Sumqayıt Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Vüqar Nəcəfovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-a istinadən xəbər veririk ki, sonuncu keçirilən prosesdə hökm oxunub.
İttihama görə, 1996-cı il təvəllüdlü Vüqar Nəcəfov 2021-ci ilin noyabr ayının sonlarında saat 11 radələrində bərbər işlədiyi Qobustan şəhərində yerləşən bərbərxanada olarkən həmin obyektə yetkinlik yaşına çatmayan, 2006-cı il təvəllüdlü, zərərçəkmiş şəxs M.M. (ad, soyadı şərtidir) saçını kəsdirmək məqsədi ilə müştəri qismində gəlib. Təqsirləndirilən şəxs onun saçlarını kəsdikdən sonra yetkinlik yaşına çatmayan oğlana əxlaqsızlıq etməyə başlayıb. Lakin zərərçəkmiş şəxs bundan imtina edib. Sonra Vüqar masadan ülgücü əlinə götürüb onun boynunun yan hissəsinə tutaraq, səsini çıxartdığı təqdirdə başını kəsəcəyi ilə hədə-qorxu gəlib. Daha sonra o, M.M.-ə qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri edib.
Qeyd edək ki, Vüqar Nəcəfov daha əvvəl narkotikə görə həbs edilib və məhkumluq həyatı yaşayıb.
Bölməyə aid digər xəbərlər