11:01 / 15-04-2025
Akademik Zərifə Əliyevanın anım günüdür
10:48 / 15-04-2025
Qəzzafinin misilsiz qəddarlığı – onun əmri ilə Əbu Səlim türməsində bir gündə 1265 məhbus güllələnib
17:10 / 14-04-2025
Çinin dəhşətli silahı: Hər il onminlərlə amerikalı həyatını itirir
12:51 / 14-04-2025
Moskvada paylanılan müftə saqqız – Stadiondakı sıxlıqda 21 nəfər ölüb...
12:27 / 14-04-2025
"Əsl insanlıq zirvəsi" - Polad Ağakişiyev
08:33 / 13-04-2025
SSRİ-nin dövründə kosmosa uşan Kirkalyov yerə qayıdanda artıq SSRİ mövcud olmayıb
13:10 / 12-04-2025
Əhali niyə kreditlərə möhtac qalır? - "Gəlirim azdır, borcum çox"
10:50 / 12-04-2025
“Koroğlu”da qəzaya uğrayan taksi aşdı
10:44 / 12-04-2025
Bakıda estetik prosedurdan sonra qadının BURNU ÇÜRÜDÜ
09:10 / 12-04-2025
"Bəsimdi" - Sabir Allahverdioğlu bağçasından bir yarpaq
08:53 / 12-04-2025
Bank kartları ilə bağlı növbəti xəbərdarlıq
17:53 / 11-04-2025
"Cinsin dəyişdirilməsi Allahın işinə müdaxilədir və bunu icra etmək haramdır“ - Tural İrfan
16:53 / 11-04-2025
Karateçilərimiz İtaliyada tarix yazdı
16:42 / 11-04-2025
Balakəndə bələdiyyə sədri və əmiləri saxlanıldı
19:28 / 09-04-2025
Konstitusiyada qanunun analogiyası probleminə fərdi hüquqi yanaşma kontekstindən baxış
14:11 / 08-04-2025
Rövşən Qayayev: Azərbaycan dostluq və tərəfdaşlığa sadiqdir
12:20 / 08-04-2025
Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın
11:33 / 08-04-2025
Bakıda parkda 39 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
11:26 / 08-04-2025
Vətəndaşları şantaj edən baş redaktor və redaktor saxlanılıb
11:15 / 08-04-2025
ADA Universitetini bugünkü konfransda təmsil etmək çox qürurvericidir" - Hafiz Paşayev
11:04 / 08-04-2025
Dərman qaçaqmalçılığının himayədarı olan gömrükçülər həbs edildi
10:56 / 08-04-2025
"Qaz təchizatının coğrafiyası genişlənir" - Anar Nəbiyev
09:40 / 08-04-2025
DYP-dən xəbərdarlıq: 2 bal və 60 manat cərimə..
09:27 / 08-04-2025
ULU ÖNDƏRİN SAAT HƏDİYYƏ ETDİYİ HƏKİM MÜRACİƏT ÜNVANLAYIB...
14:54 / 07-04-2025
Anar Nəbiyev: Cənubi Qafqaz sülhün bərqərar olduğu regiona çevrilməlidir
09:23 / 06-04-2025
Fransada Azərbaycanın mədəni irsi nümayiş olunub
16:50 / 05-04-2025
"Başlıbel qətliamı" kitabı həm də ZƏFƏR TARİXİMİZİN AYNASIDIR" - Natəvan Dəmirçioğlu
18:08 / 04-04-2025
Ermənistanın Kamilə qoyduğu qadağa aradan qaldırıldı
17:33 / 04-04-2025
Bakıda 67 yaşlı kişi küçədə yıxıldı: Başı səkiyə dəyərək öldü
09:35 / 04-04-2025
Polad Ağakişiyev: Əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir
10:58 / 03-04-2025
"Məmməd Alıyevə görə intihar edəcəyəm..." - Xasayeva Səbinə
Moskvada paylanılan müftə saqqız – Stadiondakı sıxlıqda 21 nəfər ölüb...
