
15:17 / 01-04-2025
Cəvahir Əhmədova: Faciələr və soyqırımlar unudulmur
10:56 / 01-04-2025
Boşanmış ər arvadını mənzildən çıxara bilərmi? - Ali Məhkəmənin qərarı
10:48 / 01-04-2025
"Gənc Qazilər İctimai Birliyi"nin sədri saxlanılıb
10:40 / 01-04-2025
Sükanı sağdan sola keçirilmiş avtomobilləri alan şəxslər ciddi problemlərlə üzləşirlər
10:32 / 01-04-2025
Zaqatalada 59 yaşlı kişinin meyiti tapıldı
10:30 / 01-04-2025
SUMQAYIT-BAKI qatarı ADAM VURDU
10:21 / 01-04-2025
İlham Əliyev İran Prezidentinin siyasi məsələlər üzrə müşavirini qəbul etdi
10:17 / 01-04-2025
Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
10:07 / 01-04-2025
"Bəşər tarixində ən qanlı faciə" - Anar Nəbiyev
16:48 / 31-03-2025
"Ruh doğulur, yaranır cansız qopan kölgədən..." - Gülnarə İsrafil
16:54 / 30-03-2025
"Şəxsi işimdir, hər şeyi açıqlamalıyam?" - Xəstə olduğu deyilən Şeyx danışdı
14:31 / 30-03-2025
Qazaxda narkokuryerlər saxlanıldılar
13:38 / 30-03-2025
Bank kartlarınız cinayət işlərində istifadə oluna bilər (VİDEO)
13:33 / 30-03-2025
Allahşükür Paşazadənin səhhətində problem yaranıb
13:19 / 30-03-2025
Biləsuvarda polis əməliyyat keçirib, narkotik və silah aşkarlanıb
13:15 / 30-03-2025
Suriyada yeni hökumət quruldu
13:09 / 30-03-2025
İdmançımız Qış Olimpiya Oyunlarına lisenziya qazandı
13:04 / 30-03-2025
Azərbaycanda Ramazan bayramıdır
20:49 / 26-03-2025
ONLARI XİLAS ETDİM -RUS POLİS QATİL
19:44 / 26-03-2025
Şəhidimizin yadigarlarına dəstək olaq
08:53 / 24-03-2025
Bu gün QƏNİRƏ Paşayevanın doğum günüdür
18:42 / 19-03-2025
Prezidentin Novruz bayramı münasibətilə xalqa təbriki
16:59 / 18-03-2025
"Azərbaycanın qüdrətini ifadə edən müsahibə" - Anar Nəbiyev
14:08 / 17-03-2025
Polad Ağakişiyev: Azərbaycan bəşəri problemlərin həllinə töhfələr verir
11:11 / 17-03-2025
"Ramazan ətirli NOVRUZ" - ANAR NƏBİYEV
09:13 / 17-03-2025
"Ermənistana etimad səviyyəsi sıfra bərabərdir" - Babək Vələdov
07:27 / 17-03-2025
Sahibsiz itlər məktəbin həyətində məskən salıb
07:15 / 17-03-2025
“Fəhlə Trotskiyə bənzəyir” şəri, 28 vaqonda Parisə aparılan abidə - Zakir Osmanov
06:51 / 17-03-2025
"Qədr gecəsi qiymətli, dəyərli, şərəfli gecə deməkdir" - Tural İrfan
10:20 / 15-03-2025
Şəhla Bayramova: Novruz ən sevimli bayramımızdır
09:55 / 15-03-2025
Anar Nəbiyev: Azərbaycan əməkdaşlıq məkanı kimi diqqətdədir
13:25 / 13-03-2025
İsgəndər Qurbanov: "İkitərəfli münasibətlər daha sürətlə inkişaf edəcəkdir"
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
Bölməyə aid digər xəbərlər
QMİ-nin Mətbuat xidmətindən daxil olan təbrik mətnində deyilir:
“Bismillahir-rəhmanir-rəhim!
Əziz müsəlman bacı və qardaşlarımız, möhtərəm həmvətənlərimiz!
Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını Rəbbimizdən diləyirik.
İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri – Eydül-Əzha-Qurban bayramı Peygəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq, müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib. Bəşər övladının öz Uca Yaradanına təqva və məhəbbətini, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətini təcəssüm etdirən müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.
Şükürlər olsun ki, mənəvi dəyərlərə sahib duran dövlətimizin qayğısı və himayəsi sayəsində Azərbaycan müsəlmanları bu mübarək məqamı iki gün bayram etmək şərəfinə nail olublar. Bu əziz günlərdə Azərbaycan dövlətinə, milli-mənəvi dəyərlərimizin hamisi dövlət başçımız Zati-aliləri İlham Əliyev cənablarına və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dindarlarımızın xeyir-dualarını yetirir, xalqımızın dərin minnətdarlığını ifadə edir, dövlət-din münasibətlərinin yüksək səviyyəsi yönündə bütün səylərinə uğurlar diləyirik.
