Sumqayıtda bir nəfərin 95 000 manatını ələ keçirən ŞƏXS SAXLANILDI

       Sumqayıt şəhəri ərazisində bir nəfərin etibarından sui-istifadə etmək yolu ilə 95 000 manatının ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

        Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

       Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 32 yaşlı şəhər sakini H.Həsənli müəyyən olunaraq saxlanılıb.

       Faktla bağlı araşdırma aparılır.


Tarix: 8-03-2025, 14:54 Oxunub: 957


Bölməyə aid digər xəbərlər