Moskvadakı “Sokolniki” idman sarayı 14 aprel 1956-cı ildə istifadəyə verilib. Əvvəllər bu sarayın yerində yalnız xokkey oyunlarının keçirilməsi üçün buz meydançası mövcud olub.
Az qala biri-birinin üstünə çıxan yeniyetmələr ayaqları altında qalan həmyaşıdlarını hiss etməyiblər.
Bölməyə aid digər xəbərlər

Elə bu səbəbdən “Sokolniki”ni çox vaxt “buz sarayı” da adlandırıblar. Saray 5530 nəfər tamaşaçı üçün nəzərdə tutulub.
İstifadəyə verildikdən sonra “Sokolniki”də bir çox mötəbər idman tədbirləri keçirilib.
Amma bu saray qələbə sevinclərindən, məğlubiyyət məyusluğundan daha çox faciəli bir hadisə ilə yadda qalıb. Həmin hadisə uzun illər ictimaiyyətdən gizlədilib.
1975-ci ildə Kanadanın gənclərdən ibarət “Berri Kap” komandası sovet həmkarları ilə yoldaşlıq görüşü keçirmək üçün SSRİ-yə səfər ediblər. Səfər zamanı 5 görüşün keçirilməsi nəzərdə tutulub. 2 oyun SSRİ-nin gənclərdən ibarət yığmasıyla, 2 oyun Moskvanın “Spartak” klubuyla, 1 oyun isə “Krılya Sovetov” komandası ilə olacaqmış.
Matçların keçirilməsində Kanada xokkeyçilərinə saqqız istehsal edən məşhur Amerika şirkəti “Wrigley” sponsorluq edib.
Komanda ilə şirkət arasında imzalanmış müqaviləyə əsasən hər Kanada oyunçusuna 15 kiloqramlıq qutularda şirkətin istehsal etdiyi saqqız verilib.
Kanadalı xokkeyçilərin üzərinə düşən vəzifə həmin saqqızları oyun zamanı azarkeş tamaşaçılara pulsuz paylamaq olub. İlk baxışdan çox sadə görünən bu iş sonda böyük faciə ilə nəticələnib.
İlk yoldaşlıq görüşündən sonra “havayı” paylanan saqqız məsələsi moskvalı gənclərə və yeniyetmələrə çatanda, onlar SSRİ-də əlçatmaz sayılan saqqızlardan öz paylarını götürmək üçün “Sokolniki”yə tələsiblər.
10 mart 1975-ci ildə “Sokolniki”də üçüncü yoldaşlıq görüşü keçirilib. Həmin görüşü izləmək üçün saraya 5 minə yaxın tamaşaçı gəlib. Onların arasında məktəblilərin sayı da çox olub. Təbii ki, bu həvəs Amerika saqqızına maraqdan irəli gəib.
Matçın sonunda kanadalı oyunçular saqqızları ovucla tribunalara, tribunalar arası pillələrə atıblar.
Saqqız yağışına düşən tamaşıçılar bu “səxavət”dən yararlanmaq üçün özlərini qabağa atıblar.
Şahidlərin söylədiklərinə görə, onların əksəri 11-16 yaşlı məktəblilər olub. Hətta bəzi məktəblilər öz əyləşdikləri sıralarından bir neçə sıra qabağa tullanaraq paylarını götürməyə can atıblar. Tribunalarda elə sıxlıq yaranıb ki, yıxılanları tapdalamaqdan yayınmaq mümkün olmayıb. Həm də eyni zamanda tribunalardakı taxta oturacaqlar çökməyə başlayıb.
İkinci bir sıxlıq isə “Sokolniki”nin ikinci çıxışının qarşısına yaranıb. Kanadalıların avtobuslarının dayandığı yerdə də saqqızlar ovucla göyə atılıb.

Milisin və sarayın mühafizəçilərinin müdaxiləsi sıxlığı aradan qaldıra bilməyib. Yalnız ərazidə qan gölməçələri göründükdən sonra saqqızları ciblərinə dolduran gənc tamaşaçılar hadisə yerindən uzaqlaşmağa başlayıblar.
