12:29 / 15-05-2025
Kişinin cinsiyyəti orqanını kəsdilər
09:16 / 15-05-2025
Bərbər onun yanına saçını kəsdirməyə gələn oğlana qarşı əxlaqsızlıq etdi
09:03 / 15-05-2025
Qəbələdə sahibkar cərimə ödəmək əvəzinə şantaj və quldurluğu seçdi
08:58 / 15-05-2025
Azərbaycanda 16 milyonluq biznes davası: Əmi və qardaşı övladları üz-üzə...
10:46 / 14-05-2025
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib - VİDEO
10:32 / 14-05-2025
"SAZIMIN SƏSİ-2" müsabiqəsinin final turu başa çatdı
08:40 / 14-05-2025
Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yeni direktor TƏYİNATI
11:19 / 13-05-2025
Asəf Salmanov: Qarşılıqlı hörmət və etimad üzərində qurulan münasibətlər
21:11 / 12-05-2025
Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı
20:56 / 12-05-2025
Fuad Əbdürrəhmanovun xatirəsi yad edildi
14:49 / 12-05-2025
Ramil Qurbanov: İkitərəfli münasibətlərin inkişafında perspektivli təkan
10:13 / 12-05-2025
Anar Nəbiyev: Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ
22:03 / 11-05-2025
Nəsibə İsrafilqızının SƏNƏT BAĞÇASINDAN bir neçə yarpaq
09:04 / 11-05-2025
QAZAXDA BƏDBƏXT HADİSƏ ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
08:14 / 11-05-2025
Prezident "Qarabağ" mahnısını ifa etdi
07:13 / 11-05-2025
Sosial-İqtisadi Kollecdə “Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir keçirilib - Aybəniz Abdulovanın təqdimatında
15:51 / 10-05-2025
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
07:08 / 09-05-2025
Prezident İlham Əliiyev 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
17:24 / 07-05-2025
Kürün Qazaxdan keçən hissəsində suyun səviyyəsi qalxıb, fəsadlar yaranıb
17:16 / 07-05-2025
Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq
17:06 / 07-05-2025
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
20:45 / 06-05-2025
Misir Mərdanov elmi sessiyada Kaşğari Fondunun fəaliyyətindən danışdı
17:51 / 05-05-2025
Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi ilə görüşdü
17:42 / 05-05-2025
Bu məktəbə Aşıq Ələsgərin adı verildi
14:22 / 05-05-2025
"Azərbaycan və İran bölgədə önəmli rol oynayır" - Anar Nəbiyev
10:05 / 05-05-2025
"Xüsusi əhəmiyyətli səfər" - Rəna Bayramova
Boşanmış ər arvadını mənzildən çıxara bilərmi? - Ali Məhkəmənin qərarı
Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi mülkiyyət hüquqi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Bölməyə aid digər xəbərlər

Belə ki, işin hallarına görə, tərəflər keçmiş ər-arvad olub, nikahları 2018-ci ildə pozulub. Mübahisə cavabdehin (arvadın) fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi ilə bağlıdır. Həmin evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə 1/2 payla iddiaçının (ərin), 1/2 payla cavabdehin, fərdi yaşayış evi isə tam payla iddiaçının adına qeydə alınıb.
Hazırda iddiaçı cavabdehə qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsinə dair iddia qaldırıb. Birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının 8000 manat kompensasiya ödəməsi müqabilində cavabdehin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, göstərilən kompensasiya ödənildikdən sonra cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılması qət edilib. Bundan sonra cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş edib. Apellyasiya instansiya məhkəməsinin qərarı ilə apellyasiya şikayəti qismən təmin edilib, birinci cavabdehin fərdi yaşayış evinə olan istifadə hüququna iddiaçı tərəfindən 10000 manat kompensasiya verilməklə xitam verilməsi və onun fərdi yaşayış evindən çıxarılması qət edilib.
Lakin cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, ona 25000 manat kompensasiya verilməklə iddiaçının mülkiyyətində olan yaşayış evindən istifadə hüququna xitam verilməklə evdən çıxarılmağına dair qərar qəbul edilməsini, bu mümkün olmadıqda isə işin hərtərəfli və obyektiv araşdırılması üçün apelyasiya məhkəməsinə qaytarılmasını xahiş edib.
