2003-cü il onun üçün çox kreativ keçmişdi: az qala, hər ay bir qadın. Artıq cəsədlərin yanına əşya qoyur, polisi ələ salır, ələ keçməməyin "bayramını" edirdi (bu da uzmanlarda ən çox rast gəlinən davranışdır)...
2006-cı ildə səhhəti ilə vaxtından əvvəl bağlı təqaüdə çıxdı. O, dörd il fasilə verdi... Qatillər adətən durmaz. Əgər dayanıbsa, ya ölüb, ya səhhəti mane olur, ya da şəraiti itirib: çünki onlar öldürməyi rutin halına gətiriblər və ölənə və ya ələ keçirilənə qədər durmazlar.
Popkov adətən iz qoymadan- "mükəmməl" işləyir, gəzdiyi polis maşınını ifrat təmiz saxlayır, şəhərin gizli yerlərini bilir, qadınların əllərini qoparırdı, əvvəllər bir-birinə bənzəmirdi, cinayətlər arasında əlaqə qurmaq mümkün olmurdu; sonra bu "zəkanı" buraxdı... Onun cinayətləri 1998-2006-cı illər arasında daha fəal şəkil aldı. Belə ki, interval sıxlaşmış, cinayət sayı artmış, yöntəmlər daha dəhşətli hal almış, daha təcrübəli işlər sərgilənmişdi: onu çözmək daha çox vaxt aparacaqdı....
Öz etirafları 20+ olsa da, faktlar 80+ göstərirdi.
Qatillər bir müddət sonra yorulur, fərqlilik istəyir və ələ keçmək üçün ipucları qoyur.
Yenə ailə faktoru, yenə ana rolu. Səbəblər dəyişmir, azalmır, səbəblər eyni olaraq qalmaqdadır. Anaların qeyri-normal həyat tərzi övlada çox pis təsir edir, onu böyük cinayətlərə təhrik edir, silsilə qətllərə vadar edir. Öncə analar ittiham olunmalıdır. Cəmiyyətdə nə qədər kişi qatil varsa, hamısı məsuliyyətsiz anaların; qadın qatillər isə təcavüzkar atalıqların əsəridir.
İddialara görə, onun rəqəmləri Moskva canavarı Çikatilonu da geridə qoymuşdu (50+ < 80+)
Öncə cəmi 5 cinayəti etiraf etdi, bir həftə sorğu sonrası rəqəm 20-yə çatdı, sonrakıları demir, özünü unutmuş kimi və ya bilmir kimi göstərirdi.
-Niyə etdin?
-Onlar yolunu azmışdı. Mən də onları cəzalandırdım.
-Sənəmi qalmışdı cəza vermək?
Onlar fahişəliyi seçdi, mən də cəza verdim.
Məmur lap əsəbiləşdi:
-Sən özünü nə hesab edirsən? Tanrı?
Gülümsədi:
-Tanrı olsaydım, cəzalarını ömürlük sürdürərdim. Amma mən onların acılarına son verdim. Onları günahdan, səhv həyatdan xilas etdim.
-Düzünü de, neçə qadın öldürdün?!
-İnanın ki, sayını bilmirəm.
Həftələrlə çəkən sorğu bəzi detektivlərin psixologiyasını zorladı. Onun sükutu, təbəssümü, nəzakəti qıcıq verirdi. Hətta məmurlar əsəbiləşib çölə çıxırdılar, onu artıq dinləyə bilmirdilər.
Cəmiyyətin polisə etimadı ciddi zədələnmişdi, heç bir açıqlama əhalini sakitləşdirmirdi, onun yanında mütləq köməkçilər və bu bu işdə maraqlı olanlar olması fikrini israrla müdafiə edirlər...
Artıq onu məhkəmə zalı gözləyirdi...
Məhkəmədə qətlə yetirilənlərin yaxınları iştirak edirdi. Zalda bir ölüm səssizliyi hökm sürürdü....
Bəzi valideynlər asta ağlayır, bəziləri titrəyən yumruqlarını sıxaraq durumu izləyirdi. Hökm oxunduqdan sonra bir ana dözməyib ayağa qalxdı, nifrətlə və böyük stress içində ona doğru yeridi:
-Qızım sənin maşınına güvənərək minmişdi. Sənin əllərində onun qanı var!
-Qızınız pis yolda idi. Hamısı sərxoş, gecə yollarda, yanlış işlərdə idilər. Cəza verdim. Məcbur idim.
Artıq insanların səbri tükəndi:
-Sən kimsən axı?!
O deyir ki, daha 20 il davam edə bilərdim, heyif.
Bir dəfə onun maşınına minən qadın dedi ki, hamilədir, onu evə çatdırsın. Popkovu əsəbiləşdirən şey də onun hamilə olması olmuşdu. Sorğuda deyirdi:
-Onun ana olmasına izn verə bilməzdim, bunu durdurmalı idim...
Pedofillərin, terrorçuların, silsilə cinayətkarların yerləşdirildiyi, öz ciddi qaydaları ilə məşhur olan Qara Delfin həbsxanasında bu gün onun düzənli, sərt rejimdə həyatı sürməkdədir.
-Hər gün saatlarla palto cibi tikirəm...
Onunla müsahibə edən psixoloqlar olub, hətta hipnozist haqqında deyir ki, o, bəzi qətllərimi xatırlamağa kömək etdi. Sonra deyir:
-Ailəmi incitməyin. Onlarla əlaqə saxlamayın.Onlar yetərincə acı çəkib.
Yazıçı Dostoyevskinin fikrincə, cinayətin ən böyük cəzası vicdandır. Fəqət, psixopat və sosiopatlar üçün bu fikir keçərsizdir, çünki onların beynində kimyəvi dəyişiklik baş verməsi səbəbindən empatiya mümkün olmur. Zatən, psixopatların əsas özəlliyi vicdansızlıqdır...
Bu gün cəzasını çəkən Mixail üçün tək bir cəza var. Onun içdünyasındakı cəza- artıq heç bir zaman öldürə bilməyəcək olmasıdır...
Aygün Sadiq
Bölməyə aid digər xəbərlər

« Апрель 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |