17:53 / 29-05-2025
Hərbçimiz minaya düşdü
Bakıda böyük söküntü işləri başladı, park salınacaq

Hal-hazırda keçmiş "Sovetski” kimi tanınan ərazidə söküntü işləri aparılır.

Bu barədə etibarlı mənbədən məlumat əldə edilib:

"Köçürülən sakinlərlə razılıq əldə edilmiş və onlara qanunamüvafiq kompensasiyalar ödənilib.


Hazırda söküntü işləri Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzə Ağalıyev küçələrini əhatə edir.

Bu proses Yasamal rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında aparılır.

Sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb yerində isə park salınması gözlənilir", - mənbə qeyd edib.

Tarix: Вчера, 17:46 Oxunub: 66


Bölməyə aid digər xəbərlər
26-10-2024, 10:25 Yeni HƏBS DALĞASI