11:01 / 15-04-2025
Akademik Zərifə Əliyevanın anım günüdür
10:48 / 15-04-2025
Qəzzafinin misilsiz qəddarlığı – onun əmri ilə Əbu Səlim türməsində bir gündə 1265 məhbus güllələnib
17:10 / 14-04-2025
Çinin dəhşətli silahı: Hər il onminlərlə amerikalı həyatını itirir
12:51 / 14-04-2025
Moskvada paylanılan müftə saqqız – Stadiondakı sıxlıqda 21 nəfər ölüb...
12:27 / 14-04-2025
"Əsl insanlıq zirvəsi" - Polad Ağakişiyev
08:33 / 13-04-2025
SSRİ-nin dövründə kosmosa uşan Kirkalyov yerə qayıdanda artıq SSRİ mövcud olmayıb
13:10 / 12-04-2025
Əhali niyə kreditlərə möhtac qalır? - "Gəlirim azdır, borcum çox"
10:50 / 12-04-2025
“Koroğlu”da qəzaya uğrayan taksi aşdı
10:44 / 12-04-2025
Bakıda estetik prosedurdan sonra qadının BURNU ÇÜRÜDÜ
09:10 / 12-04-2025
"Bəsimdi" - Sabir Allahverdioğlu bağçasından bir yarpaq
08:53 / 12-04-2025
Bank kartları ilə bağlı növbəti xəbərdarlıq
17:53 / 11-04-2025
"Cinsin dəyişdirilməsi Allahın işinə müdaxilədir və bunu icra etmək haramdır“ - Tural İrfan
16:53 / 11-04-2025
Karateçilərimiz İtaliyada tarix yazdı
16:42 / 11-04-2025
Balakəndə bələdiyyə sədri və əmiləri saxlanıldı
19:28 / 09-04-2025
Konstitusiyada qanunun analogiyası probleminə fərdi hüquqi yanaşma kontekstindən baxış
14:11 / 08-04-2025
Rövşən Qayayev: Azərbaycan dostluq və tərəfdaşlığa sadiqdir
12:20 / 08-04-2025
Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın
11:33 / 08-04-2025
Bakıda parkda 39 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
11:26 / 08-04-2025
Vətəndaşları şantaj edən baş redaktor və redaktor saxlanılıb
11:15 / 08-04-2025
ADA Universitetini bugünkü konfransda təmsil etmək çox qürurvericidir" - Hafiz Paşayev
11:04 / 08-04-2025
Dərman qaçaqmalçılığının himayədarı olan gömrükçülər həbs edildi
10:56 / 08-04-2025
"Qaz təchizatının coğrafiyası genişlənir" - Anar Nəbiyev
09:40 / 08-04-2025
DYP-dən xəbərdarlıq: 2 bal və 60 manat cərimə..
09:27 / 08-04-2025
ULU ÖNDƏRİN SAAT HƏDİYYƏ ETDİYİ HƏKİM MÜRACİƏT ÜNVANLAYIB...
14:54 / 07-04-2025
Anar Nəbiyev: Cənubi Qafqaz sülhün bərqərar olduğu regiona çevrilməlidir
09:23 / 06-04-2025
Fransada Azərbaycanın mədəni irsi nümayiş olunub
16:50 / 05-04-2025
"Başlıbel qətliamı" kitabı həm də ZƏFƏR TARİXİMİZİN AYNASIDIR" - Natəvan Dəmirçioğlu
18:08 / 04-04-2025
Ermənistanın Kamilə qoyduğu qadağa aradan qaldırıldı
17:33 / 04-04-2025
Bakıda 67 yaşlı kişi küçədə yıxıldı: Başı səkiyə dəyərək öldü
09:35 / 04-04-2025
Polad Ağakişiyev: Əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir
10:58 / 03-04-2025
"Məmməd Alıyevə görə intihar edəcəyəm..." - Xasayeva Səbinə
Qəzzafinin misilsiz qəddarlığı – onun əmri ilə Əbu Səlim türməsində bir gündə 1265 məhbus güllələnib
Əbu-Səlim türməsi… Liviyanın paytaxtı Tripolidə yerləşən bu həbsxananı “cəhənnəm qəsri” adlandırıblar.
Çox-çox sonralar, 2011-ci ildə, Müəmmər Qəzzafinin devrilməsindən sonra həmin xəndəklər qazılıb, yüzlərlə insanın cəsədlərinin qalıqları, çürümüş paltarları aşkar edilib. Məhbusların yaxınları yalnız bu zaman öz doğmalarının talelərindən xəbərdar olublar.
