18:41 / 25-04-2025
Əvəz Zeynallı azad edildi
Qazaxda 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 - ci ildönümü münasibətilə silsilə tədbirlər davam edir

       07 may 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı “Azərbaycan Bayrağı” ordenli Qaratel Hacımahmudova adına ümumi orta məktəb ərazi partiya təşkilatında 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 - ci ildönümü münasibətilə “Tarix yazan və yaradan Dahi Şəxsiyyət ” mövzusunda tədbir keçirildi.

      Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Ulu Öndər Heydər Əliyevə həsr edilmiş film nümayiş etdirildi.      

     Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, “Azərbaycan Bayrağı” ordenli Qaratel Hacımahmudova adına ümumi orta məktəb ərazi partiya təşkilatının sədr müavini Çiçək Sanıyeva, partiya fəallarından Flora Əmirova, Aynurə Alıyeva, Gülzadə Allahverdiyeva çıxış edərək müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, dövlətimiz və xalqımız qarşısında tarixi xidmətlərindən, ölkəmizin sosial-iqtisadi inkişafı üçün gördüyü genişmiqyaslı işlərdən, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan nailiyyətlərdən ətraflı danışdılar.

     Tədbirdə məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər, müxtəlif ədəbi - bədii kompazisiyalarla çıxış etdilər.

     Tədbirin sonunda rayonun ictimai- siyasi həyatında fərqlənən ən fəal partiya üzvləri YAP Qazax rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olundu.



Tarix: Сегодня, 14:49 Oxunub: 46


Bölməyə aid digər xəbərlər