11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilir

     Tbilisi şəhər məhkəməsində Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı məhkəmə iclası keçirilir.
    Bu barədə məlumatı Gürcüstanın “İnterpressnews” portalı yayıb.
    Saakaşvili səhhəti ilə bağlı iclasda iştirak etmir. O, məhkəməyə onlayn şəkildə də qoşulmayıb. Buna baxmayaraq, gürcü siyasətçinin tərəfdarları məhkəmə binasının ətrafına toplaşıb.
    Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. O, cari ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 9 il müddətinə azadlıqdan məhrum olunub. Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı.
     O, ötən il dekabrın 22-si keçirilən iclasa müalicə aldığı klinikadan videobağlantı ilə qoşulmuşdu.


Tarix: 9-01-2023, 14:26 Oxunub: 117


Bölməyə aid digər xəbərlər