13:15 / 30-03-2025
Suriyada yeni hökumət quruldu
10:24 / 09-03-2025
QADIN GÖZƏLLİYİNİN SİRRİ
Şəhidimizin yadigarlarına dəstək olaq

Azərbaycanın ərazi bütövlüyü uğrunda ŞƏHİD olmuş Məmmədov Tural Elxan oğlunun əkiz övladları, Nihat və Nilay balalarımız “Azərbaycan İstedad Festivalı”nda mübarizəyə qoşulublar.

 

Xatırladaq ki, Məmmədov Tural Elxan oğlu 17 sentyabr 1990-cı ildə Qazax rayonunun Qızıl Hacılı kəndində anadan olub. Cəmi 2 yaşı olanda doğulduğu kənd erməni silahlı birləşmələri tərəfindən hücuma məruz qalır və Qızıl Hacılı kəndi tamamilə işğal olunur. Ailəsi məcburiyyət qarşısında rayon mərkəzinə pənah gətirir. Məcburi köçkün kimi, ailə üzvləri Qazax şəhər 6 nömrəli uşaq baxçasında məskunlaşırlar.

Tural 01.09.1997-ci ildə Qazax şəhəri S.Vurğun adına 2  nömrəli   orta məktəbin 1-ci sinifinə daxil olur və  2008-ci ildə həmin məktəbin  11-ci   sinifini bitirir.

Gözəl rəssamlıq qabiliyyəti var idi.

03.10.2008-ci ildə Qazax rayon hərbi komissarlığı (hal-hazırki SHXÇDX)  tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə çağırılır.

Həqiqi hərbi xidmətini   döyüş bölgəsində yerləşən 161 nömrəli hərbi hissədə baş tuşlayıcı və snayper vəzifələrində  yerinə yetirir.

01.04.2010-cu ildə müddətli həqiqi hərbi xidmətini başa vuraraq  ehtiyata təxris edilir. 

02.04.2010-cu il tarixdə SHXÇDX-nin Qazax rayon şöbəsində hərbi qeydiyyata durur.

03.06.2010-cu il tarixindən 30.10.2010-cu il tarixədək Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Bebedor” firmasında satış üzrə menecer vəzifəsində işləyir. 

01.11.2010-cu il tarixdən 13.07.2016-cı il tarixə kimi Qazax şəhərində yerləşən “Xəyal” marketdə satıcı vəzifəsində işləyir.

Çətinliklə müharibə və məcburi köçkünlük şəraitində böyümüş Tural hər zaman hərbiçi olmaq arzusunda olduğu üçün yenidən hərbi xidmətə qayıtmaq qərarına gəlir. 

   Həyat yoldaşı ilə birgə nigahdan 27.10.2016-cı il tarixdə Turalın dünyaya 2 əkiz övladları gəldi – Nihat və Nilay.

Övladlarının 2 aylığında Tural 12.12.2016-cı il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3 0rdu Korpusunun “N” nömrəli hərbi hissəsində kəşfiyyat taborunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyatçı-sanitar vəzifəsində xidmətə başlayır.

Müdafiə Nazirliyinin birinci müavini –Silahlı Qüvvələrinin Baş Qərargah Rəisinin müvafiq əmrinə əsasən “N”  saylı hərbi hissədə 09.08.2017-ci il tarixdən 22.08.2017-ci il tarixədək təşkil edilmiş kəşfiyyatçı- ixtisası üzrə imtahanlarda iştirak etmiş, və müsbət qiymətləndirərək kəşfiyyatçı-sanitar ixtisası üzrə sertifikata layiq görülmüşdür.

Xidməti zərurətlə əlaqədar 05.05.2018-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən “N”  nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı vəzifəsində xidmətini davam etdirməyə başlayır.

Azərbaycan Ordusunun əsgəri olan Tural Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Tural Məmmədov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 11.12.2020-ci il tarixində Qazax rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Məmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Məmmədov ölümündən sonra "Cəsur Döyüşçü" medalı ilə təltif edilib.

Sizləri qəhrəman ŞƏHİDİMİZ  Tural Məmmədovun yadigarlarına dəstək olmağa çağırırıq.


Azercell   nömrələrindən  26A və 27A sms kodunu

 1 səs üçün  8701-ə, 

10  səs üçün  8710-a,

 20 səs üçün 8720-yə göndərməyinizi xahiş edirik.

Qəhrəman ŞƏHİDİMİZİN övladlarına hamılıqla dəstək olaq, ŞƏHİDİMİZİN ruhu şad, məkanı cənnət olsun!!!

 

 


Tarix: 26-03-2025, 19:44 Oxunub: 770


Bölməyə aid digər xəbərlər