Ermənilər şokda - Zavod Bakının nəzarətinə keçdi

Hadrut (Ağaoğlan) rayonunun Tuğ kəndində yerləşən "Kataro" şərab istehsalı zavodu Bakının nəzarətinə keçib.

Bu barədə "SputnikArmenia"ya Ermənistanın Milli Şərab Mərkəzinin prezidenti Avag Arutyunyan məlumat verib.

O bildirib ki, üzüm bağları və şərabla dolu çəlləklər olan emalatxana tam şəkildə Azərbaycanın mülkiyyətinə keçib.

Arutyunyan qeyd edib ki, indi hamı şokdadır:

"Şərab istehsalçıları birləşməyi və Qarabağ şərab dükanını bərpa etməyi planlaşdırırlar.

İstehsal 2002-ci ildə, ilk qablaşdırma 2010-cu ildə başlayıb. Şərabın adı 17-ci əsrdə Dizapayt dağında inşa edilmiş Kataro monastırının adını daşıyır. Şərab Khndogni üzümündən hazırlanıb (100%). Saxlama üçün Dağlıq Qarabağda bitən palıddan hazırlanan çəlləklərdən istifadə edilib.


Tarix: 26-12-2020, 22:46 Oxunub: 468


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930