Qara enerji mövcuddurmu?

       İctimai televiziyada   tez-tez maraqlı  verilişlər verilir. Bu yaxınlarda efirə getmiş  həmin verilişlərdən  biri qara  enerji ilə əlaqədar idi. Həmin verilişdə xarici ölkə alimlərinin  qara enerji haqqında maraqlı  fikirləri  səsləndirildi. Məsələ burasındadır ki, dünyanın ən məşhur alimləri qara enerjinin mövcudluğu haqqında qısa da olsa fikir söyləyirlər. Lakin, eyni zamanda öz fikirlərini inkar edirlər. Hətta, qara enerjinin mövcud olmadığını sübut etməyə çalışırlar.
     Mövzunun aktuallığını nəzərə alaraq öz fikirlərimi izah etməyə çalışacağam. Əvvəlcədən qeyd etməliyəm ki, qara enerji mövcuddur. Hələlik  insan  zəkası onun  varlığını,  yaranmasını, təsirini dərk edə bilmir. Heç bir elmi cihaz, teleskop qara enerjinin yaranma səbəblərini  qeydə almır. Qara enerjinin bizim Günəş sistemindən  çox uzaq  məsafədə  yaranması fikrini söyləyənlər də vardır.  Əslində, bu belə deyildir. Kainatın bütün nöqtələrində qara enerji mövcuddur.  Yer üzərinin  istənilən nöqtəsində qara enerji mövcuddur. Bütün üzvi aləm, canlı orqanizmlərin  mövcudluğu bizim dərk edə bilmədiyimiz həmin enerji  ilə əlaqədardır. Çox nadir insanlar həmin enerjinin varlığını dərk edə bilərlər. Lakin, təsir xüsusiyyətlərini  öyrənə bilməzlər. 
     Çoxlu suallar meydana çıxır. Qara enerji hansı qüvvənin təsiri altında yaranır? Nə üçün insan zəkası onu dərk edə bilmir? Necə olur ki, elmin bu qədər yüksək səviyyədə inkişaf etdiyi vaxtda Qara enerjini öyrənmək mümkün olmur?  
    Sualların cavabını qısa olaraq izah edəcəyəm. Məlumdur ki, Kainatın genişlənməsi zaman keçdikcə sürətlənir. Deməli, genişlənmə qüvvəsi mövcuddursa, genişlənmə enerjisi də mövcuddur. Canlı orqanizmləri təşkil edən atom və molekullar genişlənmə qüvvəsinə daha tez məruz qalır.
    Genişlənmə varsa, sıxılma da vardır. Sıxılma enerjisi də vardır. Həmin sıxılma enerjisi Qara enerjidir.  Deməli,   Kainatın bütün nöqtələrində həm genişlənmə, həm də sıxılma  gedir.  Qeyd etdiklərimin  dərk edilməsi çox çətindir. Hörmətli oxucular bunları qəbul etməyəcəklər.  Lakin, genişlənmə və sıxılma eyni vaxtda baş verir. Biz bunu dərk edə bilmərik. 
    İnsan zəkası, şüuru Kainatın genişlənməsinin məhsuludur. Ona görə də biz yalnız genişlənməni öyrənə bilirik. 
Hər hansı bir nöqtəyə genişlənmə qüvvəsi nə qədər təsir göstərirsə, sıxılma qüvvəsi də o qədər təsir göstərir. Genişlənmə qüvvəsinin təsiri ilə enerji ayrılır.  Sıxılma qüvvəsinin təsiri ilə enerji udulur.  Enerji ayrılması və enerji udulması zamanı tarazlıq vəziyyəti yaranır.  Tarazlığın pozulması zamanı insanın müşahidə edə biləcəyi  proseslər baş verir.
    Genişlənmə qüvvəsini təsiri ilə maddənin atom və molekulyar  quruluşunda dəyişiklik baş verir. Bu zaman sıxılma qüvvəsinin təsiri nəticəsində atom və molekullar elmə məlum olmayan zərrəciklərə çevrilir. Sıxılma nəticəsində toplanan enerji nə qədər çox olarsa, gələcəkdə partlayış bir o qədər güclü olur.
    Partlayış nəticəsində yeni səma cisimləri yaranır.  Çətinlik ondadır ki,  biz sıxılma sisteminə aid heç nə dərk edə bilmirik. Allahın qüdrəti ilə bütün baş verən proseslər çox ciddi  qanunauyğunluq nəticəsində idarə olunur. 
Alimlər arasında belə bir fikirlər vardır ki, Qara enerji Kainatı məhv  edəcəkdir. Yer üzərində Qara enerjinin təsiri ilə dəhşətli hadisələr baş verəcəyi ilə əlaqədar xəbərdarlıq edilir. Bütün bunlar düzgün olmayan fikirlərdir. Qara enerji Kainatı məhv etmir, əksinə  məhv olmaqdan qoruyur.
    Genişlənmə qüvvəsinin və enerjisinin   təsiri ilə atom və molekulların quruluşu, elektron təbiəti dəyişir.  Biz bunu dərk etmirik.  Bütün maddi varlıqların dəyişməsi prosesi gedir. 
   Yer üzərində canlı orqanizmlərin yaranması, inkişafı  yalnız genişlənmə qüvvəsinin təsiri altında baş vermişdir.  Hazırda isə məhvolma  prosesi gedir.  Məhv olmanın qarşısını Qara enerji alacaqdır. Qara enerji olmasaydı Yer üzərində canlı orqanizmlər çoxdan məhv olardı.  
    Eyni zamanda Yer üzərində həyatın qalıb-qalmaması məsələsi insanların, şüurlu münasibətindən  də aslıdır. Müasir fizika qanunları, nisbilik nəzəriyyəsi sıxılma sistemində işləmir. Qara  enerjinin canlı orqanizmlərdə baş verən prosesləri, insanlar arasında baş verən ictimai-siyasi hadisələri izləmək və təsir göstərmək xüsusiyyəti vardır. Əgər insan şüurunda baş verən dəyişiklik canlı aləmə mənfi təsir göstərirsə, onda Qara enerji məhvedici təsir göstərir.
    Yer üzərində  canlı aləm Allahın qüdrəti ilə yaranmışdır. İnsana şüur verilmişdir ki, canlı ailəm yaşasın, inkişaf etsin, Kainat öyrənilsin. Bu yoldan, bu istiqamətdən kənara çıxıldıqda Qara enerji məhvedici  təsir göstərir. 
Bu yazıda mən Qara enerji  ilə əlaqədar mənə məlum olanların çox az hissəsini qeyd etdim. Yazdığım bəzi məsələlər mücərrəd, bəlkə də başa düşülməyən, qəbuledilməz anlayışlar kimi təsir bağışlayacaqdır. Yazdıqlarıma öz münasibətini bildirənlərin hamısına öz  münasibətini bildirənlərin  hamısına öz minnətdarlığımı bildirirəm. 

Davamı var....

Tahə İbrahimov 
Biologiya-coğrafiya müəllimi 


Tarix: 27-10-2023, 08:38 Oxunub: 137


Bölməyə aid digər xəbərlər