16:48 / 31-03-2025
"Ruh doğulur, yaranır cansız qopan kölgədən..." - Gülnarə İsrafil
16:54 / 30-03-2025
"Şəxsi işimdir, hər şeyi açıqlamalıyam?" - Xəstə olduğu deyilən Şeyx danışdı
14:31 / 30-03-2025
Qazaxda narkokuryerlər saxlanıldılar
13:38 / 30-03-2025
Bank kartlarınız cinayət işlərində istifadə oluna bilər (VİDEO)
13:33 / 30-03-2025
Allahşükür Paşazadənin səhhətində problem yaranıb
13:19 / 30-03-2025
Biləsuvarda polis əməliyyat keçirib, narkotik və silah aşkarlanıb
13:15 / 30-03-2025
Suriyada yeni hökumət quruldu
13:09 / 30-03-2025
İdmançımız Qış Olimpiya Oyunlarına lisenziya qazandı
13:04 / 30-03-2025
Azərbaycanda Ramazan bayramıdır
20:49 / 26-03-2025
ONLARI XİLAS ETDİM -RUS POLİS QATİL
19:44 / 26-03-2025
Şəhidimizin yadigarlarına dəstək olaq
08:53 / 24-03-2025
Bu gün QƏNİRƏ Paşayevanın doğum günüdür
18:42 / 19-03-2025
Prezidentin Novruz bayramı münasibətilə xalqa təbriki
16:59 / 18-03-2025
"Azərbaycanın qüdrətini ifadə edən müsahibə" - Anar Nəbiyev
14:08 / 17-03-2025
Polad Ağakişiyev: Azərbaycan bəşəri problemlərin həllinə töhfələr verir
11:11 / 17-03-2025
"Ramazan ətirli NOVRUZ" - ANAR NƏBİYEV
09:13 / 17-03-2025
"Ermənistana etimad səviyyəsi sıfra bərabərdir" - Babək Vələdov
07:27 / 17-03-2025
Sahibsiz itlər məktəbin həyətində məskən salıb
07:15 / 17-03-2025
“Fəhlə Trotskiyə bənzəyir” şəri, 28 vaqonda Parisə aparılan abidə - Zakir Osmanov
06:51 / 17-03-2025
"Qədr gecəsi qiymətli, dəyərli, şərəfli gecə deməkdir" - Tural İrfan
10:20 / 15-03-2025
Şəhla Bayramova: Novruz ən sevimli bayramımızdır
09:55 / 15-03-2025
Anar Nəbiyev: Azərbaycan əməkdaşlıq məkanı kimi diqqətdədir
13:25 / 13-03-2025
İsgəndər Qurbanov: "İkitərəfli münasibətlər daha sürətlə inkişaf edəcəkdir"
11:34 / 13-03-2025
"Münasibətlərdə yeni səhifə" - Anar Nəbiyev
17:20 / 11-03-2025
"Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır" - "Caliber"
17:12 / 11-03-2025
Qazaxda "Konstitusiya və Suverenlik ili" ilə “əlaqədar ağacəkmə aksiyası keçirildi
13:27 / 10-03-2025
"Xalqxeber.Az" 13 yaşını qeyd edir
13:12 / 09-03-2025
"Biraz uzaq dur məndən" - Gilə Əliqızı
10:24 / 09-03-2025
QADIN GÖZƏLLİYİNİN SİRRİ
10:10 / 09-03-2025
Sabunçu rayonunda yeraltı sular küçəyə axır... VİDEO, FOTO
14:54 / 08-03-2025
Sumqayıtda bir nəfərin 95 000 manatını ələ keçirən ŞƏXS SAXLANILDI
“Fəhlə Trotskiyə bənzəyir” şəri, 28 vaqonda Parisə aparılan abidə - Zakir Osmanov
1937-ci ildə Parisdə keçiriləcək ümumdünya sərgisinə SSRİ ilk dəfə dəvət alanda, Kreml bu dəvəti müsbət qarşılayıb.
