12:33 / 06-06-2025
"Unikal" 15 yaşını qeyd edir
17:53 / 29-05-2025
Hərbçimiz minaya düşdü
Şair Rayət Əlinin 65 illik yubileyi qeyd olundu

     5 iyun 2025-ci il tarixdə Qazax -Tovuz Regional Təhsil İdarəsinin dəstəyi ilə Qazax rayon Təhsil sektorunun tabeliyində olan İsmayıl Şıxlı adına Kosalar kənd tam orta ümumtəhsil məktəbində  şair Rayət Əlinin 65 illik yubileyi qeyd olundu.

  Rayət Əli haqqında qısa tanışlıq:

     Təhsildə Rayət müəllim, poeziyada Rayət Əli kimi tanınan  Əliyev Rayət Səhlədar oğlu haqqında  mətbuatda, müxtəlif sosial şəbəkələrdə,  təhsil saytlarında kifayət qədər məqalələr, məlumat və yazılar verilmişdir.
     Əliyev Rayət Səhlədar oğlu   1960-cı ildə Qazax rayonu Kosalar kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını fərqlənmə diplomu ilə bitirib və elə həmin ildən pedaqoji fəaliyyətə başlayıb.
     İşlədiyi müddət ərzində peşəsini sevən və həvəslə çalışan Rayət müəllim  nəinki rayon, ölkə üzrə bir çox uğurlara imza atmağa nail olub.
Təhsil üzrə nümunəvi dərslərini, pedaqoji təcrübəsini yayan Rayət müəllim ölkənin ilk  "Fiziki tərbiyə marşı"nı və  "Azərbaycan İdmanı" dastanını nəzmlə yazaraq ictimaiyyətin ixtiyarına verib.  Rayət müəllim təhsillə bərabər idman sahəsində də işlərini uğurla davam etdirir. Onun rəhbərlik etdiyi "Qazax Gənclər" FK-nın uğurları göz qabağındadır.
     Ən maraqlısı odur ki, Rayət müəllim bütün bu işlərlə bərabər həm də poeziya adamıdır.  Onun bu sahədə də uğurları kifayət qədərdir.   3 kitab və bir çox məqalələrin  müəllifi olan Rayət müəllimin yazmış olduğu  "Azərbaycan idmanı" dastanı ölkəmizdə nəzmlə yazılan ilk əsərdir.


      Təhsil və idmanda uğurlarını nəzərə alan Elm və Təhsil nazirliyi onu  "Qabaqcıl Təhsil İşçisi" döş nişanı, Gənclər və İdman nazirliyi isə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi"  döş nişanı ilə təltif etmişdir.

 

    Yubiley Azərbaycanın Dövlət Himni ilə başladı , şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

   Tədbirin aparıcısı,  şair Cavanşir Rüstəm yubiley tədbirini açıq elan edərək, şair Rayət Əlinin yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verdi.

    Qazax Təhsil sektorunun nümayəndəsi Məmməd müəllim çıxış edərək yubilyarı təhsil işçiləri adından təbrik etdi.

Sonra Qazax Tovuz Reqional İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Kosalar kənd tam orta məktəbinin direktoru Samir Hüseynov,  AT İAHTİ-nin Qazax Komitəsinin sədri Donora Həsənova,  Azərbaycan Dövlət Universitetinin Qazax filialının rektorunun müavini Yusubov Məmməd, Müharibə Veteranları, Qazax Təşkilatının sədri Azər Məmmədov, Daş Salahlı kənd mədəniyyət evinin müdiri Natəvan xanım və Qazax Sosial İqtisad Kollecinin direktor müavini Vüqar Eyyubov çıxış edərək yubilyar haqqında ürək sözlərini söylədilər. 

   Yubiley tədbirində Aşıqlar Birliyinin sədri aşıq Camoy, aşıq Şahmurad və aşıq Samirin  çıxışları tamaşaçılar tərəfindən rəğbətlə və gur alqışlarla qarşılandı.

     Kosalar məktəbinin xor qrupunun uşaqları şair Rayət Əlinin "Vətən  marşı"nı,  şagirdlərdən Xədicə Qasımova və balaca İsmayıl şairin şeirlərini səsləndirdilər.  Sonda söz yubilyara verildi.  Şair Rayət Əli çıxış edərək yubiley iştirakçılarına  minnətdarlığını bildirdi. Tədbirin təşkilində böyük əməyi olan Elnur Quliyev və Azər Məmmədovun əməyini xüsusi qeyd etdi və tədbir iştirakçılarına həsr etdiyi bir şeirini səsləndirdi. Tədbir aşıqların birgə ifasında "müxəmməs"lə başa çatdı.

     Biz də ATİA.AZ saytının yaradıcı kollektivi adından  təhsili, idmanı və poeziyanı mükəmməl olaraq özündə birləşdirən Rayət müəllimi  65 illik yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni -yeni uğurlar arzulayırıq.


Tarix: Вчера, 21:32 Oxunub: 244


Bölməyə aid digər xəbərlər