsin. Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan  Ümummilli Lider Heydər Əliyev böyük müdrikliklə belə demişdir: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” Bu gün Azərbaycan Respublikasının elə bir sahəsi, elə bir fəaliyyət istiqaməti yoxdur ki, Heydər Əliyevin irəli sürdüyü dövlətçilik prinsiplərinə söykənməsin. Məlumdur ki, hər bir dövlətin milli mənafelərinin, sosial-iqtisadi yüksəlişinin, beynəlxalq əməkdaşlıq məsələlərinin təminatında, xarici təhdidlərin qabaqlanmasında və aradan qaldırılmasında düzgün və çevik xarici siyasət müstəsna əhəmiyyətə malikdir. Azərbaycan dövlətçiliyinin ən çətin və ən mürəkkəb mərhələsində, hərbi təcavüz, iqtisadi sarsıntılar, vətəndaş müharibəsi təhlükəsinin yaxınlaşdığı bir dövrdə xalqın çağırışı ilə hakimiyyətə gələn Heydər Əliyev dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqələri Azərbaycan xalqının milli mənafelərinin təmin olunması prinsipləri üzərində quraraq ölkəmizin xarici siyasətini bu təməl üzərində uğurla inkişaf etdirmişdir. Onun səyləri nəticəsində gənc və müstəqil Azərbaycan Respublikasının xarici siyasətində əsaslı dönüş yaranmış, diplomatik uğurlar əldə olunmuş, ölkəmiz qısa zaman kəsiyində regionda həlledici sözə malik lider dövlətə çevrilmişdir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, NATO, Müstəqil Dövlətlər Birliyi və digər nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı artan xətt üzrə inkişaf etdirilmiş, Azərbaycan bir sıra beynəlxalq və regional siyasi-iqtisadi layihələrin reallaşdırılmasında əhəmiyyətli rol oynamışdır. Eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, dövlətimizin ərazi bütövlüyünün bərpası, müttəfiqlərin qazanılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diplomatik səylər gücləndirilmişdir. 
     1993–cü ildə Ulu Öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”. Bütün işlərində ardıcıl olan və qarşıya qoyduğu məqsədlərə nail olan Ulu Öndər hələ 1997–ci ildə belə  demişdir: “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir”.
    Ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyev yaxşı dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik–hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai–siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. “Dövlət – dövlətçiliyi qorumalıdır” fikrini dönə–dönə vurğulayan Ulu Öndər Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkdi. Ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994–cü ildə imzaladığı xüsusi fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Eyni zamanda, milli dövlətçiliyin inkişafında korrupsiyanın aradan qaldırılmasının əhəmiyyəti nəzərə alınaraq bu ümumbəşəri sosial bəla ilə mübarzəyə başlanıldı.
    Hüquq–mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc–mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu.Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat–qat çətin olduğunu deyən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi.
     Görkəmli ictimai-siyasi və dövlət xadimi olan Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının bənzəri olmayan   tarixi Şəxsiyyətidir. Dahi Heydər Əliyevin zəngin   irsini öyrənərək ondan doğma vətənimiz Azərbaycanın rifahı naminə istifadə etmək isə hər bir vətəndaşın, öz torpağını və millətini sevən hər bir insanın mənəvi borcudur. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Ümummilli Liderimiz  Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.   
      Bu gün Ümummilli Liderimizin layiqli davamçısı, Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin rəhbərliyi ilə müstəqil, suveren  Azərbaycan gələcəyə doğru  inamla irəliləyir və günbəgün öz hədəflərinə çatır. 

Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi 


Tarix: 2-10-2024, 14:05 Oxunub: 209


Bölməyə aid digər xəbərlər