Builki Qurban bayramını dünyada davam edən pandemiya şəraitində qarşılayırıq. Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədilə ibadət məkanları müvəqqəti bağlıdır. Pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarətinin belə təxirə salındığı bir dövrdə bayram namazlarının ailə daxilində qılınması məqbuldur. Karantin səbəbindən ibadət məkanlarının müvəqqəti bağlı olması dindarlığa, təqvaya xələl gətirməməlidir. Xəstəlik və çətinliklər Allaha sığınmaq, səbr, təvəkkül, tövbə üçün bir vəsilə olmalıdır. Ümidvarıq ki, insanlar bu sınaqdan mənən daha güclü, ruhən daha saflaşmış çıxarlar, inşallah!
Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə yetim, kimsəsiz, ahıl, xəstə insanlara maddi, mənəvi yardım etmək savab əməllərdəndir. Qurbаn bаyrаmının sevincini qаçqın, кöçкün, кimsəsiz sоydаşlаrımızа, mаddi sıхıntı çəкən insаnlаrа yаşаtmаq, özəlliklə pandemiya şəraitində ehtiyacı olan insanlara кönül хоşluğu ilə qeyd etməк imkanı yaratmaq Аllаhа хоş gedən sаvаb əməllərdəndir. Bayram günlərində imkansız, ehtiyacı olan insanlara qurban əti paylanması, habelə ərzaq və ya hər hansı sovqatın çatdırılması bəyənilən əməldir. Qurban kəsmək Məkkədə Həcc ziyarəti zamanı zəvvarlar üçün vacibdir, digər yerlərdə isə bu, vacib deyil, müstəhəb əməl olduğundan, bu il karantin rejimi şəraitində ictimai yerlərdə kəsim edilməməsi tövsiyə olunur. İnsanların kütləvi toplaşma ehtimalı olacaq kəsim yerlərində virusa yoluxma hallarının qarşısını almaq məqsədilə bir çox ölkələr bu addımı atır.
Bu müqəddəs bayram günündə Vətən uğrunda canlarından keçən şəhidlərimizi yad etmək, Vətənimiz və millətimizin rifahı üçün Allaha dualar etmək hər birimizin mənəvi borcudur. Mənfur düşmənin sərhədlərimizdə törətdiyi son məkrli təxribat zamanı qəhrəman zabit və əsgərlərimiz şəhid olublar, dinc mülki əhali qətlə yetirilib. Vətəni sevmək imandandır. Haqq işimiz yolunda mücadilə aparan, Vətən torpağı uğrunda şəhid olanlar, Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksəlmişlərdir. Allah doğma torpağımız uğrunda canlarını fəda etmiş bütün Vətən övladlarına rəhmət eləsin! Allah tezliklə Qarabağımızın işğaldan azad olmasını, Vətən torpağının bütövlüyünün bərpasını bizlərə nəsib etsin, inşallah!
Bu mübarək günlərdə xalqımızın rifah və səadəti üçün dualar edir, xüsüsilə pandemiya dövründə dövlət başçımız İlham Əliyev cənablarının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan cəmiyyətini səfərbər edərək, dünyanı cənginə alan xəstəlik kabusundan müdafiə yönündə önəmli tədbirlərinə, humanitar addımlarına və nümunəvi beynəlxalq əməkdaşlıq istiqamətində BMT səviyyəsində dəstəklənən fəaliyyətlərinə Uca Allahdan uğurlar diləyirik. Bu əziz gündə dualar edirik ki, Allah-Təala möhtərəm dövlət başçımızın müstəqilliyimizi qorumaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə rəvac versin!
Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımızı yetirir, Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir, Allah-Təalanın nəzərinin hər zaman üzərimizdə bərqərar olmasını diləyirik. Uca Allah Azərbaycanı hifz etsin! Amin!”
Bizimlə əlaqə saxlayın
Tarix: 28-07-2020, 15:48 Oxunub: 1 583
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
28-07-2020, 15:14
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 10:52
Anar Kərimov kollektivə təqdim edildi
19-07-2020, 22:38
Bəhram Bağırzadə Mehriban Əliyevaya təşəkkür etdi
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
23-07-2020, 21:32
Prezidentdən ermənilərin Los-Ancelesdə xəsarət yetirdiyi həmvətənlərimizlə bağlı TAPŞIRIQ
25-07-2020, 17:17
Polad Bülbüloğlu Rusiyada yaşayan soydaşlarımıza müraciət etdi - FOTO
22-07-2020, 10:38
Mehriban Əliyevadan Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi