11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İlqar Məmmədov: “Sərt karantinlər orta sinifə qarşı geniş miqyaslı və məqsədli totalitar hücumdur”

“Sərt karantinlər Stalin repressiyalarından sonra orta sinifə qarşı ikinci ən geniş miqyaslı və məqsədli totalitar hücumdur”-- bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.
 
İ.Məmmədovun sözlərinə görə, 1930-cu illərdə məhkəmələr elə qurulurdu ki, nəinki xalq, hətta məhkəməni birbaşa müşahidə edən xarici diplomatlar Stalini haqlı tərəf kimi görürdülər: “ABŞ səfirinin 17 mart 1938-ci il tarixində Dövlət Katibinə yazdığına əsasən, məhkəməni tam müşahidə edərək Moskvadakı xarici diplomatlar ittiham olunan şəxslərin həqiqətən cinayət törətdiklərinə, hakimiyyəti qəsb etmək üzrə ciddi plan hazırladıqlarına əmin oldular. Elm, söz azadlığı ya da dini baxımından sərt karantinlərə qarşı çıxış edən şəxslərə kütlə aktivistlərinin mənəviyyatbaz basqıları isə, sadəlövh sovet insanlarının 1930-cu illərdə repressiyaları tərənnüm edən coşqusu ilə eyni təbiətlidir. Amma illər keçəndən sonra orta sinifə qarşı repressiyaların necə bir iyrənc kampaniya olduğu hər kəsə aydın oldu, xarici diplomatlar isə sovet məhkəmələrində ağı qaradan seçməyi öyrəndilər. Üstündən düz 76 il keçəndən sonra, yenə 17 mart 2014-cü il tarixində, ABŞ diplomatları mənim məhkəməmin müşahidəsini tamamlayıb obyektiv hesabatla çıxış etmişdilər”

Pravda.az


Tarix: 20-12-2020, 18:16 Oxunub: 223


Bölməyə aid digər xəbərlər