18:41 / 25-04-2025
Əvəz Zeynallı azad edildi
21:30 / 20-04-2025
Kərəm İncəli -80
08:30 / 18-04-2025
"İlham Pirməmmədov - 70"
Natəvan Dəmirçioğlunun “AÇAR” romanının akademik müzakirəsi keçirildi

      29 aprel  2025-ci il tarixdə  AMEA-nın Mərkəzi Elmi Kitabxanasında  AMEA-nın Ədəbiyyat İnstitutu, Mahmud  Kaşqari adına Beynəlxalq Fond və Mərkəzi Elmi Kitabxananın birgə layihəsi əsasında yazıçı, ictimai xadim Natəvan Dəmirçioğlunun ZƏFƏRİMİZ haqqında yazdığı “AÇAR”   romanının akademik müzakirəsi keçirildi.

      Akademik müzakirəni AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov açıq elan edərək qeyd etdi ki, “Bu günkü elmi sesiyamızın mövzusu Natəvan Dəmirçioğlunun "Açar” romanı, onun bədii xüsusiyyətləri, yaradıcılq keyfiyyəti, dil-üslub quruluşu, müharibə ədəbiyyatı kimi tarixi və siyasi çəkisi, obrazlar sistemi və ümumən müasir ədəbiyyatımızda yeri məsələsidir.   Natəvan Dəmirçioğlu -yazıçı, filologiya üzrə fəlsəfə doktoru, AzTV- nin Beynəlxalq Radiosunda proqram rəisi, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində  müəllim, DİM-də media eksperti, iki övladın anası, dörd nəvənin nənəsi, dörd kitabın, bir dissertasiyanın, yüzlərlə məqalənin, minlərlə radioverlişlərin və bir neçə radiotamaşanın müəllifidir. Biz ümid edirik ki, bu gün elmi müzakirəsinə yığışdığımız  "Açar"romanı onu layiq olduğu yerə və məqama götürəcək. 

     Natəvan Dəmirçioğlunun əsərləri dünyanın bir sıra dillərinə - ingilis,  rus,  fars,  özbək, tatar dillərinə tərcümə olunub, türkiyə türkcəsinə uyğunlaşdırılıb. 2007-ci ildə İstanbulda "Hazar kıyısında yerle gök" toplusunda hekayəsi dərc olunub,  2015-ci ildə "Yetim" əsəri Ankarada türkiyə türkcəsində kitab şəklində buraxılıb. Onu da deyək ki, "Yetim" əsəri ilk Azərbaycan müəllifinin əsəridir ki, "Ölmədən öncə okumanız gərəkən 1001 kitab" seriyasından, "İlin ən iyi əlli romandan biri" nominasiyasında nəşr olunub.

     Natəvan Dəmirçioğlu iki böyük insanın, dahi şəxsiyyətin təqaüdünü alıb. 1999 –cu ildə “Üç nöqtə” və “Səbət” povestinə görə Ulu Öndər Heydər Əliyevin, 2010- cu ildə isə “Yetim” əsərinə görə cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin bir illik təqaüdünə layiq görülüb. Bu il də xanım yazıçı “Tərəqqi medalı” ilə təltif olunub. Bu naliyyətləri bir alimin, yazıçının, pedaqoqun, bir Azərbaycan xanımının uğuru hesab edirəm”

    Hörmətli professor Misir müəllim bildirdi ki, Türkiyədən Üsküdar Universitetinin rektoru, filoloq alim Nazife Güngör  Natəvan xanımın tədbirinə təşrif buyurub.  Nazife Güngör Natəvan xanım və “AÇAR” romanı haqqında fikirlərini bölüşdü.

     AMEA-nın Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru,dosent Fidan Nizaməddinqızı, millət vəkili Elçin Mirzəbəyli mövzu ətrafında çıxış edərək səbəbkarı təbrik etdilər.

      Qardaş Türkiyədən  Lider Haber TV- nin Haber Spikeri, “Soruyoruz” programının sunucusu, Ankara parlamentini müxbiri,  xanım Neşe   Berber İstanbuldan  canlı bağlantı ilə sesiyaya qoşuldu və Natəvan xanımı təbrik etdi,  "İki dövlət, bir millət, tək ürək" olduğumuzu  belə yazılan əsərlərin, kitabların sevinci fonunda dilə gətirdi. Natəvan xanım Böyük Zəfərimizdən bir il sonra xanım Neşe  Berberin verilişində qonaq olduğunu qeyd etdi.

     Ekranda  Natəvan xanımın tələbəsi,  “Qursali” TV nin rəhbəri Samir Rahinoğlunun hazırladığı “Açar” romanından qısa bir parça gurultulu  alqışlarla qarşılandı.

     Tədbirdə çıxış edən  Nizami adına Ədəbiyyat İnstitutun şöbə müdiri, professor Asif Rüstəmli, Elçin müəllim, professor Esmira xanım, Kəlbəcər ziyalısı Arif Süleymanov,  BDU-nun filologiya elmləri doktoru, professor Sevil Həsənova, Pedaqoji Universitetin  professoru, Filologiya elmləri doktoru Elman Quliyev, Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin müəllimi Leyla Məmmədəliyeva, Slavyan Dövlət Universitetində oxuyan, bu il “İlin Tələbəsi” adını qazanmış Murad Hümbətov, Azərbaycan Televiziyasının İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru  Mahir Qəribov, Natəvan xanımın tələbəsi Nigar Safura və digər ziyalılarımızın çıxışı böyük maraqla dinlənildi.

      Natəvan Dəmirçioğlunun övladları Nurlan, Nuran və nəvəsi Rəsul da təbriklərə qoşularaq səbəbkara gül buketləri təqdim etdilər.

     Sonda Natəvan xanım çıxış edərək bütün tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

      Biz də öz növbəmizdə ATİA.AZ saytı adından tədbirin ərsəyə gəlməsində böyük rolu olan  Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, millət vəkili Cavanşir Feyziyevə,   akademik müzakirənin bütün təşkilati işlərinin görülməsində gərgin əməyi olan Xəyalə Əfəndiyevaya və fotoların müəllifi Şakir Rəhmana təşəkküt edirik.

 

 AYDIN ADIGÖZƏLLİ

ATİA.AZ saytının baş redaktoru

Fotoların müəllifi ŞAKİR RƏHMAN


Tarix: Вчера, 23:37 Oxunub: 138


Bölməyə aid digər xəbərlər