Bakıda parkda 39 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

       Bakıda qətl törədilib. Belə ki, aprelin 7-də saat 19 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən parkda qadın bıçaqlanaraq qətlə yetirilib.

      Öldürülən qadının 1986-cı il təvəllüdlü Sevinc Tofiq qızı Məhərrəmova olduğu müəyyən edilib.

        Hadisəni törətməkdə şübhəli bilinən S.Məhərrəmovanın həyat yoldaşı 1980-ci il təvəllüdlü Natiq Zakir oğlu Məhərrəmov saxlanılıb.

Onun qısqanclıq zəminində hadisəni törətdiyi bildirilir.

       Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Tarix: 8-04-2025, 11:33 Oxunub: 160


Bölməyə aid digər xəbərlər