15:31 / 02-05-2024
Bu gün Yasamalda qaz olmayacaq
13:17 / 01-05-2024
“Bazarstore” təltif edildi
DÜNYANIN NAMƏLUM QANUNU: "KAİNATIN SİRRİNİ RƏQƏMLƏRLƏ AÇMAQ MÜMKÜNDÜR"

   Yer kürəsində yaşayan yeddi milyarddan çox əhaliyə məlum olmayan bir qanun mövcuddur.İnsanlar istəsələr də, istəməsələr də bilməlidirlər ki, kainat,təbiət və cəmiyyət həmin qanuna əsasən yaranır, inkişaf edir, məhv olur və yenidən yaran- maqla təkrar olunur.Hər şey bu qanuna əsasən öz ilində, öz ayında, öz günündə baş verir. Dini mənbələrdə, əfsanələrdə, nağıllarda hallanan çoxlu sayda deyimlər, dini adət-ənənələr də, məlum olmayan həmin qanundan götürülüb. Eləcə də keçmişdə, hazırkı dövrümüzdə,gələcəkdə təbiət və cəmiyyətdə baş verən və verəcək qlobal hadisələrin (köklü dəyişiklərin) tarixi də həmin qanuna əsasən olub və olacaqdır. Məsələn, Zərdüştlükdə insanlara verilən bayramların sayı-ildə yeddi dəfə, Novruz bayramında süfrələrə qoyulan nemətlərin sayı- yeddi növ, yahudilə-rin dini bayramlarında yeddi gün və ya səkkiz gün duzsuz qoğal yemələri, Yer kürəsinin yeddi qat olması, 7777 Koroğlu dəliləri, Qız qalası abidəsinin bir tərəfdən altı, digər tərəfdən doqquz rəqəmini əks etdirməsi, Azərbaycanın doqquz iqlimi, Tibet dağında inşa olunan Dalay-Lama sarayının 999 otaqdan ibarət olması, vəfat edən adamın üçünün, yeddisinin, doqquzunun (xristianlarda), qırxının, anadan olan uşağın qırxının saxlanılması, Qurani - Kərimdə olan surə və ayələrin (114 və 6666) sayı , Bibliyada olan surə və ayələrin (66 və 6000) sayı, Musa Peyğəmbərə (ə.s.) və Məhəmməd Peyğəmbərə (ə.s.) qırx yaşında peyğəmbərlik verilməsi, Məhəmməd Peyğəmbərin (ə.s.) anadan olduğu (570-ci il ) və vəfat etdiyi (633-cu il) ilin rəqəmlərinin cəminin (570=5+7+0=12 və 633=6+3+3=12) eyni olması və 63 (9x7=63) il ömür yaşaması , İsa Peyğəmbərin (ə.s.) 33 (9x3+6=33) il ömrü, yuxarı (25920 il) və aşağı (2160 il) oxlu illər (Astronomiya-nücum elminə baxın), bizim Günəş sistemindəki planetlərin sayı (9 ədəd), Günəşdə baş verən dəhşətli püskürmələr (Qanuna əsasən belə püskürmələr Günəşin Qalaktika boyu hər səkkizinci dövretməsində baş verir, bizim tariximizdə birinci və sonuncudur), 2008-ci ildə başlayan dünya maliyyə böhranı həmin qanuna əsasəndir. Eləcə də Böyük Oktyabr Sosialist İnqilabının qalib gəldiyi 1917-ci il, dağılmağa başladığı 1989-cu il, dağıldığı 1991-ci il, V.İ.Leninin ömür sürdüyü 54 (1870-1924) il, doğulduğu və vəfat etdiyi ilin rəqəmləri cəminin bərabər (1870=1+8+7+0=16; 1924=1+9+2+4=16) olması, planetimizdə başlayan qlobal istiləşmə və hazırda təbiətdə baş verən anormal hadisələr, insan orqanizminin quruluşu və dişlərinin sayının 32 olması, (bunları külli miqdarda sadalamaq olar) hətta 64 xanalı şahmat oyunu və sairə həmin qanuna əsasəndir. Bermud üçbucağının da sirrini bu qanuna əsasən açmaq mümkündür.

