Novruz bayramı münasibətilə Qazaxda şənlik keçirilib....

Novrzuz bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. Çox uzun müddətlər  din xadimləri və müxtəlif təriqət nümayəndələri Novruz bayramına dini libas geyindirməyə çalışmışlar. Dini məsələlərin Novruz Bayramına təsiri isə Ərəb xilafətinin Azərbaycana gəlişi ilə başlamışdır.
Hətta bəzilərinin fikrincə bu bayram Əlinin hakimiyyətə gəldiyi günlə bağlıdır. Guya xalq Əlinin hakimiyyətə gəlişini qeyd etmək məqsədi ilə bu bayramı etmişlər.  Ancaq bildirək ki, Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz bayramı isə bildiyimiz kimi mart ayında qeyd olunur.
Xalqların çox hissəsi elə qədim zamanlardan olan adətləri özlərində saxlamışlar. Və məlum olur ki, keçirilən bu bayramlar, bu adətlər heç bir dini ehkamlarla əlaqəsi olmadan keçirilir.
Novruz bayramı illərdən bəri qeyd olunduğu üçün vaxt keçdikcə yeni-yeni adətlər əmələ gəlib və nəsildən nəsilə ötürülüb, hal hazırda isə Azərbaycanda Novruz bayramında aşağıda qeyd etdiyimiz adətlər var.

  • Papaq atmaq: Əsasən gənclər və uşaqlar arasında yayılan bu adət zamanı atılan papağı heç vaxt boş qaytarmazlar deyirlər.
  • Qulaq falı da papaq atmaq qədər məşhur adətlərdən biridir hansı ki, bu adətdə hər hansı bir evdə danışılanlar gizlincə dinlənilir əgər yaxşı söhbətlər danışılırsa onda bu o deməkdir ki, arzunuz yerinə yetəcək.
  • Tonqaldan tullanmaq isə növbəti adətlərimizdəndir bu adət həm Novruz bayramı günü həm də əsas Od çərşənbəsi günü həyata keçirilir.
  • Üzük falı isə qızlar arasında yayılan ən məşhur adətlərdən sayılır, odur ki, sapa bağlanmış üzük su ilə dolu bir stəkanın içərisinə salınır və üzük neçə dəfə stəkanın divarlarına dəysə bu o deməkdir ki, qız o yaşında ərə gedəcək.
  •  Səməni əkmək isə demək olar bütün ailələrdə həyata keçirilən bir adətdir, hər bir ailədə səməni yetişdirilir və bu da yazın gəlişindən ətrafın yaşıllaşmağından xəbər verir.
  • Yumurta döyüşdürmək isə elə balaca vaxtlarımızdan hamımızın ən sevdiyi olub. Yumurtası qırılan tərəf digərinin dediklərini etməli idi. 
  • Bir biri ilə yola getməyən Keçəl ilə Kosa isə Azərbaycan Novruz bayramının əsas rəmzlərindən biridilər
Respublikamızın hər yerində olduğu kimi Novruz bayramı münasibətilə Qazaxda da tədbir və  şənlik keçirilib.
Novruz şənliyi başlamadan öncə rayon  rəhbərliyi başda olmaqla rayon sakinləri   ŞƏHİDLƏR XİYABANINII  ziyarət edərək,  büstlərinə qərənfillər düzüb, bir dəqiqəlik sükutla Şəhidlərimiz yad edilib. 
 Daha sonra Novruz şənliyi ilə əlaqədar Qazax Dovlət Sosial Iqtisadi  Kollecinin önündən bəzədilmiş  atlar, faytonlar üzü Mədəniyyət Mərkəzinin qarşısına  gələrək  bayram şənliyinə başlanıb.


 Rayon mərkəzi  Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb, Novruzun rəmzi olan böyük tonqal qalanıb. Rayon sakinlərində xoş əhval-ruhiyyə yaradan şənlikdə minlərlə rayon sakini iştirak edib.
 Zurnaçıların, aşıqların ifaları, Azərbaycanı tərənnüm edən mahnıların sədası ətrafa yayılıb,  şənliyik  iştirakçılarında xoş ovqat yaradıb.
Novruzun rəmzi olan tonqal alovlandırıldıqdan sonra RİH başçısı  Rəcəb Babaşov  və qonaqlar bayram ovqatlı sərgilərə, bayramsayağı bəzənmiş süfrələrə, pəhləvanların, idmançıların və uşaqların maraqlı çıxışlarına, əl işlərindən ibarət nümunələrə, qədim məişət əşyalarına tamaşa ediblər. Adət-ənənələrimizə uyğun hazırlanmış Novruz təamları ilə tanış olub, ululardan bu günkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayişinə baxıb, aşıqların ifasında qədim el havalarını dinləyiblər.
Bayram şənliyində Kosa və Keçəlin zarafatları, Bahar qızın söylədikləri şeirlər, məzəli əhvalatlar, Novruzla bağlı adətlər, oxunan rəngarəng mahnılar və müxtəlif rəqslər rayon sakinlərinin  əhval-ruhiyyəsini daha da yüksəldib.
Sonra tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirilib.
RİHi başçısı Rəcəb Babaşov çıxış edərək Novruz bayramı münasibətilə bütün rayon sakinlərini təbrik edib, hər bir ailəyə sevinc, firavan günlər, əmin-amanlıq arzulayıb.


Bayram tədbiri konsert proqramı ilə davam etdirilib. Tədbirdə rayon ziyalıları, Şəhid ailələri, Qazilər, eləcə də rayon sakinləri  çıxış edərək bu bayramın  yüksək səviyyədə keçirilməsinə görə Möhtərəm Prezidentimiz başda olmaqla rayon  rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Ən maraqlı məqam isə tədbir iştirakçılarının şahidliyi ilə bu gün Qazaxda yeni bir ailənin təməli qoyulub. Vətən Müharibəsi iştirakçısı Elməddin Yusifov sevdiyi xanımla nigah ittifaqına daxil olub. Nigah şəhadətnaməsini Qazax RİH-nin başçısı Rəcəb Babaşov Qazi Elməddin Yusifova təqdim edib. RİH-nin hədiyyəsini Şəhid Babək Həsənovun Anası Gülayə xanım Qazi Elməddin Yusifovun həyat yoldaşı Bənövşə xanıma  təqdim edib.
Yeni ailə quran cütlük Novruz tonqalını alovlandırdıqdan sonra “Göyəzən” ansamblının ifasında səslənən Yallının sədaları altında rəqs ediblər.
 Xoşbəxt olsunlar!!!
Onu da qeyd edək ki, Qazi Elməddin Yusifov Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.



Elnur Quliyev, ATİA.AZ

Tarix: 18-03-2022, 07:35 Oxunub: 546


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı