Azərbaycanda 16 milyonluq biznes davası: Əmi və qardaşı övladları üz-üzə...

Sabirabad "Quşçuluq" şirkətinin təsisçisi Dilavər Babaşov doğma qardaşının övladlarından şikayətçidir.

 Dilavər Babaşovun dediyinə görə  həmin şəxslər etibarından sui-istifadə edərək fabriki onun əlindən almağa çalışıblar.

Dilavər Babaşovun sözlərinə görə, fabrikə 16 milyon manat qiymət qoyulubmuş:
     "Qardaşımın övladları dedilər ki, biz o pullarla başqa işlər görəcəyik. Onun 50 faizini qoyacağıq banka, 8 milyonu isə sənə verəcəyik. Çox gözlədim, heç bir nəticə əldə olunmadı. 2024-cü ildə onları məhkəməyə verdim. İstəyirəm ki, həmin payı geri alım və onlarla işləməyim", - deyə Babaşov bildirib.

Xatırladaq ki, Dilavər Babaşovun qardaşı da iş adamı olub. O, 2021-ci ildə Türkiyədə müalicə aldığı xəstəxanada ürək çatışmazlığından vəfat edib.

Ətraflı süjetdə:


Tarix: 15-05-2025, 08:58 Oxunub: 121


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?