" Rayət Əlinin yazmış olduğu "FİZİKİ TƏRBİYƏ" marşı Ümumtəhsil məktəblərində şagirdlər üçün hazırlanmış vəsaitlərə daxil edilə bilər" - prof. Firat Hüseynov

Oxuculara   “Rayət Əli” imzası ilə tanış olan Rayət Səhlədər oğlu Əliyev  1960-cı ildə Qazax rayonunun Kosalar kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu fərqlənmə diplomu ilə bitirib. "Sevgi nəğməsi" şeiri ilk qələm məhsuludur. Şeirləri bir sıra mətbu orqanlarda  və "Xəzinə" Poeziya Ontologiyasında çap olunub. Yaradıcılığı vətənə ,təbiətə, gözəlliyə bağlı olan şair nəsihət və tərbiyə mövzusunda yazılmış  şeirləri ilə bərabər həm də bir neçə marşların da ("Fiziki tərbiyə","Vətən", "Həkimlər", "Azərbaycan Futbolu"və s.) müəllifidir. 20.12.2017-ci ildə yazılan "Fiziki tərbiyə" marşı ölkənin ilk fiziki tərbiyə marşı kimi tarixə düşüb. Müəllifin bir sıra marşlarına musiqilər bəstələnmiş və tanınmış müğənnilər tərəfindən ifa olunur. "Qazax idmanı" dastanında şair idman sahəsində  Qazax rayonunun adını ucaldan idmançıların bədii portretini yaradıb. Bütün bunlarla yanaşı el-oba arasında böyük nüfuz sahibi olan Rayət müəllim çoxsahəli janrlara müraciət edərək sevgi, məhəbbət mövzusunda da dəyərli şerlər yazmışdır.

 "Öncə vətən" adlı ilk  şeirlər kitabı 2020-çi ildə işıq üzü görüb. Dəyərli şair, idmançı, böyük ürəyə sahib olan Rayət Əlinin bu kitabı "Öncə Vətən" adlanmağı heç də təsadüfi deyil. Müəllif yaradıcılığında müxtəlif sahələrə müraciət etsə də həmişə Vətən sevgisi ön planda olub.
Rayət Əlinin ikinci kitabı "Tanrı Sevdası" adlanır. Bu kitab da geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
İstedadlı şairimiz Rayət Əlinin  yazmış olduğu  "FİZİKİ TƏRBİYƏ" marşı HƏRBİ ORKESTİRİN SOLİSTİ HƏMİD HƏMZƏYEV tərəfindən ifa olunmuşdur. Bu ifa yazılmış sözlərə HƏRBİ RUH verərək ictimaiyyətin rəğbətini qazanmışdır.
         
 Əliyev Rayət Səhlədər oğlu tərəfindən hazırlanmış "Fiziki tərbiyə marşı"na Əməkdar bədən tərbiyəsi və idman xadimi, professor  F. Hüseynov tərəfindən veriən rəydə  bu marşın Ümumtəhsil məktəblərində şagirdlər üçün hazırlanmış vəsaitlərə daxil edilməsi tövsiyə olunur.
Həmin rəyi nəzərinizə çatdırırıq"
 "Qazax rayonu İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Əliyev Rayət Səhlədər oğlu tərəfindən hazırlanmış "Fiziki tərbiyə marşı"nın musiqisi və ritmi fiziki tərbiyədə sıra təliminin tədrisinə müvafiq hazırlanıb və şagirdlərə ruhlandırıcı, səfərbəredici təsir göstərdiyi üçün onlarda vətənpərvərlik ruhunun tərbiyəsi işinə xidmət edir.
     Marş Azərbaycan Respublikası Müəllif hüquqları Agentliyi tərəfindən 05/c-9442-17 saylı 20.12.2017-ci il tarixli müəlliflik şəhadətnaməsi ilə qeydə alınmışdır.
  Hesab edirəm ki, bu marşın sıra təlimi, səhər gimnastikası zamanı ümumtəhsil məktəblərində , eyni zamanda təhsil müəssələrində kütləvi idman tədbirlərinin keçirilməsində səsləndirilməsində səsləndirilməsi məqsədə uyğundur. Ümumtəhsil məktəblərində şagirdlər üçün hazırlanmış vəsaitlərə daxil edilə bilər.
       İmza :    prof.  Firat Hüseynov. "



Biz də müəllifə daha böyük uğurlar arzulayırıq və inanırıq ki, Rayət Əlinin bu marşını tezliklə dərsliklərdə görəcəyik.

AYDIN ADIGÖZƏLLİ, 
ATİA.AZ saytının baş redaktoru


Tarix: 26-12-2021, 10:24 Oxunub: 1 941


Bölməyə aid digər xəbərlər
16-12-2020, 21:55 QƏHRƏMANLAR UNUDULMUR.....
Trevor
Trevor 30 декабря 2021 09:36
Hey there! Do you know if they make any plugins to help with SEO?
I'm trying to get my blog to rank for some targeted keywords but I'm not seeing very good results.

If you know of any please share. Kudos!

Look into my web page ... เกมไพ่ โป๊กเกอร์
Jamey
Jamey 1 января 2022 04:35
It is not my first time to pay a quick visit this site, i am
visiting this web site dailly and take fastidious information from here daily.



Review my web page Credit Repair Chicago