Biləsuvarda polis əməliyyat keçirib, narkotik və silah aşkarlanıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 38 yaşlı Eldar Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən xəbərə görə, həmin şəxsdən 11 kiloqram marixuana, tiryək, metamfetamin və 1 ədəd gecəgörmə cihazı aşkarlanıb.


Həyata keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Yusif Qurbanov saxlanılıb. Ondan "Makarov" markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

APA


Tarix: 30-03-2025, 13:19 Oxunub: 538


Bölməyə aid digər xəbərlər