    Yeri gəlmişkən qeyd etmək yerinə düşərdi ki, Mişel Nostradamus bu qanundan istifadə edərək bir çox tarixi məlumatların , (məsələn, 1917-ci ildə Sosialist İnqilabının baş verəcəyi və 73 il 7 ay yaşayacağını, 1944-cü ildə atom silahının atılacağını, Antixristin 1999-cu ildə doğulacağını və s.) vermişdir. Eləcə də Nostradamus bu qanunu bildiyinə görə ayaq üstə dəfn olunmasını vəsiyyət etmişdir. Görünür, Salman Rüştinin bu qanundan xəbəri olmamış və ona görə də Quran-i Kərim-i "Şeytan əməli" adlandırmışdır. Əgər xəbəri olsaydı belə kobud səhvə yol verməkdən çəkinərdi. Eləcə də bu qanundan xəbərləri olmayan dünya alimləri bizim Günəş sistemində dəfələrlə mövcud olmayan planetləri tapırlar, "Uçan boşqablar" haqqında əqlə sığmayan məlumatlar verirlər. Məsələn, Amerika və İngilis alimləri bizim Günəş sistemində yeni planet tapdıqları haqqında bir neçə dəfə məlumat verdilər və sonradan itirdilər. Əgər bu qanundan xəbərləri olsaydı nə tapardılar, nə də itirərdilər və bu sistemdə planet axtarmağa xərc çəkməzdilər. Eləcə də Müsavat qəzetində (30 mart 2009,Nömrə : 4047) dərc olunan "Dünyanın sonu 12 sentyabr 2012-ci il"  başlıqlı məqalədə  (Amerikanın Milli Kosmik Agentliyi tərəfindən yayılan şok açıqlamadır) yazılan "bəşəriyyətin bitəcəyi gün və Günəşdə baş verəcək böyük fırtınadan bir neçə saat ərzində dünyanın bütün enerji şəbəkələrinin çökdürülməsi ilə insanların Daş dövrünə qayıdacağı" məlumatı doğru deyildir və həmin qanuna ziddir. Əgər NASA belə xəbər veribsə və doğrudursa, 20 ölkənin prezidentinin yığışıb maliyyə böhranını həll etmələri kimə lazim idi? Qanun göstərir ki, yaşayış olan hər bir planetdə, eləcə də Yer kürəsinin (Bizim Günəş sisteminin digər planetlərində canlı həyat mövcut deyildir) bir yaşayış dövründə (yaranmadan məhv olmasına qədər) insanların iki Daş dövrü yaşaması mümkün deyildir. Eləcə də hər hansı bir planetdə insan yaranıbsa, həmin qanuna əsasən altı cəmiyyət quruluşuna yaşamadan məhv ola və ya bir neçə min il arxada qalmış inkişaf dövrünə qayıda bilməz. Lakin azı üç-dörd dəfə çoxlu miqdarda (bu, dövr və insan sayı ilə əlaqədardır) qırılmaya məruz qala bilər və qalmalıdı. Bu qanuna əsasən insan yaranmağa başladığı dövrdən başlayaraq 1998 il ərzində, heç bir dayanaqlı cəmiyyət quruluşu olmamış (söhbət ibtidai icma quruluşuna qədər olan dövrlərdən gedir) və insanlar səfil həyat yaşamışlar. Lakin bu dövrdə ibtidai icma quruluşu iki dəfə qurulmuş (1-ci dəfə 1997-ci –bizim eraya 3 il qalmış, 2-ci dəfə 2043-cü ildə-b.e. 43-cü il) və dağılmışdır. Beləliklə, birinci dəfə 72 gün,ikinci dəfə 73 il 7 ay yaşamışdır. Nəhayət, insanın yaranmasının 2160-ci ilində  ibtidai icma quruluşu üçüncü dəfə qurularaq dayanıq vəziyyətinə  keçmişdir. Bu qanuna əsasən hər bir quruluş özündən əvvəlki quruluş dövründə iki dəfə qurularaq dağılır və üçüncü dəfə qurularaq dayanıqlı olur və özündən sonrakı quruluş dövrünə qədər yaşayır.

