Son illər Azərbaycanda cinsi azlıqların sayı durmadan artır. Sosial şəbəkələr oğlan doğulub qız kimi davranan, geyinən və özünü reklam edən şəxslərlə doludur. Hətta onlar sosial şəbəkə vasitəsilə populyarlaşır, pul qazanırlar.
Maraqlıdır, insanın cinsini dəyişməsinə İslam dininin münasibəti necədir?
İlahiyyatçı Tural İrfan bildirir ki, İslam dininə görə insanın cinsiyyətini dəyişməsi haram və küfrdür.
“Hədislərdə bəzi kişilərin qadına, qadınların da özlərini kişiyə oxşatması, kişi cinsindən olan bəzilərində qadın xüsusiyyətlərinin təzahür etməsi xəstəlikdir. Xəstəliyə görə də cinsin dəyişməsi məqbul deyil. Tutaq ki, bir nəfər ruhi xəstəliyə düçar olaraq özünü hansısa heyvan kimi təsəvvür edir. Bu, o demək deyil ki, həmin şəxs cinsini dəyişib heyvana çevrilməlidir. Ümumiyyətlə, cinsin dəyişdirilməsi Allahın işinə müdaxilədir və bunu icra etmək haramdır.“
Bölməyə aid digər xəbərlər