"Bəsimdi" - Sabir Allahverdioğlu bağçasından bir yarpaq


Mən öləndən sonra "məni öldürən" 
Qəbrimin üstünə gəlsə, bəsimdi! 
Çox şey istəmirəm beş-on dəqiqə
Mənimlə təkbətək qalsa, bəsimdi...
Qəbrimin yanında qala izləri, 
Titrəyə əlləri, əsə dizləri.
Hıçqıra-hıçqıra qara gözləri
Bir dəfə boşalıb-dolsa, bəsimdi...
Sabirəm, qıymaram saçını yolsa
Bəsimdi... son sözüm yadında qalsa. 
İldə bircə dəfə yadına salsa,
Gəlib "ürəyimi alsa", bəsimdi! 








Sabir Allahverdioğlu

Tarix: Вчера, 09:10 Oxunub: 52


Bölməyə aid digər xəbərlər
27-10-2023, 08:38 Qara enerji mövcuddurmu?
25-01-2024, 10:08 "AYGÜN DÜNYASI"NA SƏYAHƏT