   Həmin qanuna əsasən dünyanın yaranmağa başlamasından məhvinə qədər on altı milyard il keçir. O cümlədən, tam şüurlu insanın yaranmasından bu günə qədər (18x07x2009) ((666x3)+ (666x4)-(1989+45-2009))=1998+2664-25=4637 il keçib. Yer kürəsində canlı həyatın məhvinin başlamasına 1363 ((666x2)+25+6=1363)) il, tam məhvinə isə 2029 (1363+666=2029) il qalıb. Beləliklə, dünyamızın hal-hazırda 15 milyard 999 milyon 997 min 971(16000000000-2029=15999997971) yaşı vardır (astronomiya-nücum elmində 15...20 milyard il yazılır). Tam şüurlu insanın yaranmasının (6666+2222=8888) 8888-ci ilində, yəni 4251 (2029+2222=4251) ildən sonra kainatda soyuma başlayacaq (on yeddinci milyard ilin 2222-cı ilində), on yeddinci milyard ilin sonunda kainatın bərabər paylanmış doqquz nöqtəsində, dünyanın- kainatın mərkəzindən qırx dərəcə (360:9=40) bucaq altında doqquz kütlənin yığılma prosesinin başlanması və iyirmi birinci milyard ilin sonunda bu kütlələrin nüvəsində qızışma prosesi baş verəcək. Bu qızışmadan hərarət iyirmi altıncı milyard ildən iyirmi yeddinci milyard ilə keçəndə, kütlələrin tərkibində 9 milyard dərəcəyə (bu dərəcə də həmin qanuna əsasəndir) çatacaq, kütlələr tab gətirməyib partlayacaq  (Elmdə buna "Böyük partlayış" deyilir)...  Beləliklə, qalaktikalar, ulduzlar, planetlər və s. yaranmağa başlayacaq və otuz birinci milyard ilin sonunda kainat "sakitləşəcək" bunlar da öz yerlərini tutacaqlar. Nəhayət, otuz üçüncü milyard ilin sonuna 250 milyon il qalmış canlının, altmış iki milyon beş yüz min il qalmış insanın yaranması üçün tələb olunan şəraitə keçid və sonuna 6666 il qalmış yetkin şüurlu insan dünyaya gələcək.

Elmdə yazıldığına görə, kainat bir ədəd "Böyük partlayış"  nəticəsində yaranıb. Yer kürəsinin və Günəşin 4,5......5,5 milyard (Климишин И.А. Элементарная астро-номия –М. Наука Г.Л. ред,физ-Мат,Лит., 1991-464 с) yaşı vardır. Qanun isə göstərir ki, kainat doqquz kütlənin partlamasından yaranıb. Günəşin və Yer kürəsinin isə yaşının yeddi milyard olmasına 2029 il qalıb.

Dünyanın bu qanununa əsasən Yer kürəsində yaşayan əhalinin hamısı bir mərkəzdən (XXI əsrin sonunda) idarə olunmalıdır. Belə olan halda, Yer kürəsinin bir dövlət , bir qanun, bir pul vahidi (altıncı quruluşda pul gərəksiz olacaqdır), bir ümumi dilə keçilməlidir. Lakin bu o demək deyildir ki, digər dillər olmamalıdır. Əsla belə deyildir. Hər bir millət öz dili ilə bərabər, ümumi dili də bilməli, yazıb-oxumağı bacarmalıdır. Bunun üçün məktəblərdə şagirdlərə ilk siniflərdən, eləcə də məktəbə qədər tərbiyə ocaqlarından başlayaraq öz ana dilləri ilə birlikdə ümumi dil də eyni səviyyədə öyrədilməlidir. Bu da Yer kürəsinin istənilən bir yerində insanların sərbəst yaşamağına və işləyə bilməsinə şərait yaratmaqla bərabər, müxtəlif millətləri bir-birinə yaxınlaşdıracaq, düşmənçiliyi, milli ədavəti minimuma endirəcəkdir.