Bölməyə aid digər xəbərlər

Müəmmər Qəzzafi rejiminin qəddarlığı Əbu-Səlim türməsində daha sərt, daha amansız əks olunub.
Cəzasının müddətindən, ağırlıq dərəcəsindən asılı olmayaraq “cəhənnəm qəsri”ndən sağ çıxmaq, geri dönmək möcüzə sayılıb...
Bu həbsxana Qəzzafinin şəxsi nəzarəti altında olub və o, şəxsən özü dəfələrlə bu cəza evini “ziyarət” edib.
Əbu-Səlim türməsində əsasən mövcud rejimə qarşı çıxanlar, əmrə tabe olmayan hərbçilər cəza çəkiblər. Həbsxana rəhbərliyinə isə Qəzzafinin ən yaxın adamları təyin olunub.
Saxlanma şəraitinə görə Əbu-Səlim türməsini yəqin ki, dünyanın hər hansı bir cəzaçəkmə müəssisəsi ilə müqayisə etmək olmaz. Ümumiyyətlə, bu türmədə “məhbusların hüquqları” adlı bir termin mövcud olmayıb.
Qidalanmanın, sanitar-gigiyenik vəziyyətin, tibbi xidmətin sıfır səviyyəsində olduğu həbsxanada məhbusların qanuni hüququ olan doğmaları ilə görüşə də qadağa qoyulub. Hətta həbsxanada ölənlərin meyidi ailələrinə verilməyib.
400 nəfərin saxlanılması üçün nəzərdə tutulan həbsxanada 1500-2000 nəfər saxlnılıb/ Məhbuslar çarpayılardan növbə ilə istifadə ediblər və sözsüz ki, bu məsələdə də güclü-gücsüz faktoru əsas rol oynayıb. Güclülər rahatlıqlarını təmin edə biliblər, gücsüzlər isə beton döşəmələrdə yatmağa məcbur olublar.
Əbu-Səlim türməsi paytaxtda yerləşsə də, bu qapalı məkan bütövlükdə təcrid vəziyyətində saxlanılıb. Həbsxana əməkdaşlarından başqa hansı qurumda çalışmasından asılı olmayaraq, bir kimsənin bu türməyə ayaq basması mümkünsüz olub.
Daxili rejim qaydalarının zaman-zaman daha da sərtləşdirilməsi türmə daxilində gərginliyi artırdıqca, məhbuslar bir neçə dəfə kütləvi şəkildə etiraz etməyə cəhd göstəriblər. Bütün bu cəhdlərin qarşısı isə danışıqsız, güzəştsiz silahlarla susdurulub.
Amma 1996-cı ildə məhbusların etirazı vəziyyəti başqa məcraya yönəldib.
Belə ki, həmin ilin iyunun 28-də həbsxananın 4-cü blokunda səhər saatlarında yoxlanış zamanı məhbuslar türmə nəzarətçisini ələ keçiriblər. Kameraların açarlarını nəzarətçidən götürən məhbuslar digər kameraların qapısını acaraq dustaqları dəhlizlərə buraxıblar. Həmin ərəfədə türmədə 1700 nəfər məhbus saxlanılıb. Həbsxananın bir neçə əməkdaşı həmkarlarına köməyə gəlmək istəyəndə, onlar da girova çevriliblər.
Türmə rəhbərliyi axşam saatlarına qədər öz daxili gücləri hesabına vəziyyəti sabitləşdirmək istəsələr də, heç bir nəticə əldə edə bilməyiblər.
Əbu-Səlim türməsi məhbusların nəzarəti altına keçib.
Səhərisi gün, iyunun 29-da səhər saatlarında hadisə ilə bağlı yaranmış vəziyyət haqqında Müəmmər Qəzzafiyə məruzə edilib. Diktator məsələyə qısa və konkret münasibət bildirib:
“Heç bir güzəştdən söhbət gedə bilməz və heç bir tələb dinlənilməməlidir. Cəza evini istirahət evi kimi qəbul edənlərə fərqi ən ağır cəzalarla başa salmaq lazımdır. Mövcud silahlı qüvvələrdən isrifadə edərək sabitlik təmin edilmədir. Qanuna tabe olmyanlar yerindəcə güllələnməlidir...”
Qanunların işləmədiyi bir ölkədə Qəzzafi yəqin ki, öz qanunlarını nəzərdə tutub.
