Şair-publisist, ictimai xadim, “Tərəqqi” medalı və «Sülh səfiri» mükafatçısı, AYB-nin, AJB-nin üzvü, “Vedibasar” qəzetinin redaktoru, 15 kitabın, 100-ə yaxın mahnının müəllifi Nəsibə İsrafilqızının SƏNƏT BAĞÇASINDAN bir neçə yarpaq təqdim edirik.
VƏTƏN AŞİQLƏRİYİK
Torpağa Kəbə dedik, ağ libasa büründük,
Azadlığın yolunda bir öldük, beş dirildik.
Öpüb bayrağımızı, anda sadiq qalmışıq,
Xocalı yarasının qisasını almışıq.
Fəxrimiz, qürurumuz, ürəyimiz Vətəndir,
Arzumuz, istəyimiz, diləyimiz Vətəndir.
Vətənin göylərini qoy almasın duman, çən,
Fəda olsun canımız, təki sağ olsun Vətən.
Sərkərdəmiz «Vur!» dedi, düşmən bağrını dəldik,
Ali Baş Komandana sədaqətlə yüksəldik.
Millətin duasıyla yetdik qalibiyyətə,
Dünyanı heyran etdik bu əzmə, bu vüsətə.
Koroğlunu, Babəki, tarixi saldıq yada,
Hər zəfərdən möhtəşəm zəfər çaldıq Şuşada.
Hökm etdi rəhbərimiz: Şuşa Azərbaycandır!
Durmuşuq xidmətində, hökmünə can qurbandır.
Vətən, millət unutmaz torpağa can verəni,
Ay-ulduzlu bayrağa «kəfənimdir» deyəni.
Min-min qazi yetirdik, min-min igid itirdik,
Vətənin üzərindən dərd-bəlanı götürdük.
Qaziləri öymüşdür uca, müqəddəs «Quran»,
Qazi «Vətən Aşiqi» hər biri bir qəhrəman.
Biz Azərbaycan adlı bir can aşiqləriyik,
Biz Türk sevdalısıyıq, Turan aşiqləriyik.
Vətən aşiqləriyik!
Vətən aşiqləriyik!
Şanlı Ordum Zəfər çaldı!
Azad oldu Qarabağım,
Xəbər yetdi Xan Rəvana.
Gülür müqəddəs bayrağım,
Yol alırıq İrəvana.
Hoydu dəlilərim, hoydu!..
Yeridik düşmən üstünə.
Dağlar sıyrıldı dumandan,
Gün düşdü çəmən üstünə.
Ay-ulduzla, butasıyla,
Dalğalandı ulu Bayraq.
İgidlərin hünərinə,
Alqış dedi ana Torpaq.
Ulu Rəhbər-xan Bayandur,
Dəmir Yumruq-Oğuz Xaqan.
Şanlı Ordum zəfər çaldı,
Öygü gəldi Atilladan.
Torpağın şah damarında,
Şəhidimdir nəbzi vuran.
Göy səmadan şəfəq yağdı,
Gülümsədi qoca Turan.
Gülümsədi elim, obam,
Gülümsədi Azərbaycan.
Vətənin son hecasına,
Həkk olundu yeni bir «can!»
MÜBARƏKDİR ZƏFƏRİM
Ulduzuma ağuş açan Ayımdı,
Mavi səma qürur çəkən boyumdu.
Babam Qorqud ozanımdı, soyumdu
Gülür Vətən, gülür kəndim, şəhərim,
Mübarəkdir, mübarəkdir zəfərim!
44 günlük qəhrəmanlıq dastanı,
Heyran etdi el-aləmi, dünyanı,
Azərbaycan — qələbənin ünvanı.
Öndə durub dəmir yumruq rəhbərim,
Mübarəkdir, mübarəkdir zəfərim!
Dağım-daşım bahadırlar səngəri,
Basılmazdır Azərbaycan əsgəri,
Duamızdır el-obanın nəzəri.