Ali Məhkəmənin mövqeyi:
İşə baxmış aşağı instansiya məhkəmələri Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad edərək kompensasiya verilməklə cavabdehin mənzildən istifadə hüququna xitam verilməli olması qənaətinə gəliblər. Bu mövqe ilə razılaşmayan kassasiya kollegiyası bildirib ki, vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli ev onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir, dolayısı ilə də onlar vahid daşınmaz əşya hesab edilir.
Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilib ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur. Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir. Bundan əlavə, həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
Beləliklə, tərəflər arasında mübahisəli daşınmaz əşyanın hazırkı məqamda mövcud olan hüquqi vəziyyəti nəzərə alınmadan bir mülkiyyətçi olan iddiaçının tələbi ilə digər mülkiyyətçi olan cavabdeh mübahisəli daşınmaz əşyadan çıxarıla bilməz. Çünki, qanunvericiliyimizdə bir mülkiyyətçinin öz təşəbbüsü ilə digər mülkiyyətçini iradəsinə zidd şəkildə kompensasiya ödəməklə daşınmaz əşyadan çıxarması nəzərdə tutulmayıb. Əks yanaşma cavabdehin mülkiyyət hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılması ilə nəticələnərdi.
Belə olduğu halda, hazırkı məqamda iddiaçı tərəfindən kompensasiya ödənilməklə cavabdehin istifadə hüququna xitam verilməsi mümkün deyil. Başqa sözlə, Mülki Məcəllənin 228.2-ci maddəsinin şərtləri hazırkı işdə müəyyən olunmamışdır.
Həmçinin qeyd olunub ki, mövcud hüquqi vəziyyətə görə iddianın təmin edilməsinin mümkün olmaması, iddiaçını gələcəkdə yeni əsaslarla eyni iddianı qaldırmaq imkanından məhrum etmir. Belə ki, ümumi mülkiyyətdə olan əşyadan payın naturada ayrılması və ya bölünməsi mümkündür. Bunu edən ümumi mülkiyyətçi əşyanın öz payına uyğun olaraq naturada ayrılmış (və ya bölünmüş) hissəsinə fərdi mülkiyyət hüququ əldə edir. Fərdi mülkiyyət hüququna malik olan şəxs isə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbini irəli sürə bilər. Bu halda qaldırılacaq iddia yeni əsasla irəli sürülmüş tələb sayılacaq.
Bu baxımdan Ali Məhkəmənin Mülki kollegiyasının qərarı ilə kassasiya şikayəti təmin edilib. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunub, iş üzrə yeni qərar çıxarılıb.
Tarix: 1-04-2025, 10:56 Oxunub: 1 402
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
14-04-2021, 00:22
Əli Abbasov və Vidadi Zeynalov dövlətdən oğurladığı 100 milyonları niyə qaytarmır? - İTTİHAM
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
21-12-2021, 16:29
Prezidentdən YENİ TƏYİNATLAR - SİYAHI
21-09-2022, 13:18
Generalın əmlakları müsadirə edildi - SİYAHI
26-10-2024, 10:25
Yeni HƏBS DALĞASI
27-09-2022, 09:42
Baş nazirdən mənzil satışı ilə bağlı VACİB QƏRAR
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
31-05-2024, 10:10
Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsi: görülən işlər və perspektivlər - Emin Novruzov
16-01-2022, 18:58
İki yüzdən çox müəllim və valideyndən Məleykə Abbaszadəyə ETİRAZ: "Verilən qərar düzgün deyil"
28-12-2020, 11:19
“Bakı Hərrac Mərkəzi” MMC "İcbari Sığorta Bürosunda nələr baş verir? – Hərrac oyunları, korrupsiya..." adli məqaləyə cabab verdi...
18-12-2024, 14:19
İlham Əliyev "Rossiya Seqodnya"nın baş direktoruna müsahibə verdi
9-01-2021, 23:52
Suqovuşana bayraq sancan əsgərə ev verən “Cavid-2016” əsgər ailəsinin evini dağıdıb
15-08-2024, 14:24
PREZİDENT İlham Əliyev 5 fərman imzaladı
11-09-2024, 13:50
Bələdiyyə torpaqları satışa çıxarılır
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
15-04-2021, 04:12
Hüquq Eksperti İsmayil Zalov: - "Ailə Cəmiyyətin Lokomotividir"
26-07-2022, 15:27
Azərbaycanda ən çox girov qoyulan daşınmaz əmlaklar - STATİSTİKA
13-12-2021, 15:24
Sevgilisini xalasıoğlu adı ilə evə gətirdi, gecə hamını yuxuya verib... – Azərbaycanda inanılmaz olay