Beləliklə, iyunun 29-da saat 11 radələrində həbsxana rəhbərliyi məhbuslarla danışıqlara başlayıblar. Danışıqlar heç də məhbusların tələblərinə qulaq asmaq məqsədini daşımayıb. Məqsəd vaxt qazanmaq, silahlı qüvvələrin həbsxanaya gəlməsini gözləmək olub. Gərgin keçən iki saatdan sonra xüsusi təyinatlılar, polis və hərbçilər hadisə yerinə yetişiblər. Türmənin yerləşdiyi inzibati rayona giriş-çıxış qadağan edilib.
4 istiqamət üzrə həbsxanaya hücum başlanıb. Məhbuslardan kiminsə təslim olmasına baxmayaraq silahlar işə düşüb. Hücum nəticəsində 1265 məhbus qətlə yetrilib.
Hadisələrin şahidi, Əbu-Səlim türməsinin “sakin”i olan liviyalı hərbçi Həmid Termil sonralar həmin qanlı günləri belə xatırlayıb:
“Mən öz xalqıma, bacı və qardaşlarıma atəş açmadığıma, bu əmri icra etmədiyimə görə həbs olunmuşdum. Eyni vaxtda 6 min nəfər həbs olunmuşduq. Məni Əbu-Səlim türməsində saxlayırdılar. Hər dəqiqə güllələnməyimi gözləyirdim. Əbu-Səlimi türmə adlandırmaq çox yumşaq səslənir. Bu cəza evi sözün əsl mənasında cəhənnəm idi. Hər məhbusa cəsasına görə xüsusi forma geyindirirdilər. Qırmızı rəngdə olanlar güllələnməyə məhkum edilənlər, tünd göy rəngdə geyinənlər ömürlük azadlıqdan məhrum olunanlar, sarı rəngdəkilər isə 10-15 il iş alanlar idi.
Məhbusların çoxusu döyülərək öldürülürdü. Nəzarətçilər işgəncə verməkdən yorulmurdular. Həmin o qanlı gündə isə türməyə hücum edənlər sanki güllə səxavətlərini nümayiş edirdilər. Əbu-Səlimdən sağ çıxmağımı bu gün də möcüzə sayıram...”
Əbu-Səlim türməsində baş verənlər tam məxfi saxlanılıb. Əməliyyat bitdikdən sonra türmənin ərazisində iki böyük xəndək qazılıb. Qətlə yetirilənlər gecə ikən həmin xəndəkdə basdırılıb.

Əbu-Səlim türməsində baş verən bu hadisə beynəlxalq hüquq müstəvisində insanlığa qarşı cinayət faktı kimi qiymətləndirilib. Cinayətkarı isə bu fakt üzrə ittiham “etməyiblər”, çünki Qəzzafi daha böyük cinayətlərdə ittiham olunub.
Tarix: Вчера, 10:48 Oxunub: 62
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
11-09-2022, 13:26
Qadınların 8 nəfərlik kişi kamerasına salındığı Tobolsk türməsi – burada dahilər və “qanuni oğrular” da sakin olub...
18-12-2024, 14:19
İlham Əliyev "Rossiya Seqodnya"nın baş direktoruna müsahibə verdi
26-01-2022, 08:38
“Bu gün fərman verən sabah can verir…”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
28-01-2021, 07:17
Şuşa türməsindən tükürpədici kadrlar: Kameraya girən şəxs nələri gördü?
30-03-2023, 09:25
Əli Nağıyevi gözdən salma və DTX-ya qarşı təxribat kampaniyası - Ata öz oğlunun ölüm səbəbinin araşdırılmasını niyə istəmir?
14-01-2021, 13:38
Yanvardan ödədiyimiz pulla hansı tibbi xidmətlər göstəriləcək?
5-05-2023, 08:00
"Heydər Əliyev və Azərbaycan səhiyyəsi" - Nasir Əhmədov
21-07-2020, 15:54
Bir sıra vergi ödəyicilərinin icazələri məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ
13-09-2020, 18:35
Karantin rejimi ilə bağlı yeni qərar - BU MƏHDUDİYYƏTLƏR QALIR
24-01-2023, 13:55
Teleaparıcılar Zaur, Xoşqədəm və Elgiz həkimləri neçəyə reklam edirlər? - QİYMƏTLƏR
16-02-2021, 21:06
“Ön xətdəki hərbçilərin maaşlarının kəsilməsi dövlətə qarşı sabotajdır” - MQP sədrindən SƏRT XƏBƏRDARLIQ
17-07-2020, 23:21
Ombudsman Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərdi
19-07-2020, 12:26
İcaze.e-gov.az portalından qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ - VİDEO
31-05-2024, 10:10
Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsi: görülən işlər və perspektivlər - Emin Novruzov
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
15-07-2020, 10:40
Bakıda möhtəşəm Orduya dəstək yürüşü və... arzuolunmaz sonluq