  Bu gün külli miqdarda insanlar anlamırlar ki, onlar millət kimi deyil, insan kimi, daha doğrusu irq kimi yaranıblar. Yaradılış bir qanuna tabe olduğu üçün irqlər bir-birindən yaxşı və ya pis kimi fərqlənə bilməz. Həmin qanuna əsasən Yer kürəsində canlının yaranmağa başladığı dövrdə alti okean və dörd qitə olub (ikisinin cəmi on olmalıdır). Sonradan iki okean itib, əvəzinə iki qitə yaranaraq qitələrin sayı altıya çatıb. Çünki bu qanuna əsasən insanların həm yaranması, həm də yaşaması üçün hər ikisi altı olmalıdır. Yaranma yaşamadan əvvəl olduğu üçün (açıqlanması çox geniş olduğundan burada verilməsi  mümkün deyildir) okeanlar qitələrdən qabaq yaranıb və ona görə də okeanların sayı, əvvəlcədən altı olub. Bu qanundan xəbəri olmayan, aşağı şüura malik insanlar, ayrı-ayrı millətlər özlərinin digərlərindən üstün olduqlarını hesab edirlər. Bu da insanlar arasında qırğınlara, müharibələrə səbəb olur. Belə şüur çatışmamazlığından min illərlə ayrı-ayrı millətlər, dövlətlər bir-birilə müharibə aparıb, biri digərinin torpağını zəbt edib bu günki sərhədləri yaradıblar. Bu gün də biz anlaya bilmirik ki, Yer kürəsi bu dörd və ya altı irqin hamısıdır. Onu ayrı-ayrı millətlərə, dövlətlərə bölmək, sərhədlərə ayırmaq bizim şüurumuzun yetişməməsinin məhsuludur və bunu anlamağın vaxtı yetişmək üzrədir. Bu gün hər şey "mənim ailəmin,millətimin,dövlətimin naminə" şüarı deyil, hər şey "insan naminə" şüarı hökmran olmalıdır. Bunu biz indidən anlamağa başlamasaq sonra gec olacaqdır. Onsuz da biz bunu anlamağa məcbur ediləcəyik və nə qədər tez anlamağa başlanılsa, o qədər insanların xeyrinə olar. Cəmiyyətlərə diqqət yetirsək görərik ki, ən yüksək inkişaf səviyyəsinə malik bir dövlət də milyonçu, milyarderlə yanaşı, çoxlu miqdarda yoxsul, ac-yalavac da mövcuddur. Bu cəmiyyət quruluşunun çatışmamazlığı, qanunlarının qeyri-aliliyinin məhsuludur. Ona görə də cəmiyyət qanunlarına cavab verməyən quruluş dağılmalı və yeni quruluşla əvəz olunmalıdır. Bu səbəbdən ibtidai icma quruluşu quldarlıqda, quldarlıq feodalizmlə, feodalizm kapitalizmlə əvəz olunmuşdur. Bu nöqteyi-nəzərdən kapitalizm (dördüncü quruluş ) beşinci, beşinci isə altıncı (sonuncu)quruluşla əvəz olunacaqdır. Bu qanuna əsasən köhnə cəmiyyət quruluşunun sonuna yaxın (163 il ) yeni quruluşa hazırlıq dövrü başlayır. Bu da, dövlətlər daxilində münaqişələrlə, üsyanlarla, böhranlarla müşayiət olunur və son məqamda quruluş məhv olaraq yenisi ilə əvəz olunur. Bu,cəmiyyət quruluşlarının yaranmağa başladığı dövrün əvvəlində belə ölmüş və sonlarına qədər (altıncı quruluş sonuncudur) belə də olacaqdır. Cəmiyyət qanunlarına əsasən beşinci cəmiyyət quruluşunda hamı eyni quruluşa keçəcək və bu da bir mərkəzdən idarə olunmasına keçmək üçün şərait yaradacaqdır.