Bölməyə aid digər xəbərlər

Bununla bağlı İosif Stalinin göstərişi ilə Mərkəzi Komitədə xüsusi komissiya yaradılıb, Paris sərgisində SSRİ-nin hansı yaradıcılıq işi ilə iştirak edəcəyi müəyyənləşib.
Qərara alınıb ki, Parisdə SSRİ üçün ayrılan pavilyonda sovet memarlarının və heykəştaraşlarının əsərləri nümayiş olunsun.
Yaradılmış komissiyaya təqdim olunan layihələr diqqətlə araşdırılıb, nəhayət, 11 noyabr 1936-cı ildə bəzi düzəlişlər edilməklə heykəltaraş Vera Muxinanın layihəsi qəbul edilib.
Sərgiyə az vaxt qaldığından abidənin hazırlanması üçün üçnövbəli iş sistemi tətbiq edilib.
Abidə Moskvadakı Maşınqayırma və metal emalı təcrübə institutunun istehsal sexlərində hazırlanıb.
Abidənin heykəltaraşı Vera Muxina və memarı Boris İofan həmin ərəfədə sutkalarla təcrübə institutunda gecələməli olublar. İnstitutun işçiləri gərgin iş rejimindən bezərək narazılıqlarını dilə gətiriblər, rəhbərliyə şikayətlərini bildiriblər.
İnstitutun direktoru Tombovtsevi bu narazalıq ciddi şəkildə təşvişə salıb. Direktor işin yarımçıq qalmasından, yaxud da vaxtında icra edilməyəcəyindən qorxub. O, Stalin rejimində bunun nə ilə nəticələnəcəyini yaxşı anlayıb.
Bu səbəbdən direktor özünü sığortalamaq üçün Mərkəzi Komitəyə Vera Muxina haqqında bir neçə dəfə məktub göndərib, məktubda Muxinanın institutun əməkdaşlarını istismar etdiyini, onlara kobud münasibət bəslədiyini bildirib. Ancaq bu məktublara heç kim reaksiya verməyib.
Tombovtsev Kremlin diqqətini instituta və yaranan vəziyyətə cəlb etmək üçün fərqli varianta əl atmağa məcbur qalıb.
O, növbəti məktubunda abidədəki fəhlənin Lev Trotskiyə oxşadığını bildirib.
İnstitut direktorunun bu variantı işləyib. Məktub haqqında Stalinə məruzə edilib.
Stalin heç bir reaksiya verməyib, görəcəyi tədbir haqqında heç nə deməyib. 1937-ci ilin mart ayında, abidənin hazırlanmasının yekun ərəfəsində gecədən xeyli keçmiş o, sürücüsünə maşını təcrübə institutuna sürməyi göstəriş verib.
Stalinin institutuda qəfil gəlməsi hamını çaşdırıb. O, əməkdaşlardan xahiş edib ki, projektorları abidənin üstünə yönəltsinlər. Abidə tam işıqlandırıldıqdan sonra Stalin bir neçə dəqiqə sakit şəkildə abidəni seyr edib və heç bir fikir bildirmədən geri qayıdıb.
Sovet lideri “fəhlə”nin üzündə heç bir Trotski cizgisi hiss etməyib. Ancaq bununla da qane olmayan Stalin səhərisi gün Kliment Voroşilovu instituta göndərib.
Voroşilov institutdan qayıtdıqdan sonra Stalini əmin edib ki, “fəhlə” ilə Trotskinin heç bir oxşarlığı yoxdur.
Abidənin hündürlüyü 24 metr, çəkisi 75 tona yaxın olub. Onun Parisə daşınması növbəti problemə çevrilib.
Nəhayət, “Fəhlə və kolxozçu” 68 hissəyə bölünüb, 28 vaqona yerləşdirilib və Parisə yola salınıb.
Polşa ərazisindən keçərkən növbəti problem yaranıb. Tuneldən abidənin bir neçə hissəsi keçmədiyindən onları da hissələrə ayırmaq zərurəti yaranıb.
Növbəti işlər Parisdə sərgi yerində başlanıb.
Abidə-monument mütəxəssislər tərəfindən SSRİ üçün ayrılmış pavilyonda ucaldılıb.