Əbədiyyət soraqlıdır səhərim,
Mübarəkdir, mübarəkdir zəfərim!
Bu xoş günüm Haqdan paydı, bağışdı,
Dil əzbərim ərənlərə alqışdı,
Eşqim, sevgim torpağıma naxışdı.
Bu sevgimdə səadətdir bəhərim,
Mübarəkdir, mübarəkdir zəfərim!
VEDİMİZƏ
Hanı o baxça lar, hanı o baglar,
Hanı o dərələr, hanı o daglar
Xəyala dönübdü bəxtəvər çağlar,
Vedimə qaytarın, qaytarın məni.
Qonaq qardaş bircə kərə dolan gəl,
Süfrəsi nemətlə bol Vedimizə.
Gör bir haralarda düzəlib gəlir
Karvan Vedimizə, yol Vedimizə.
Dünyamızı heç də yiyəsiz sanma,
Namərdin adını mərd üçün anma.
Özgəyçün dogulub özgəyçün yanma,
Dogul Vedimizə, öl Vedimizə
Sevib çiçəyinin, sevib gülünü
Eşit ləhcəsini, eşit dilini
Öyrən tarixini, lap keçmişini..
Biləsən neçədir, yol Vedimizə
Əsən külək, dəli rüzgar aglama,
Dolandın yer göyü ayaq saxlama,
Yenə ürəyimə qara baglama
Səhər mehi olub, dol Vedimizə.
Göy donlu Agrının başına qurban
Aysız günsüz keçən yaşına qurban,
Ay qardaş atılmış qaşına qurban,
Yenə agı deyir el, Vedimizə.
Yoxdu bərabəri, tayı bu yerin
Torpagı, havası, suyu da sərin
Şıkərdi, şirindi payı bu yerin,
Gələn söyləyərdi «bal» Vedimizə.
Məlhəmdi dərdimə gülümsər üzlər,
İncə dodaqlarda süzülən sözlər.
Açıbdı Lalələr, bəzənib düzlər,
Nə gözəl yaraşır al Vedimizə.
Namərdlər əlimdən aldı çörəyi,
Gülmədi könlümün arzu diləyi.
Min yerə böldülər neçə ürəyi,
İndi aglar olub, qal Vedimizə.
Əzabı zülümü batır, ay Allah,
Məni öz yurduma yetir, ay Allah!
Qəzanı, qovganı götür, ay Allah,
Mehri məhəbbəti sal Vedimizə.
Yagdı başımıza amansız dolu,
Haraya səslədi sag ilə solu.
Bagladılar bizə uzanan yolu,
Aclıq qonaq oldu, bol Vedimizə.
Göz yaşımız axar oldu silmədik,
Nə bişirdik, necə yedik, bilmədik.
Bayram oldu danışmadıq, gülmədik,
Qan qada gətirdi il Vedimizə.
Yollarını zaman-zaman azıblar,
Ömrümüzə ölüm hökmü yazıblar.
Öldürməmiş məzarı da qazıblar,
Xəbər gətiribdi yel, Vedimizə.
Çox dolandıq, döndük dərdin başına,
Namərd qiymət qoydu mərdin başlna.
Baxıb torpağına, baxıb daşına,
Nəgmə deyəcəkdi dil Vedimizə.
Barlı payız qərib quşa köç dedi,
Özün üçün isti yuva seç dedi.
Çaylar daşdı, bəndlər məndən keç dedi,
Dərd bəla gətirdi sel, Vedimizə.
Alışıram, bir arzuyla yanıram,
Olanı, keçəni tez-tez anlram.
Buna varlıgımtək mən inanıram,
Bir gün yıgışacq, el Vedimizə.
Vətənpərvər şairəmiz Nəsibə xanım İsrafilqızına daha böyük sənət uğurları arzu edirik!!!
Bölməyə aid digər xəbərlər