Tariximizdə bir çox şəxsiyyətlər dünyanı bir hökmranlıq altına salmaq, bir bayraq altında birləşdirmək kimi fikrə düşmüşlər. Məsələn, Makedoniyalı İsgəndər, Çingiz xan, V.İ.Lenin, Adolf Hitler və s. eləcə də bir vaxtlar ABŞ-da yaradılan "Bildenbərq", "Üç tərəfli komissiya"-nı təşkil edənlər bu fikrə düşmüşlər və tarixi dövr yetişmədiyi üçün mümkün olmamış, ola da bilməzdi. İndi isə tarix yetişmək üzrədir və indiki böhran da bununla əlaqədardır. Bir mərkəzdən idarəetmə heç kəsi qorxutmamalı, çünki bu, ən düzgün və xoşbəxt yaşayış olan cəmiyyət quruluşudur və qaçılmazdır. Dördüncü quruluş olan kapitalizm (həmin qanuna əsasən cəmiyyət əsl və yetkinləşmiş cəmiyyət qəddinə kapitalizm quruluşunda çatır) quruluşunda dövlətlər nə qədər əl-ələ versələr də, dünyada baş verən hərcmərcliyin, qırğınların qarşısını ala bilməyəcəklər. Çünki bunu cəmiyyət quruluşunun özü yaradır və yaratmalıdır. Bu gün dünyamızda tüğyan edən irqi, dini, milli ayrılığın, düşmənçiliyin səbəbkarı da cəmiyyət quruluşunun çatışmamazlığıdır.

   Yeri gəlmişkən qeyd etmək yerinə düşərdi ki, həmin qanuna əsasən insan yarananda altı irq yaranmalı idi. Hazırda dörd irq mövcuddursa, deməli, iki irq itmişdir. Onda bu, iki okeanın itməsi ilə əlaqədar olmalıdır. Bu nöqteyi-nəzərdən hamının dörd və ya altı irqin vətəni Yer kürəsidir. Buna əsasən də Yer kürəsinin hər hansı bir hissəsində yaşayan şəxs və ya millət "bu torpaq mənə məxsusdur, mənim millətimdir, digər millətin, irqin burada yaşamağa, işləməyə ixtiyarı yoxdur" deməməlidir. Eləcə də, Yer kürəsinin hər hansı bir hissəsində olan faydalı qazıntılar da, Yer kürəsində yaşayan insanların hamısına məxsusdur. Yer kürəsinin bir mərkəzdən idarə olunması dövründə, insanlar bunu anlayacaq, heç kimin torpağının faydalı qazıntısının digərləri tərəfindən zəbt olunmasına ehtiyac qalmayacaq. Bütün faydalı qazıntılar, planlı qaydada ən yeni texnika və texnologiya ilə istismar olunaraq hamıya bərabər bölüşdürüləcəkdir.

Dünyanın bu qanuna əsasən, kainatda doxsan doqquz milyard, doqquz yüz milyon qalaktika, hər doqquz qalaktikadan birində yaşayış , hər yaşayış olan qalaktikada səksən bir Günəş sistemi, hər doqquz Günəş sistemindən birində canlı həyat, hər canlı həyat olan sistemdə doqquz planet, hər doqquz planetdən birində canlı həyat mövcuddur. Yaşayış olmayan sistemdə altı planetdən az ola bilməz.

Həmin qanuna əsasən, son bir milyard ildə Yer planetinin oxunun vəziyyəti və Günəşdən olan məsafəni dəyişilmişdir. Hazırki qlobal istiləşmə, təbii fəlakətlər də bununla və Günəşdə olan püskürmələrlə (bu püskürmə 1999-cu ildə başlayıb) əlaqədardır.

Bu qanuna əsasən  2026-ci ( 1989+45- -8=2026 ) ilin avqust ( səkkizinci ay ) ayında iqdisadi böhran başlamalıdır. Bu böhranın ABŞ-dan başlanması ehtimalı daha yüksəkdir. İkinci böhran birincidən dəhşətli olacaqdır. Eləcə də, bu qanuna əsasən  2031-ci (1989+45-3=2031 ) ildə dünya müharibəsi gözlənilir.

Sonda bildirmək istərdim ki , həmin qanuna əsasən Yer kürəsinə heç bir, "Uçan boşqab" gəlməmiş və gəlmir. Çünki bizim Günəş sisteminə yaşayış olan sistemə azı 20 min işıq ili məsafə vardır. 1 işıq ilinin (149600000x63240 km ) neçə kilometr olduğunu bilən nücum elmi (Astronomiya ) ilə məşğul olanlara məlumdur ki, belə bir məsafəni qət etməyə insan həyatı çatmaz.

Aydın Adıgözəlli


Tarix: 20-08-2022, 07:25 Oxunub: 677


Bölməyə aid digər xəbərlər