Hadisə yerinə əlavə milis qüvvələri cəlb edilib, 30-dan artıq təcili tibbi yardım maşınları “Sokolniki”yə yardıma tələsib. Növbəti problem də məhz bu zaman yaranıb.
Həkim və milislərin maşınları saraya daxil olmaqda çətinlik çəkiblər. Belə ki, sarayın dörd girişindən ikisi bağlı olub.
Onlar “Sokolniki”nin direktoru Aleksandr Borisovdan giriş darvazalarının açarlarını almaq istəyəndə, onu yerində tapmayıblar.
Ümumiyyətlə, həmin gün direktor səhər saatlarında iş yerinə baş çəkib və bir daha saraya qayıtmayıb.
Direktor müavinini də yerində tapmaq mümkün olmayıb. Sarayın işçilərindən yalnız inzibatçı və elektrik tapılıb və onlar da ayaq üstə dayana bilməyəcək dərəcədə sərxoş olublar.
“Sokolniki”də saqqız uğrunda gedən mübarizədə 21 nəfər həyatını itirib, yüzlərlə tamaşaçı müxtəlif dərəcədə bədən xəsarəti alıb.
“Sokolniki” idman sarayında baş verən faciəli hadisə ilə bağlı cinayət işi açılıb. Məhkəmə sarayın direktorunu, ərazidə yerləşən 79-cu milis bölməsinin və post-patrul xidmətinin rəisini 3 il azadlıqdam məhrumetmə cəzasına məhkum edib.
Moskva şəhər İdman Komitəsinin idman kompleksləri şöbəsinin müdiri Nikolay Kozırin vəzifəsindən azad edilib. Həmin ilin dekabr ayında cəza alanların hamısı amnistiya ilə cəzalarından azad olunublar.
“Saqqız faciəsi”ndən sonra “Sokolniki” uzun müddətli təmirə bağlanıb. 1980-ci ildə Moskvada keçiriləcək olimpiya oyunları nəzərə alınaraq sarayda təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib.
Məhz bu hadisədən sonra sovet rəsmiləri SSRİ-də saqqız istehsalı haqqında da düşünüblər.
Artıq 1976-cı ildə su və şirniyyat köşklərində SSRİ istehsalı olan çiyələkli, portağallı saqqızlar görünməyə başlayıb.
Amerika saqqızlarına görə həyatlarını ölüm təhlükəsi qarşısında qoyan yeniyetmələr sovet saqqızlarını cəmisi 60 qəpiyə əldə ediblər.
Zakir Osmanov
Tarix: Вчера, 12:51 Oxunub: 101
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
18-12-2024, 14:19
İlham Əliyev "Rossiya Seqodnya"nın baş direktoruna müsahibə verdi
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-10-2024, 10:41
3 vəkili öldürülən, güllələnmə qərarı verilən Əhmədov...
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
19-01-2021, 09:19
QAN YADDAŞI...- 20 Yanvar – Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
13-02-2021, 12:10
Oqtay Əsədov həbs edilir?
18-12-2020, 18:19
İtaliya ilə Azərbaycan arasında Qarabağla bağlı MÜQAVİLƏ İMZALANDI
10-11-2023, 11:02
“007 zərərsizləşdirildi...” – 15 ay hakimiyyətdə olan Andropovun 15 saniyəyə çıxartdığı dəhşətli qərar
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
25-07-2020, 20:40
Ottavada Ermənistanın işğalçılıq siyasətinə etiraz aksiyası keçirilib
12-04-2021, 10:04
Dünyanı silkələyən SƏYAHƏT - Adi fəhlə oğlu necə məşhurlaşdı...
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
2-07-2021, 13:31
QANBAYEVLƏR nəslinin “Hüquq Mühafizə Orqanları”na həsr etdikləri töhfələri, rəşadəti, Vətənə, Dövlətə sədaqəti ilə fəxr etməyə dəyər!