11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
“Əsgərlərə siqaret satanlar, yeməyini kəsənlər güllələnsin” – Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun ünvanına ittihamlar irəli sürüb.
ATİA.AZ xəbər verir ki, MMP sədri Reportyor.info-ya açıqlamasında  N.Sadıqovu Rusiyanın 5-ci kolon”u adlandırıb.
Onun sözlərinə görə, Orduda son günlər yaranmış qida təchizatındakı problemlər süni şəkildə meydana çıxarılıb, əsgərlərin ac, ehtiyac içində, soyuq şəraitdə saxlanması məhz N.Sadıqov kimi qüvvələrin işidir. H.Hacıyev əsgərlərin siqaretini satanlar, hərbçilərin alt geyimlərini satışa çıxaranlar güllələnməli adamlardır.

Partiya sədri bunu Ali Baş Komandana qarşı təxribat kimi qiymətləndirib və Ordu daxilində təchizatla bağlı mənimsəmələrə yol verənlərin həbsini tələb edib. H.Hacıyev qeyd edib ki, N.Sadıqov və digərləri məsuliyyətə cəlb olunmalıdır, araşdırma aparılmalıdır.
“Öz uşaqları xaricdə kef çəkirlər, milyonluq şirkətlər, mülklər alırlar, amma özləri əsgərlərin yeməyinə, hərbçilərin haqqına göz dikirlər. Bunların qarnının azzarı nədir? Orduda ruh düşkünlüyü yaratmaqda məqsəd nədir?
Heç nə qurtarmayıb, rus ordusu Qarabağda öz sülhməramlı qüvvələrinin sayını artırmağa hazırlaşır, erməniləri qoruyurlar, hələ erməni dəstələri ərazilərimizdən çıxmayıblar, bütün bu terrorçuları zərərsizləşdirmək işi Ordumuzun işidir.
Ancaq Nəcməddin Sadıqovlar Orduda narazılıq yaradır, qələbəmizə kölgə salır, prezidentə qarşı təxribat yaradırlar”.
MMP sədri bu işləri sabiq PA rəhbəri Ramiz Mehdiyev və onun əlaltılarının etdiyini düşünür: “Beşinci kolon hələ daxildə iş aparır. Bu siyahıda icra başçısından tutmuş digər vəzifəli şəxslərə qədər var.
Ramiz Mehdiyevin adamları tam gücü ilə hücuma keçiblər. Bizi qarın-şaxtanın içində qoruyan əsgərlərin ailələrinin qazını, işığını kəsirlər.
Yoldaşı zəng edir ki, evində çörək yoxdur, qazını kəsiblər, bu hərbçi necə vuruşar? Bu xalqda, orduda narazılıq yaratmaqdır”.
                                   İlqar Mətin


Tarix: 23-12-2020, 10:02 Oxunub: 520


Bölməyə aid digər xəbərlər