Aprelin 17-də Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını açıqlayıb.

Nazirlikdən bildirilib ki, tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yeniləcək. Eyni zamanda, Səhiyyə Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında adları olmayan cərrahlar Tibb Universitetində aldıqları baza təhsilinə, yaxud rezidentura təhsilinə uyğun ixtisas üzrə işləyə bilərlər. Ümumi cərrahlar(siyahıda adları olmayan)bu plastik əməliyyatları icra edə biləcək.

Lakin bir çox tanınmış plastik cərrahın adının həmin siyahıda yer almaması suallar yaradıb. Mütəxəssislər hansı əsasla siyahıya salınıb və siyahıdan kənarda qalıblar? Siyahıda adı olmayan həkimlərin fəaliyyəti qadağandırsa, imtina cavabı verilməyən həkimlər adlarının siyahıya salınması üçün nə etməlidirlər? Bir haşiyə çıxaraq qeyd etmək gərəkdir ki, tərtib olunan siyahıda cəmi yeddi həkim verilən bütün kriteriyalara uyğundur.Bu suallar hələ açıq qalıb.Bir məqama DİQQƏT çəkmək yerinə düşər.Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanununun 48 maddəsindən iki bəndə nəzər yetirək.Ali və orta ixtisas tibb təhsilinə malik tibb mütəxəssisləri dövri olaraq beş ildə ən azı bir dəfə ixtisaslarının artırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədrisə cəlb edilirlər.Tibb mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsinə yalnız müvafiq təhsil müəssisəsində peşə hazırlığı keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra yol verilir.Ali və orta ixtisas tibb təhsilinə malik tibb mütəxəssisləri dövri olaraq beş ildə ən azı bir dəfə ixtisaslarının artırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədrisə cəlb edilirlər. Amma tərtib olunan siyahıda xarici ölkələrdə, əsasən Türkiyədə ixtisas dəyişənlər var. TUS imtahanı vermədən denklik sınağından keçmədən uzman olanlar var.42 nəfərdən ibarət icazə siyahısına baxanda orada adı heç bir yerdə olmayan, heç kimə tanış gəlməyən cərrahlara rast gəlinir. O zaman bu qənaətə gəlmək olar ki, TUS imtahanı VERMƏDƏN, rüşvətlə və ya tapşırıqla uzmanlıq təhsilinə göndərilən bəzi şəxslər bu siyahıya “tapış” vasitəsilə düşüb.Bu siyahıda vaxtilə 250-300 bal toplaya bilməyən və ATU-ya daxil ola bilməyən, bu səbəbdən özəl universitetlərdə və xaricdə təhsil almağa yönləndirilən həkimlər var . İndi onlar da bu siyahida öz adlarını oxuyub fərəhlənirlər. Bu siyahıda kifayət qədər həkim var ki, siyahıda olmayan mükəmməl estetik emeliyyat edən cərrahların əlinin altında işləyib estetik-plastik cərrah olublar. Bu siyahıda olmayan cərrahlar siyahıda olan bəzi plastik cərrahların fəsadlarını aradan qaldırıblar. Bu yaxşılığı unutmaq olarmı?- Yox. Belə siyahıda adını görən “uzman” nə etməlidir?-İşinə beşəlli yapışıb xəstələrinə vaxt ayırmalıdır. Amma bəziləri nə edir? – işi-gücünü kənara ataraq siyahıda olmayan həmkarlarını vurmaqla ,öz aləmində onları ifşa etməklə məşğuldur. Əlimizdə bunla bağlı səs yazıları olmasına baxmayaraq etik bilmirik, ictimailəşdirmirik.Xalqin gözü tərəzidir .Bu siyahi yanaşmanı dəyişməyəcək. Çünki , bu siyahıda olmayan cərrahlar var ki, qarıngərməni bu siyahida olanlardan mükəmməl edir. Və sonda… Bu gün minnətdarlıq bildirən,siyahıda adı olması ilə fəxr edərək başqalarına yuxarıdan aşağı baxan bəziləri 10 il öncə 4 xəstə ölümü uğursuz uzgermə əməliyyatı ilə saytlara manşet olan , efirlərdə ittiham edilənlərdir. Keçmişinizi unutmadan sizə verilən etimadı doğruldun. Dövran sizin dövrandır.
Pərvin Abışova, AzTimes
Bölməyə aid digər xəbərlər