SSRİ üçün ayrılmış pavilyondan bir neçə metr yuxarıda isə Almaniya üçün yer ayrılıb. Almanlar öz pavilyonıarında qartal fiqurunda kompleks nümayiş etdiriblər.
Nəhəng “Fəhlə və kolxozçu”nun yanında almanların “qartal”ı kiçik bir quşcuğaza bənzəyib və bu sərgi iştirakçılarının diqqətindən yayınmayıb.
25 may 1937-ci ildə Paris sərgisinin təntənəli açılış mərasimi keçirilib. Vera Muxinanın əsəri böyük alqışlarla qarşılanıb. Pablo Pikasso və Frans Mazerel kimi tanınmış sənətkarlar abidəyə heyranlıqlarını gizlətməyiblər.
Fransa mətbuatı “Fəhlə və kolxozçu” abidəsini 20-ci əsrin ən möhtəşəm abidəsi kimi təqdim edib.
Dünyanın bir çox ölkələrində “Fəhlə və kolxozçu” abidəsinin əksi olan poçt markaları, açıqcalar, plakatlar buraxılıb, döş nişanları hazırlanıb.
Sərgidən sonra sovet nümayəndə heyəti Fransa rəsmilərindən abidənin satılması təklifini alıblar. SSRİ bu təklifdən qəti şəkildə imtina edib.
“Fəhlə və kolxozçu” abidəsi eyni qaydada hissələrə bölünərək vaqonlarla Moskvaya qaytarılıb. Bir müddət bu abidənin Moskvanın hansı məkanında ucaldılması məsələsi ciddi müzakirələrə səbəb olub. Vera Muxina abidənin Moskvanın Krımski Val küçəsində qoyulmasını təklif edib.
Dəfələrlə bununla bağlı Mərkəzi Komitəyə müraciətlər ünvanlayıb. Amma heykəltaraşın bu istəyi nəzərə alınmayıb. Sonuncu müzakirələrdən sonra “Fəhlə və kolxozçu” abidəsi “VDNX” kompleksinin (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) giriş hissəsinə qoyulub.
1948-ci ildə “Mosfilm” kinostudiyası “Fəhlə və kolxozçu” abidəsinin şəklini rəsmi simvolu kimi qəbul edib. 1967-ci ildə Oktyabr inqilabının 50 illiyi münasibətilə buraxılan 15 qəpikliyin üzərində “Fəhlə və kolxozçu” abidəsi əks olunub.
2003-cü ildə Rusiya hökuməti “Fəhlə və kolxozçu” abidə-monumentinin əsaslı bərpası ilə bağlı qərar qəbul edib.
Bərpa işləri altı il davam edib və 2009-cu ildə sona çatıb.
Zakir Osmanov
Tarix: 17-03-2025, 07:15 Oxunub: 491
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-02-2025, 08:51
558 nömrəli fond – Stalinin arxivinə kimlər müdaxilə edib? - Yaxın tarixin SİRLİ səhifəsi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
18-12-2024, 14:19
İlham Əliyev "Rossiya Seqodnya"nın baş direktoruna müsahibə verdi
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
4-08-2020, 20:35
Büdcəyə dəyişiklik layihəsi plenar iclasa tövsiyə olundu
27-09-2022, 09:42
Baş nazirdən mənzil satışı ilə bağlı VACİB QƏRAR
8-10-2024, 10:41
3 vəkili öldürülən, güllələnmə qərarı verilən Əhmədov...
5-05-2023, 08:00
"Heydər Əliyev və Azərbaycan səhiyyəsi" - Nasir Əhmədov
12-04-2021, 10:04
Dünyanı silkələyən SƏYAHƏT - Adi fəhlə oğlu necə məşhurlaşdı...
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
19-07-2020, 15:37
İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
21-03-2021, 09:03
Qızlar məktəbi açmasın deyə öldürmək istədilər, NKVD zirzəmisində döyülməkdən ürəyi partladı - Dəhşətli faktlar!
27-01-2022, 07:43
AZƏRBAYCANDA YENİ QADAĞALAR QÜVVƏYƏ MİNİR... - Üç dövlət qurumu əhaliyə müraciət etdi

« Апрель 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |