12:39 / 11-05-2024
İbrahim Tatlıses Bakıda
İtaliya ilə Azərbaycan arasında Qarabağla bağlı MÜQAVİLƏ İMZALANDI

İtalyanlar azad Qarabağda energetika infrastrukturunun yaradılmasına əməkdaşlıq edəcəklər
Ali Baş Komandan İlham Əliyevi rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işgaldan azad etdiyi ərazilərdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə "Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə İtaliyanın "Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppenin və İtaliyanın ölkəmizdəki səfiri Augusto Massarinin iştirakı ilə video-konfrans formatında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. 

Bununla da Azad Qarabağda həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərindən sonra başqa bir nüfuzlu dövlət - İtaliya da qol qoydu. "Azərenerji” ilə "Ansaldo Energia” rəhbərlərinin İtaliyanın Azərbaycandakı səfirinin iştirakı ilə imzalanan müqaviləyə görə, Agdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq  4 ədəd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz "Ansaldo Energia” şirkəti həyata keçirəcək. 

Bir daha xatırladaq ki, Ermənistanın 30 il ərzində işgal altında saxladıqları Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında butun infrastruktur, o cümlədən elektrik stansiyaları, yarımstansiyaları, ötürücü xətləri dagıdaraq yerlə yeksan edilib. Bu ərazilərdə enerji sistemindən əsər-əlamət belə yoxdur. Laçın, Kəlbəcər, Şuşa və digər işğaldan azad edilmiş ərazilərdə isə erməni qəsbkarları bütün enerji infrastrukturunu dağıdıblar, apara bildikləri avadanlıqları daşıyıblar, apara bilmədiklərini isə ya partladıb, ya da yandırıblar. 

Ermənistan-Azərbaycan müharibəsi zamanı İtaliya Azərbaycanın yanında olmuş, bu ölkənin parlament qrupu Azərnbaycana səfər etmişdir. Senatorlar Gəncə şəhərinin  Ermənistan tərəfindən raketlərlə atəşə tutulmasının nəticələri ilə, Ağdam rayonunda işğalın fəsadları ilə yerində tanış olmuş, öz fikirlərini bölüşmüşlər.

Prezident İlham Əliyev bildirib ki, müharibə dövründə Azərbaycana dəstək verən, dost ölkələr işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə cəlb olunacaqlar. Bu gün Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edən dövlət başçımız bir daha bu fikirləri təkrarlayaraq qeyd edib ki, birinci müqavilə Türkiyə şirkəti ilə imzalanıb, ikinci müqavilənin isə İtaliya şirkəti ilə imzalanması nəzərdə tutulur. 
 
Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinə nəzər salaq:
İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada Səfirliyi təsis edilmişdir;

1992-1993-cü illərdə İtaliya ATƏM-in (indiki ATƏT) Minsk Qrupu çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində danışıqlar prosesinə cəlb olunmuşdur, lakin münaqişənin həllinə dair İtaliya tərəfinin (Mario Rafaellinin sədrliyi ilə) hazırladığı təkliflər heç bir nəticə verməmişdir.
1997-ci ilin 25-28 sentyabr tarixlərində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına təkan vermişdir. 

1997-ci ildən sonrakı dövrdə İtaliyanın rəsmi şəxsləri Azərbaycana, Azərbaycanın rəsmi şəxsləri isə İtaliyaya çoxsaylı səfərlər etmiş, iki ölkə arasında ikitərəfli əlaqələrin tənzimlənməsi, əməkdaşlığın inkişaf etdirilməsinə dair sənədlər imzalanmışdır.  

2005-ci ilin 24-25 fevral tarixlərində Azərbaycan Respublikası Prezidenti Zati-Aliləri İlham Əliyevin İtaliyaya rəsmi səfər etmişdir. Səfər vaxtı Azərbaycan-İtaliya Birgə Bəyannaməsi qəbul olunmuş və iki ölkə arasında əməkdaşlığa dair aşağıdakı 8 sənəd imzalanmışdır:

2008-ci ilin 25-26 noyabr tarixlərində, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin İtaliya Nazirlər Şurasının Sədri S.Berluskoninin dəvəti əsasında ilə İtaliyaya rəsmi səfər etmişdir. Səfər zamanı Azərbaycan Prezidenti İtaliya Nazirlər Şurasının Sədri S.Berluskoni və İtaliya parlamentinin Deputatlar Palatasının Sədri C.Fini, aparıcı İtaliya şirkətlərinin rəhbərləri görüşmüşdür. 

2 iyun 2011-ci il tarixində İtaliya Respublikasının Prezidenti Corcio Napolitanonun dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın birləşdirilməsinin 150-ci ildönümü ilə bağlı təşkil olunmuş rəsmi tədbirdə iştirak etmişdir. O, həmçinin 5000 hərbçinin iştirak etdiyi hərbi paradda və nümayəndə heyətlərinin şərəfinə təşkil olunmuş konsert proqramında iştirak etmişdir və bir sıra görüşlər keçirmişdir. 

2011-ci ilin 25 noyabr – 4 dekabr tarixlərində Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva İtaliyaya səfər etmişdir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondu tərəfindən Romada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilən mərasimdə iştirak etmək məqsədilə M.Əliyevanın İtaliyaya səfəri zamanı İtaliya Baş nazirinin xanımı Elza Antonioli Monti və prezident C.Napolitano ilə görüşlər keçirilmişdir. 
2012-ci ilin 19-22 aprel tarixlərində Azərbaycanın Birinci Xanımı M.Əliyeva İtaliyaya səfər etmişdir.

2012-ci ilin 17-21 aprel tarixlərində İtaliyada ilk dəfə olaraq Azərbaycan Mədəniyyət Günləri keçirilmişdir. 

2012-ci ilin 18-19 iyul tarixlərində İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Biacio Abrate Azərbaycana rəsmi səfər etmişdir. Səfər zamanı o, AR müdafiə naziri S.Əbiyev ilə görüşmüş, AR Prezidenti tərəfindən qəbul edilmişdir. 

2013-cü il 5 mart tarixində Romanın Müasir İncəsənət Muzeyində "Fly to Baku” müasir incəsənət sərgisinin açılış mərasimi keçirilmişdir. Sərginin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti M.Əliyeva iştirak etmişdir. Sərgi 26 mart tarixinədək davam etmişdir.

2013-cü ilin 11-12 avqust tarixlərində İtaliyanın baş naziri Enriko Lettanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində AR Prezidenti və İtaliya baş naziri arasında görüş keçirilmişdir. Səfərin sonunda Birgə Bəyannamə qəbul edilmişdir.

25 oktyabr tarixində Heydər Əliyev Fondunun dəstəyi ilə təmir-bərpa işlərinin həyata keçirildiyi Romanın Kapitolini Muzeyinin "Filosoflar zalı”nın açılış mərasimi keçirilmişdir.                                                             

2013-cü ilin 12-14 noyabr tarixlərində İtaliyanın nüfuzlu işgüzar dairələrinin nümayəndələrindən ibarət heyətin Azərbaycana səfəri və Bakıda iri miqyaslı Azərbaycan-İtaliya Biznes Forumu təşkil edilmişdir. 

2014-cü il 13-15 iyul tarixlərində AR Prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfər etmişdir. 

2015-ci il 4 mart Romada Bakı 2015 Birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilmişdir. Azərbaycanın birinci xanımı, H.Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri M.Əliyeva mərasimdə iştirak etmişdir. 

2015-ci il  8-10 iyul tarixlərində AR Prezidenti cənab İlham Əliyev "Milan EXPO 2015” beynəlxalq sərgidə Azərbaycan pavilyonunun açılışında iştirak etmək məqsədilə İtaliyaya işgüzar səfər etmişdir;

7 - 8 noyabr tarixlərində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni ölkəmizə rəsmi səfər etmişdir. Belə ki, P.Centiloni Azərbaycana ilk rəsmi səfər etmiş italyan xarici işlər naziri olmuşdur. 

2018-ci il 18-19 iyul tarixlərində İtaliya Respublikası Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Bu, İtaliya Respublikası Prezidentinin Azərbaycana ilk rəsmi səfəri olmuşdur. Səfərdə Prezident Sercio Mattarellanı xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi müşayiət etmişdir. 18 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikasının Prezidenti Sercio Mattarella arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilmişdir. Görüş başa çatdıqdan sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış etmişlər. Ardınca hər iki dövlət başçının iştirakı ilə aşağıdakı sənədlər imzalanmışdır:18-19 iyul tarixlərində İtaliya Respublikası Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Bu, İtaliya Respublikası Prezidentinin Azərbaycana ilk rəsmi səfəri olmuşdur. Səfərdə Prezident Sercio Mattarellanı xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi müşayiət etmişdir. 18 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikasının Prezidenti Sercio Mattarella arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilmişdir. Görüş başa çatdıqdan sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış etmişlər. Ardınca hər iki dövlət başçının iştirakı ilə sənədlər imzalanmışdır. 
2020-ci il 19-21 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin İtaliyaya ilk dövlət səfəri olan bu səfər mahiyyət və məzmun etibarilə tarixi səfər olub. Səfər çərçivəsində ümumilikdə 28 sənəd imzalanıb.

Azərbaycan Respublikası və İtaliya Respublikası arasındakı ticarət dövriyyəsi


Enerji sahəsində əməkdaşlıq
1995-cu ilin 10 noyabr tarixində ARDNŞ və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorundakı Qarabağ perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş imzalanıb.

1996-cu ilin 4 iyun tarixində ARDNŞ və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorundakı Şah Dəniz perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş imzalanıb.

1998-ci ilin 2 iyun tarixində ARDNŞ və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Kürdaşı” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş imzalanıb.

2002-ci ilin sentyabr ayında İtaliyanın ENİ şirkəti Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsinə dair Sazişi imzalayaraq 5 % payla layihə üzrə sponsorlar qrupunun üzvünə çevrilib.
sfera.az


Tarix: 18-12-2020, 18:19 Oxunub: 667


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı